Facebook Twitter WhatsApp

Dinləmək daha savabdır

Sual: Qurani-kərimi oxumaqmı, yoxsa dinləməkmi daha çox savabdır?

CAVAB

Qurani-kərimi oxumaq sünnət, dinləmək isə fərzi-kifayədir. Sünnətin savabı, fərzin yanında dənizdə damla belə deyildir. Din kitablarında bildirilir ki:

1- Qurani-kərimi dinləmək fərzi-kifayədir. İş görən, yatan və məsciddə namaz qılan və ya moizə oxuyanın yanında, yüksək səslə, Qurani-kərim oxumağa başlamaq günahdır. (Rəddül-muxtar)

2- Məscidə girdikdə təhiyyətül-məscid olaraq, iki rükət namaz qılmaq sünnətdir. Qurani-kərim oxunursa, sünnət olan bu namaz qılınmaz. Çünki Qurani-kərimi dinləmək fərzdir. Fərzi-kifayə üçün də olsa, sünnəti tərk etmək daha yaxşıdır. (Əşbah şərhi)

3- Kitab oxuyan və ya iş görənin yanında Qurani-kərim oxumağa başlamaq, onlar dinləməzsə günah olar. Birinin oxuyub, başqalarının sakitcə qulaq asmaları lazımdır. İşi olanların dinləmədən işlərinə getmələri günah olmaz. Qurani-kərimi dinləmək, fərzi-kifayədir. (Hələbiyi-kəbir)

Fərzi-kifayə, bir adamın onu etməsilə, digərlərindən bu məsuliyyətin qalxması deməkdir. Yəni bir adam oxunan Qurani-kərimi dinləyərsə, başqaları dinləməyib işlərinə gedə bilər, onlara günah olmaz. Amma orada durarlarsa dinləməlidirlər.

Qurani-kərim oxuyanı dinləyənlər varsa, onların fərz işləmələrinə səbəb olduğu üçün, Quran oxuyan əlavə savaba qovuşur.

Sual: Bəzi kimsələr, (Səhər-axşam oxunan Hüvallahülləzini, gecə oxunan Amənərrəsülünü, imamın oxuması yetməz, hər kəs özü oxumalıdır) deyirlər. Oxunan Quranı dinləmək, oxumaqdan daha savab olmazmı?

CAVAB

Bəli, dinləmək daha savabdır. Oxumaq sünnət, dinləmək fərzdir. Nafilələr və sünnətlər, fərzin yanında, dəniz yanında damla qədər deyildir. Başqası üçün namaz qıla bilmərik, oruc tuta bilmərik, amma Quran oxuyub, sədəqə verib savabını ona bağışlaya bilərik. Bir savabı qazanmaq üçün mütləq özümüz etməli deyilik. Başqası bizim üçün edərsə, bizə də savab olar.

İmam Rəbbani həzrətləri buyurur ki:

Ölülərə, dua ilə, istiğfar etməklə, onun üçün sədəqə verməklə yardım etmək, köməklərinə çatmaq lazımdır. İbrahim əleyhissalam, Ey Rəbbimiz, [qiyamətdə] hesab üçün ayağa qalxıldığı gün, məni, ana-atamı və bütün möminləri məğfirət eylə deyə dua etmişdir. (İbrahim 41)

Bir möminin duası ilə digər möminlərin günahları əfv edilir ki, belə dua etmək əmr edilmişdir. Yenə hər gün namazda, “İbadillahissalihin” deyərək Müsəlmanlara dua edirik. Faydası olmasaydı hər təhiyyatda bunu oxumaq əmr edilməzdi.

Bir möminin cənazə namazı qılınarsa və ya onun üçün dua və istiğfar edilərsə, ölünün günahlarının bir qismi və ya hamısı əfv olar. Bir neçə hədisi-şərif məali:

Bir Müsəlman ölsə, üç cərgə camaat namazını qılarsa, o məvta Cənnətə girməyə haqq qazanar. [Tirmizi, Əbu Davud]

“Ölmüş ana-atanız üçün dua və istiğfar edin! [Hakim]

Sədəqə verən kimsə, savabını Müsəlman ana-atasına da niyyət edərsə, verdiyi sədəqənin savabı, onlara da gedər, öz savabından da bir şey əksilməz.” [Tabərani]

 Bir kimsə, başqasının yerinə oruc tuta bilməz, namaz qıla bilməz; ancaq onun orucu və namazı üçün kasıbı doyura bilər.” [Nəsai]

Tatarxaniyyədə, “Sədəqə verən kimsə, savabının bütün möminlərə verilməsi üçün niyyət edərsə, öz savabından heç azalmadan, bütün möminlərə də savabı çatar. Əhli-sünnət məzhəbi belədir” buyuruldu. (Rəddül-muxtar)

Demək ki, biri sədəqə versə, savabını bizə bağışlasa biz də savab qazanarıq. Biri Qurani-kərim oxusa biz də dinləsək, biz də oxumuş sayılırıq və oxumaq savabından daha artq alarıq. “Özünün şəxsən oxuması şərtdir” demək, fərzə əhəmiyyət verməmək kimi bir vəziyyətdən qaynaqlanmırsa, belə söyləmək

cəhalət və ya qəflətdir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину