Səadət olan dörd şey
Bu dörd şey səadətdir:
1- Salehə qadın,
2- Rahat ev,
3- Yaxşı qonşu,
4- Yaxşı minik vasitəsi. (Hakim)
Cənnətə girər
Bu dörd şeydən uzaq duran Müsəlman Cənnətə girər:
1- Cana qıymaq,
2- Haram yemək,
3- Zina etmək,
4- Alkoqollu içki içmək. (Bəzzar)
İmanı aparır
Dörd şey imanın getməsinə səbəb olur:
1- Bildiyi ilə əməl etməmək,
2- Bilmədiyi ilə əməl etmək,
3- Bilmədiyini öyrənməkdən çəkinmək,
4- Öyrənənə də buna qadağa qoymaq. (İslam Əxlaqı)
Dünyaya ensən
Allahü təala Cəbrayıl əleyhissalamdan “Dünyaya ensən, nə iş görərdin?” deyə soruşduqda, bu dörd şeyi edəcəyini bildirdi:
1- Susamış kəslərə su verərdim,
2- Ailəsi, uşağı çox olana yardım edərdim,
3- İki küsülünü barışdırardım,
4- Müsəlmanların eyiblərini örtərdim. (İslam Əxlaqı)
Allah yardım edər
Bu dörd kimsəyə Allahü təala yardım edər.
1- Qaziyə,
2- Evlənənə,
3- Köləlikdən qurtulmaq istəyənə,
4- Hacıya. (İ. Əhməd)
Cənnətdə imarət
Bu dörd xislət sahibi Cənnətdə imarətlərə qovuşar:
1- Təvhid əhli olmaq,
2- Günahdan sonra istiğfar etmək,
3- Yaxşılıq etdikdə, əlhamdülillah demək,
4- Müsibət gəldikdə, “İnna lillah və inna ileyhi raciun” demək. (Deyləmi)
Cümə namazı
Bu dörd nəfər xaric Cümə namazı hər Müsəlmana fərzdir:
1- Kölə,
2- Qadın,
3- Uşaq,
4- Xəstə. (Hakim)
Səni üzməsin
Bu dörd xisləti olan insan başqa şeyə üzülməsin:
1- Doğru danışmaq,
2- Əmanətə riayət,
3- Gözəl əxlaqlı olmaq,
4- Yeyib-içməkdə iffətli olmaq [Haramdan çəkinmək]. (Tabərani)
Münafiqlik əlaməti
Bu dörd şey münafiqlik əlamətidir:
1- Yalan söyləmək,
2- Verdiyi sözdə durmamaq,
3- Əhdinə bağlı qalmamaq, xəyanət etmək,
4- Mübahisədə haqdan ayrılmaq. (Tirmizi)
Dünya və axirət xeyri
Bu dörd nemətə sahib olan insan dünya və axirətin xeyrinə qovuşar:
1- Zikr edən dilə,
2- Şükr edən qəlbə,
3- Bəlaya səbirli bədənə,
4- Xəyanət etməyən qadına. (Tabərani)
Cənnətə girə bilməyənlər
Bu dörd insan, [əfvə və ya şəfaətə nail olmadan, yaxud cəzasını çəkmədən] Cənnətə girməz:
1- Davamlı içki içən,
2- Faizçilik edən,
3- Haqsız yerə yetim malı yeyən,
4- Ana-atasına asi olan. (Hakim)
Duası qəbul olanlar
Bu dörd dua qəbula şayandır:
1- Adil hökmdarın duası,
2- Din qardaşına qiyabən edilən dua,
3- Məzlumun zalıma etdiyi bəd dua,
4- Ana-ata duası. (Əbu Nuaym)
Allah qəzəb edər
Bu dörd nəfərə Allah büğz edər:
1- Çox and içən satıcı,
2- Təkəbbürlü kasıb,
3- Zinakar qoca,
4- Zalım hökmdar. (Nəsai)
Cənnət xəzinəsi
Bu dörd şey Cənnət xəzinəsidir:
1- Sədəqəni gizli vermək,
2- Müsibətini gizləmək,
3- Saleh qohumu ziyarət,
4- La havlə vəla qüvvətə illa billah demək. (Hatib)
Hesabdan qurtula bilməz
Qiyamətdə hər kəs bu dörd suala cavab vermədikcə hesabdan qurtula bilməz:
1- Ömrünü harada və necə keçirdi?
2- Elmi ilə necə əməl etdi?
3- Malı harada və necə qazandı, haralara, necə xərclədi?
4- Bədənini harada yordu, gücdən saldı? (Tabərani)
Sual soruşulduqda
Elm xəzinədir, açarı sual soruşmaqdır. Bir sual soruşulduqda dörd nəfər savab qazanar:
1- Sualı soruşan,
2- Suala cavab verən,
3- Onları dinləyənlər,
4- Nə gözəl sual soruşulur və nə gözəl cavab verilir, deyə onları sevənlər. (Əbu Nuaym)
Vaxtı dəyərləndirmək
Ağıllı insan vaxtını dörd hissəyə ayırır:
1- İbadət üçün,
2- Özünü hesaba çəkmək üçün,
3- Əmri-məruf üçün,
4- Halal qazanc üçün. (Deyləmi)
Xoşbəxt olmaq üçün
Qadınla dörd xisləti üçün evlənilir:
1- Malı,
2- Əsaləti,
3- Gözəlliyi,
4- Dini.
Sən dindar olanını seç ki, xoşbəxt olasan. (Buxari)
Peyğəmbərlərin sünnəti
Bu dörd xislət ənbiyanın sünnətidir:
1- Həya,
2- Gözəl ətir,
3- Evlənmək,
4- Misvaq. (Tirmizi)
Dörd şeyə doymaz
Dörd şey dörd şeyə doymaz:
1- Göz baxmağa,
2- Torpaq yağışa,
3- Qadın ərinə,
4- Alim elmə. (Əbu Nuaym)
Dörd xislət
Allahü təala buyurdu ki: Qullarıma dörd xislət verdim:
1- Ərzağa (taxıla) güvəni müsallat etdim, yoxsa zənginlər bunu qızıl-gümüş kimi saxlayardılar.
2- Cəsədə iylənməsini müsallat etdim, belə olmasaydı, dost dostu heç vaxt dəfn etməzdi.
3- Kədər üçün təsəlli verdim, yoxsa nəsillər kəsilərdi.
4- Əcəl verib, əməli uzatdım. Yoxsa [ölüm var deyə] heç kim keçim dərdinə düşməz, dünya baxımsızlıqdan xarab olardı. (Hatib)
Dörd qrup
İnsanlar mal və elm cəhətdən dörd qrupa ayrılır:
1- Allahü təalanın mal və elm verdiyi insandır. O şəxs Rəbbindən qorxur. Allahın onda bir haqqı olduğunu bilərək, qohumlarına yaxşılıq edir. Bu şəxs ən üstün dərəcədədir.
2- Allahü təalanın mal vermədiyi, lakin elm verdiyi yaxşı niyyətli insandır. “Əgər malım olsaydı, malımı Allah yolunda xərcləyərdim” deyə düşünür. Bu insan yaxşı niyyətindən ötrü, birinci qrupdakı insan kimi mükafat alar.
3- Allahü təalanın mal verdiyi, lakin elm vermədiyi kimsədir. Bu kimsə malını cahilcə xərcləyər, Allahdan qorxmaz, Allahın onda, bir haqqı olduğunu bilmədiği üçün qohumluq haqlarını yerinə yetirməz. Elə bu insan, ən pis dərəcədədir.
4- Allahü təalanın nə mal, nə də elm verdiyi insandır. Bu da, “Əgər malım olsaydı, üçüncü qrupdakı adamlar kimi davranardım” deyə düşünür. Bu da niyyətinə görə üçüncü qrupdakı kimi günaha girər. (Tirmizi)
Şəhidlərin dərəcələri
Şəhidlər dörd dərəcədir:
1- İmanı sağlam olan mömin. Düşmənlə qarşılaşır, Allaha verdiyi sözə sadiq qalaraq ölənə qədər döyüşür. Bax bu insan Qiyamətdə hər kəsin qibtə edərək baxdığı şəhiddir.
2- İmanı sağlam qorxaq mömin. Düşmənlə qarşılaşır, çox qorxar. Hardan gəldiyi məlum olmayan bir şey ölümünə səbəb olur. Bu, ikinci dərəcədədir.
3- Yaxşı və pis əməli olan mömin. Düşmənlə qarşılaşır, Allaha verdiyi sözə sadiq qalaraq öldürülənə qədər çarpışır. Bu üçüncü dərəcədir.
4- Günahkar mömin. Düşmənlə qarşılaşır. Allaha verdiyi sözə sadiq qalaraq öldürülənə qədər döyüşür. Bu da dördüncü dərəcədir. (Buxari)
Fəzilətli dörd gecə
Bu dörd gecə, gündüzü kimi fəzilətlidir:
1- Qədr gecəsi,
2- Arəfə gecəsi,
3- Bərat gecəsi,
4- Cümə gecəsi. (Deyləmi)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0