Facebook Twitter WhatsApp

Peyğəmbər əfəndimizə tabe olmağın dərəcələri

Sual: Peyğəmbər əfəndimizin bildirdiklərinə əməl etməyin, tabe olmağın da bəlli dərəcələri vardırmı, yoxsa hər Müsəlmanda bunun olması eynidirmi?
Cavab: Peyğəmbər əfəndimizə tabe olmaq, hər sözünə, işinə əmələ etmək hər Müsəlmanda eyni deyildir. Əhli-sünnət alimləri, Rəsulullah əfəndimizə tabe olmağın yeddi dərəcəsini belə bildirmişdirlər:
Birincisi, İslamiyyətin bildirdiklərinə inanaraq, bunları öyrənmək və əməl etməkdir. Bütün Müsəlmanların, alimlərin, zahidlərin və abidlərin tabe olmağı bu dərəcədədir. Onların nəfsləri iman etməmişdir. Allahü təala mərhəmət edərək yalnız qəlbin imanını qəbul edir.

İkincisi, əmrləri yerinə yetirməklə yanaşı Rəsulullah əfəndimizin bütün sözlərinə, adətlərinə uymaq və qəlbi pis xasiyyətlərdən təmizləməkdir. Təsəvvüf yolunda gedənlər bu dərəcədədir.

Üçüncüsü, Rəsulullah əfəndimizdə olan hallara və qəlbinə gələn şeylərə də tabe olmaqdır. Bu dərəcə, təsəvvüfün Vilayəti-xassa dediyi məqamda ələ keçir. Burada, nəfs də iman və itaət edir. Bütün ibadətlər həqiqi və qüsursuz olur.

Dördüncüsü, ibadətlərin də bütün xeyirli işlər kimi həqiqi və qüsursuz olmasıdır. Bu dərəcə, Üləmayi-rasihin adlanan böyüklərə məxsusdur. Bütün Peyğəmbərlərin Əshabı belə idi. Hamısının nəfsləri iman etmişdi. Belə tabe olmaq, ya təsəvvüf yolundan gedənlərə və ya bütün sünnətlərə əməl edərək bidətlərdən qaçanlara nəsib olur.

Beşincisi, Rəsulullah əfəndimizə məxsus kəmalata, yüksəkliklərə tabe olmaqdır. Bu kəmalat, elm və ibadətlə ələ keçə bilməz. Ancaq Allahü təaladan lütf və ehsan ilə gəlir. Bu dərəcədə olanlar, böyük Peyğəmbərlər və bu ümmətin sayı çox az olan böyükləridir.

Altıncısı, Rəsulullah əfəndimizin məhbubiyyət və məşuqiyyət kəmalatına tabe olmaqdır, hansı ki, Allahü təalanın çox sevdiklərinə məxsusdur və lütf ilə ələ keçməz, bunun üçün məhəbbət lazımdır.

Yeddinci dərəcə, insan vücudunun hər zərrəsinin tabe olmasıdır. Tabe olan, tabe olunana o qədər bənzəyir ki, tabe olmaq aradan qalxır. Onlar da sanki Rəsulullah əfəndimiz kimi eyni mənbədən hər şeyi alırlar.

Sual: İnsanı sonsuz fəlakətdən, Cəhənnəmə getməkdən xilas edə biləcək şey nədir?


Cavab: Axirətdə əzablardan xilas olmaq, yalnız və yalnız Muhamməd əleyhissalama tabe olmağa bağlıdır. Muhamməd əleyhissalamın bildirdiyi və göstərdiyi yolda gedən, Allahü təalanın sevgisinə qovuşur. Ona tabe olan, Allahü təalaya sadiq bir qul olmaq səadətinə nail olar. Dünyaya gəlmiş 124 mindən çox Peyğəmbərin ən böyükləri, Ona tabe olmağı istəmişlər. Musa əleyhissalam, Onun dövründə olsaydı, O böyüklüyü ilə yanaşı, Ona tabe olmağı istəyərdi. İsa əleyhissalamın göydən enib Onun dininin yolunda gedəcəyini hər kəs bilir. Onun ümməti olan Müsəlmanlar, Ona tabe olduqları üçün bütün insanların xeyirlisı və ən yaxşıları oldular. Cənnətə girəcəklərin çoxu onlar oldu və Cənnətə hər kəsdən əvvəl girəcəklər.

 

İki cahan səadətinə qovuşmaq

Sual: Bir insanın, dünyada və axirətdə səadətə qovuşması, rahat və xoşbəxt olması nə ilə mümkün olur?
Cavab:
 İki cahan səadətinə qovuşmaq, yalnız və yalnız, dünya və axirətin əfəndisi olan, Muhamməd əleyhissalama tabe olmağa bağlıdır. Ona tabe olmaq üçün, iman etmək, İslamiyyəti öyrənmək və əməl etmək lazımdır. Qəlbdə doğru imanın olmasının əlaməti, kafirləri düşmən bilib, onlara məxsus kafirlik əlaməti olan şeyləri etməməkdir. Çünki İslam ilə küfür, bir-birinin ziddidir. Birinin olduğu yerdə, digəri qala bilməz, gedər. Bu iki zidd şey, bir yerdə ola bilməz. Bunlardan birinə qiymət vermək, digərini pisləmək sayılır. Allahü təala, sevgilisi  Muhamməd əleyhissalama, çox mərhəmətli Peyğəmbərinə, İslam düşmənləri ilə müharibə etməyi və onlara sərtlik göstərməyi əmr edir. İslam düşmənlərinə sərt davranmaq xuluqi- əzimdəndir. İslamiyyətin izzəti və şərəfi, küfrün, kafirlərin həqir və zəlil olmasındadır. Kafirlərə izzət verən, hörmət edən, Müsəlmanları təhqir etmiş, alçaltmış olur. Haqq təala, Ali-İmran surəsində kafirlərə qiymət verənlərin və küfrə tabe olanların aldandıqlarını və peşman olacaqlarını bəyan buyuraraq:

“Ey mənim sevgili Peyğəmbərimə inananlar! Əgər, kafirlərin sözlərinə aldanıb, Rəsulumun yolundan ayrılsanız, özlərini Müsəlman kimi göstərib din düşmənlərinin, yəni zındıqların uydurma və cazibədar sözlərinə qapılaraq, imanınızı itirsəniz, dünyada və axirətdə ziyana düşərsiz” məalindəki 149-cu ayəti- kəriməni göndərdi.

Allahü təala, inkar edənləri, Özünün və Peyğəmbərinin düşməni olduqlarını bildirir. Allahü təalanın düşmənlərini sevmək və onlarla qaynayıb-qarışmaq insanı Allahü təalaya və Onun Peyğəmbərinə düşmən olmağa sürükləyir. Bu insan, özünü Müsəlman zənn  edir, kəlməyi-tövhidi söyləyir, inanıram deyir, namaz qılır və hər ibadəti yerinə yetirir. Halbuki bu insan, bilmir ki, belə çirkin hərəkətləri, onun imanını təməlindən aparır.

Muhamməd əleyhissalama tabe olan insan qurtulacaq

Sual: Peyğəmbərə və bildirdiklərinə inanmayan, göstərdiyi yoldan getməyən bir insan, çox yaxşılıq etsə də, bu etdiyi yaxşılıqların faydasını, axirətdə görə bilməyəcəkmi?
Cavab:
 Axirətdə Cəhənnəmdən qurtulmaq, yalnız Muhamməd əleyhissalama tabe olanlara məxsusdur. Dünyada edilən bütün xeyirlər, yaxşılıqlar, bütün kəşflər, bütün hallar və bütün elmlər Rəsulullah Əfəndimizin yolunda olmaq şərtilə axirətdə işə yarayacaq. Yoxsa ki, Allahü təalanın Peyğəmbərinə tabe olmayanların etdiyi hər yaxşılıq, dünyada qalacaq və axirətinin xarab olmasına səbəb olacaq. Yəni, hər biri, yaxşılıq şəklində görünən bir istidracdan başqa bir şey deyil.

Belə ki, dünyadakı faydalı və xeyirli işlərdən cənab Haqqın, ən çox bəyəndiyi əməl, məscid tikdirməkdir. Məscid tikdirməyin çox savab olduğunu bildirən hədisi-şəriflər vardır. Belə olmaqla yanaşı, Tövbə surəsinin 18-ci ayəsində məalən:
“Kafirlərin məscid tikdirmələri caiz deyil. Yerində və işə yarayan bir şey deyil. Onların məscid tikdirmələri və digər bütün bəyəndikləri işləri, Qiyamətdə onlara yaramayacaq və Muhamməd əleyhissalama tabe olmadıqları üçün Cəhənnəmə girib, çox acı əzablarda sonsuz olaraq cəzalandırılacaqlar” buyuruldu.

Ali-imran surəsinin 85-ci ayəsində məalən:
“Muhamməd əleyhissalamın gətirdiyi İslam dinindən başqa din istəyənlərin, dinlərini Allahü təala sevmir və qəbul etmir. Dini- islama arxa çevirən, axirətdə ziyan edəcək, Cəhənnəmə girəcək” buyuruldu.

Bir şəxs, min illərlə ibadət etsə, ömrünü, nəfsini təmizləməklə keçirsə, gözəl xasiyyətlərilə yanındakılara və kəşf etdiyi alətlərlə, bütün insanlara faydalı olsa, Muhamməd əleyhissalama tabe olmadıqca sonsuz səadətə qovuşa bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину