Facebook Twitter WhatsApp

Rüsxətlərdən faydalanmaq

Sual: Rüsxət adı altında müsəlmanlara hər cür rahatlığı söyləmək düzgündürmü? Məsələn, “Yoxsulun qurban kəsməsi adaq sayılmır” deyərək, yoxsula kəsdiyi nafilə qurbandan yedirtmək, “Böyük baş heyvana ortaq qoşula bilər” demək düzgündürmü? Rüsxətlərdən faydalanmağı təşviq etmək caizdirmi?

CAVAB

Dinimizdə hər bir cəhətdə iki fikir varsa, lazım gəldikdə daha asan olanı seçmək də dinin əmrinə riayət etmək deməkdir. İmam Şərani həzrətləri buyurur: “Lazım olduqda rüsxətlə hərəkət edilməlidir”. İmam Rəbbani həzrətləri də buyurur ki: “Lazım olanda ən asan fətvaya tabe olunmalıdır! Allahu təala insanlara çətin olan işləri deyil, asan olan işlərin görülməsini istəyir. Çünki insan zəif və dözümsüz yaradılmışdır”.
Bir ayəti kərimə məalı belədir:

“Allah sizə asanlıq istəyər, çətinlik istəməz.” ( Bəqərə 185)
Rəsulullah əfəndimiz özü çox çətinlik çəkməsinə rəğmən rüsxətlə hərəkət etməyi əmr edib buyururdu ki:

“Allahın rəhmətindən ümidini kəsdirib dinə nifrət etdirənə lənət olsun!” (Nəsai)
“[Dinin hüdudları içində] Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, sevdirin, nifrət etdirməyin!” (Buxari)
“Allahu təala əmr etdiyi işləri etməyinizi sevdiyi kimi, rüsxət, izn verdiyi işləri etməyinizi də sevər.” ( Beyhəqı)
“ Allahu təalanın sizə verdiyi asanlıq və rüsxətlərdən faydalanın!” (Buxari)
“Rüsxətlərdən faydalanmayan Ərəfat dağı qədər günah işləmiş sayılır.” (Tabərani)
İndi isə iki fərqli qövldən bəzilərini bildirək:

1- Yoxsul qurban bayramında qurban kəsərsə, adaq olar, ətindən də yeyə bilməz. Başqa bir qövlə görə isə yoxsul qurban bayramında qurban kəsərsə, kəsdiyi heyvan nafilə olar, ətindən yeyə bilər. İndi bu yoxsula “Sən onun ətindən yeyə bilməzsən, kəsəcəyin adaq olduğu üçün böyük baş heyvana şərik ola bilməzsən deyə, təkid etmək digər fikri əhəmiyyətisz hesab edib, çətinləşdirmək sayılır.
2- Qurban kəsmədə iki qövl vardır. Evin, dükanın, emalatxananın, yük maşınının bir illik icarəsi nə qədər çox olarsa-olsun, illik ev ehtiyacını və ya aylıq gəliri, aldığı maaşı və qazancı aylıq ehtiyaclarını və borclarını ödəyə bilməyən şəxs, imam əzəmlə imam Əbu Yusifə görə zəngin sayılır. Qurban kəsməsi lazımdır. Amma imam Muhammədə görə yoxsuldur, qurban kəsməsi lazım deyil. İkinci qaydanı əsas götürüb qurban kəsməyən şəxs günaha girməz. (İbni Abidin)

3- İmam-əzəmə görə ər-arvad bir-birinə zəkat verə bilməz. İmameynə görə isə kasıb kişiyə xanımı zəkat verə bilər. Mütləq birinci qövlə riayət etmək düzgün olmaz.

4- Kuklalar və oyuncaq heyvanlar bir çox alimlərə görə caiz deyil. İmam Əbu Yusifə görə caizdir. Bu qövlə əsaslanaraq kukla və oyuncaq heyvan alıb satmaq, oynamaq caizdir. Mütləq caiz görməyən alimlərə tabe olub israr etmək düzgün deyil.

5- Odekolon, ətir, yod kimi spirt tərkibli maddələr murdar sayılır. Başqa bir qövildə isə əfv olunmuşdur, yəni murdar deyildir. Yarasına yod çəkib namaz qılana namazın səhih deyil demək, yanlışdır.

6- Sidik və ya qaz qaçıran, yəni qazı olduqda saxlaya bilməyən, yaxud bir axıntısı olan da Malikini təqlid edərsə, üzrü dəstəmazını pozmaz.

Buna bənzər öz məzhəbinə görə caiz olmayan, lakin başqa bir məzhəbdə caiz olan bir şeyi ehtiyac vəziyyətdə təqlid etmək caizdir.
7- Süd bacı-qardaşı ilə evlənmək haramdır. Əgər evləndiyi qızın illər sonra süd bacısı olduğu ortaya çıxsa, lakin bir-iki dəfə əmdiyi təsdiq edilsə, Şafii məzhəbini təqlid edərək evliliklərinə davam edə bilərlər. Mütləq ayrılmalıdırlar deyə inad etmək düzgün olmaz.

Eyni hallar evlilikdə və boşanmada da müşahidə olunur. Şafii məzhəbindəki bir gənc oğlan atası vermədiyinə görə bir qızı götürüb qaçırır. Onlar Hənəfi məzhəbini təqlid edərək evlənsələr caizdir. Uşaqları olduqdan sonra oğlan bu qızı boşayarsa və sonra peşman olarsa, Şafii məzhəbini təqlid edərək evlənə bilərlər.
Bu cür rüsxətlərə qarşı çıxmaq təəssübkeşlikdən başqa bir şey deyil.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину