Facebook Twitter WhatsApp

Qurani-kərim oxumaq ibadətdirmi?

Sual: S.Əbədiyyə kitabında “Quran oxumaq ibadət deyil” yazılarkən, kitabın başqa yerlərində “ibadətdir” deyə yazılmışdır. Bu səbəbdən bu kitaba dil uzadırlar. İşin əsli nədir?
CAVAB: S.Əbədiyyə kitabının böyük bir hissəsi Hənəfi məzhəbinin ən mötəbər kitablarından olan “Rəddül Muxtar” kitabından alınmışdır. Tamamı nəqlə dayanır. İçində şəxsi fikir yoxdur. Quran oxumaqla bağlı hissə də eynən bu kitabdan alınmışdır. Cahillər taət, qurbət və ibadət nə demək olduğunu bilmədikləri üçün bu cür əsassız danışırlar.
İbni Abidin həzrətləri buyurur ki: “Qurbət savab olan bir şeyi bilərək etməkdir. Ancaq niyyətə bağlı deyildir. İbadət isə edilməsi savab və niyyətə bağlı olan şeydir. Beş vaxt namaz, oruc, zəkat, həcc kimi niyyətə bağlı olan hər əməl həm qurbət, həm taət, həm ibadətdir. Quran oxumaq, xeyriyyə fondu tikmək, kölə azad etmək, sədəqə vermək kimi niyyətə bağlı olmayan əməllər sadəcə qurbət və taətdir, ibadət deyildir. (Rəddül Muxtar, Dəstəmazın sünnətləri bəhsi)
S.Əbədiyyə kitabında belə bildirilir: “Taətlər niyyətsiz və ya Allah üçün niyyət edərək edilincə savab hasil olur. Taət edərkən Allahü təala üçün etdiyini bilsə də, bilməsə də qəbul olur. Yəni savab hasil olur. Bir kimsə Allahü təala üçün etdiyini bilərək taət edərsə buna “Qurbət” deyilər. Qurbət olan işi də edərkən savab hasil olması üçün niyyət etmək şərt deyildir. Savab hasil olması üçün Allah rizası üçün niyyət etmək lazım olan taətə “İbadət etmək” deyilir. Niyyətsiz alınan dəstəmaz ibadət olmaz, qurbət olar. Bununla hadəsdən təharət hasil olar və namaz qılınar. Görünür ki, hər ibadət qurbətdir və taətdir. Quranı-kərim oxumaq, xeyriyyə fondu tikmək, kölə azad etmək, sədəqə vermək, Hənəfi məzhəbində dəstəmaz almaq və buna oxşar hərəkətlər yerinə yetirilərkən savab hasil olması üçün niyyət lazım olmadığından qurbətdirlər və taətdirlər. Fəqət ibadət deyildirlər. Taət və ya qurbət olan bir iş edilərkən Allah üçün niyyət edilərsə ibadət edilmiş olunar.”
Deməli, taət və qurbət olan bir iş Allah rizası üçün niyyət edilərsə o zaman ibadət olar. Bu baxımdan niyyətsiz dəstəmaz almaq ibadət deyil. Allah rizası üçün dəstəmaz almağa niyyət edilərsə o zaman ibadət olar. Bir kafir də əlini üzünü yuyub eyni ilə dəstəmaz alar kimi edə bilər. Onun etdiyi ibadət olmaz. Bir kafir də Quran oxuya bilər, amma Allah rizası üçün olmayınca ibadət olmaz.
[Onsuz da Hempfer kimi bəzi İngilis cəsuslarının, misyoner cəsusların imamlıq etmələri, dəstəmaz alıb namaz qılan kimi görünmələri, camaata namaz qıldırmaları, Quran oxumaları çox görülmüşdür. Bunları ya camaata sonradan söyləyib namazlarınızı qəza edin deyə gülmüşlər və ya bunları kitablarında, xatirələrində yazmışlar.]
Bu incəliyi cahillər bilmədiyi üçün S.Əbədiyyə kitabına dil uzadırlar. Niyyətsiz Quranı-kərim oxumağın ibadət olmadığı İbni Abidin namazın sünnətləri hissəsinin niyyət bəhsindədir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину