Facebook Twitter WhatsApp

Qurani-kərim oxumağın ədəbi

Sual: Quran oxuyarkən nələrə diqqət etmək lazımdır?
CAVAB: Quranı-kərim oxuyarkən aşağıdakı ədəblərə diqqət edilməlidir:
1- Dəstəmazlı olaraq təmiz bir yerdə qibləyə qarşı diz üstə oturulmalıdır! Kişilər başı açıq oxumamalı, heç olmasa bir təkkə geyinməlidirlər! Təkkəsiz oxumaq tənzihən məkruhdur.
[Mushafa baxaraq oxumaq əzbər oxumaqdan daha savabdır.]
2- Quranı-kərim oxumağa başlayarkən Əuzü və Bəsmələ çəkilməlidir!
3- Mənasını bilən də, bilməyən də ağır-ağır oxumalıdır!
4- Mümkün olarsa ağlayaraq oxumalıdır! Ağlaya bilməyən kimsə ağlamaq üçün özünü məcbur etməlidir!
5- Hər ayətin haqqını verməli, yəni əzab ayətini oxuyarkən qorxaraq, rəhmət ayətlərini həvəslənərək, tənzeh ayətlərini təsbih edərək oxumalıdır!
6- Qurani-kərim oxuyarkən özündə riya, yəni göstəriş oyanarsa və ya namaz qılan kimsəyə mane olarsa yavaş səslə oxumalıdır!
7- Qurani-kərimi təcvidə uyğun və gözəl səslə oxumalı, təğanni oxunmamalıdır!
[Təğanni hərfləri, kəlmələri pozaraq zəngulə deməkdir. Zəngulə edərkən hərflər pozularsa haram, hərflər pozulmazsa məkruh olar. “Haləbi”də deyilir ki: “Qurani-kərimi zəngulə ilə oxuyan imamın arxasında qılınan namazın iadə edilməsi lazımdır.]
8- Quranı-kərim Allahü təalanın kəlamıdır, sıfatıdır (xüsusiyyət), kadimdir (başlanğıcı yoxdur). Ağızdan çıxan hərflər alov deməyə bənzər. Alov demək asandır. Fəqət od-alova kimsə dayana bilməz. Bu hərflərin mənaları da belədir. Bu hərflər başqa hərflərə bənzəməz. Bu hərflərin mənaları meydana çıxsa yeddi qat yer və yeddi qat göy dayana bilməz.
9- Qurani-kərimi oxumadan öncə bu kəlamı söyləyən Allahü təalanın böyüklüyünü düşünməlidir! Kimin sözü söylənilir, nə önəmli iş edilir deyə yaxşı düşünməlidir!
Quranı-kərimə toxunmaq üçün təmiz əl lazım olduğu kimi onu oxumaq üçün də təmiz qəlb lazımdır.
Allahü təalanın böyüklüyünü bilməyən Quran-kərimin böyüklüyünü anlaya bilməz. Allahü təalanın böyüklüyünü anlamaq üçün də Onun sıfatlarını (xüsusiyyətlər) və yaratdıqlarını düşünmək lazımdır. Bütün məxluqatın sahibi, hakimi olan bir zatın kəlamı olduğunu düşünərək oxumalıdır!
10- Qəflət içində oxumamalı, oxuyarkən başqa şeylər düşünməməlidir!
Mushafa hörmət
Sual: Evdə xətm oxunarkən, yerdə oturanlar da olur. Bunların əlindəki Mushaflar divanda oturanlardan aşağıda qalır. Belə oxuma günah hesab edilir?
CAVAB: Arada məsafə olarsa günah olmaz.
Övrət yeri açıq olanın (və ya başı açıq olan qadınların) yanında Quranı-kərim oxumaq
Sual: Övrət yeri açıq olanların yanında Quranı-kərim oxumaq caizdir?
CAVAB: Öz övrət yeri və ya övrət yeri açıq olanların yanında əzbərdən də olsa Quranı-kərim oxumaq məkruhdur. (S.Əbədiyyə)
Sual: Evdə Quran oxuyarkən içəri girən şəxs üçün ayağa qalxılar?
CAVAB: Bir kimsə Quranı-kərim oxuyarkən atası, bir alim və ya özündən elm öyrəndiyi xocası içəri girərsə onlar üçün ayağa qalxması caiz olar. Başqaları üçün ayağa qalxmaq caiz olmaz. (F.Hindiyyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину