Facebook Twitter WhatsApp

Təsəvvüfün çıxışı

Sual: Vəhhabilər və bunlara aldanan bəzi bidət əhli, övliyanın yolunu yəni təsəvvüfü, təriqəti qəsd edərək, bunların sonradan çıxdığını, bidət olduğunu söyləyirlər. Təsəvvüfün dinimizdəki yeri nədir?

CAVAB

Bu xüsusda Muhamməd Məsumi Faruqi həzrətləri buyurur ki:

Zahirdəki kamilliyin və mənəvi məqamların hamısı Rasulullah əfəndimizdən gələr. Zahirdəki kamilliyə, yüksəlməyə səbəb olan əmrləri, qadağaları bizlərə din alimləri bildirdi. Qəlbin, ruhun təmizlənməsinə yarayan gizli bilgiləri və qəlb işlərini təsəvvüf böyükləri bizə çatdırdı. Qəlbə və bədənə yarayan bilgilərimizin hamısı Rasulullahdan gələr.

Həzrəti Ömər vəfat edincə, oğlu Həzrəti Abdullah, "Elmin onda doqquzu getdi" buyurdu. Bəzilərinin bu sözə təəccübləndiyini görüncə, "Dediyim elm, hər kəsin bildiyi dəstəmaz və qüsl kimi bilgilər deyil, Allahu təalanı tanıdan bilgilərdir" buyurdu.

Təsəvvüf, Rasulullahın yolunu göstərər. Təsəvvüf böyükləri, öz xocaları vasitəsi ilə Rasulullaha bağlanmışdır. O böyüklərin çalışma üsulları, sonradan uydurulmuş şeylər deyildir. Fəna, bəqa, cəzbə, süluq, seyri iləllah və bənzərləri kimi adlar, sonradan verilmiş isə də, bu adların bildirdikləri şeylərin hamısı Rasulullah əfəndimizdən gəlməkdədir.

Nəfəxat kitabında bildirildiyi kimi, fəna, bəqa kimi adları ilk bildirən şəxs, Əbu Saidül Xarrazdır. Zikr də, Rasulullahdan gəlmişdir. Rasulullah əfəndimiz, peyğəmbər olduğu bildirilmədən əvvəl, mübarək qəlbi ilə zikr etmişdir. Rasulullahın çox zaman sükut etdiyi, səssiz, düşüncəli durduğu; dost, düşmən hər tarixçinin kitabında yazılıdır. Bu halda olmaq, adları sonradan çıxan şeylərin Rasulullahda da olduğunu göstərməkdədir. Bu adlar, Hədisi-şərifləri açıqlamaq üçün qoyulmuşdur. Məsələn təfəkkür; fikri, batildən haqqa doğru çevirmək olub, “Az bir zaman təfəkkür etmək, min il nafilə ibadət etməkdən daha faydalıdır” Hədisi-şərifindən alınmışdır.

Əgər, “Təsəvvüfdəki üsullar, vəzifələr, qazanclar Rasulullahdan gəlmiş olsaydı, ayrı ayrı təsəvvüf yolları və təsəvvüf sərxoşluğu, dinə uyğun görünməyən şeyləri söyləmək olmazdı” deyilərsə, belə dəyişik sözlər və hallar, insanların istedatlarının, başqa başqa olmasından irəli gəlməkdədir. Rasulullahdan gələn nisbətdə, feyzdə və təsirdə heç dəyişiklik yoxdur. Bunun müxtəlif insanlara, müxtəlif təbiətlərə təsiri başqa başqa olmaqdadır. Bir insanın belə müxtəlif zamanlardakı halı, təbiəti başqa başqa olur.

Bütün kamilliklər, Rasulullahdan gəlməkdədir. Fəqət hər kəsin yaradılışına, hazırlığına görə, başqa başqa təsir etməkdədir. Rasulullah əfəndimiz həyatda ikən də, hər kəsin istedadına görə danışar, məna və sirrləri başqa başqa təqdim edərdi. Rasulullah əfəndimiz, Həzrəti Əbu Bəkrə incə bilgilər anladarkən, yanlarına Həzrəti Ömər gəlincə, sözü dəyişdirərdi. Sonra Həzrəti Osman gəlincə, sözü daha da dəyişdirərdi. Həzrəti Əli gəldi, başqa cür anlatmağa başladı. Çünki, hər birinin istedadı başqa başqa idi. (5/59)

Lə iləhə illəllah demək

Təsəvvüfdə ən çox, Lə iləhə illəllah kəlimeyi tayyibəsi söylənər. "Sözlərin, zikirlərin əfdalı, ən faydalısı, lə iləhə illəllah deməkdir" Hədisi-şərifi günəş kimi hər yerdə işıq salmaqda ikən, bunu söyləmək, sonradan meydana çıxmış deyilə bilərmi? Təsəvvüf demək, sünnəti səniyyəyə yapışmaq və bidətlərdən çəkinmək deməkdir.

O halda, təsəvvüf zamanı səadətdə yox idi, sonradan meydana çıxdı, deyən kimsə, sünnəti səniyyəni yıxmaq istəyən bir İslam düşməni deyilsə; mənfəət təmin etmək, cahilləri aldatmaq üçün şeyxlik pərdəsi altında İslama yaraşmayan pislikləri edənləri anlatmaq istəyirdir. Belə təsəvvüfçülər nə qədər çox pislənsə yeridir. Bu pis kimsələr, Müsəlman göründükləri üçün, Müsəlmanlıq pislənə bilərmi? Tələbəsinə pislik edən müəllim var deyə, müəllimlik peşəsinə pis damğası vurula bilərmi? Bəli, bəzi cahillər, əxlaqsızlar [və misyonerlər] şeyx şəklinə girdi. Təsəvvüf adı altında hər pisliyi edənlər oldu. Fəqət bunlara baxaraq, Rasulullahın sünnətinə yapışan, hər pislikdən çəkinən Allah adamlarına dil uzatmaq çox yanlışdır.

Təsəvvüf əhli buyurur ki:

Yaxşı olan da, pis olan da, yaxşılıq edə bilər. Pislik etməmək isə, ancaq Allah adamlarının xüsusiyyətidir. Siddiqlər günah işləməz. (Məktubatı Məsumiyyə 2/106)

Allahu təalaya qovuşmaq, Allahu təalaya yaxınlaşmaq, Allahu təalanı tanımaq, Allahu təalanı sevmək, feyz almaq, nurlanmaq, arif olmaq, elmi batin sahibi olmaq kimi şeylər, həmişə qəlb ilə olar. Bunlara ağıl çata bilməz, anlaya bilməz. Allahu təala, hər şeyə qovuşmaq üçün bir səbəb yaratmışdır. Bir şeyə qovuşa bilmək üçün, o şeyin səbəbinə yapışmaq lazımdır. Bildirdiyimiz şeylərə qovuşmanın səbəbi, qəlbi masivadan [Allahdan başqa hər şeydən] təmizləməkdir. Məxluqların varlığını, sevgisini qəlbdən çıxarmaqdır. Buna, “Fənai qəlbi” deyilir. Qəlb, Allahdan başqa hər şeyi tam unudarsa, yuxarıda bildirdiyimiz şeylər, özlüyündən qəlbə dolar. Qəlb, görülməyən, tutulmayan bir şeydir. Yəni maddə deyildir. Yer tutmaz. Ürək dediyimiz ət parçası ilə əlaqəsi vardır. Ağılın, dimağ [beyin] ilə olan əlaqəsi kimidir. Bir şüşəyə hava doldurmaq üçün çalışmaq lazım deyildir. Suyu boşaltmaq lazımdır. Şüşədəki su boşaldılınca, hava özlüyündən girər. Qəlb də belədir. Məxluqların sevgisi, hətta düşüncələri qəlbdən çıxarılınca, Allah sevgisi, feyz, nur, mərifət, özlüyündən qəlbə gələr. Qəlbi məxluqlardan təmizləməyə səbəb də, Əhli sünnət etiqadı, haramlardan çəkinmək, fərzləri və nafilə ibadətləri yerinə yetirməkdir. Nafilə ibadətlərdən, təsiri ən çox və sürətli olanı, zikr etmək və Allahu təalanın Vəlilərindən biri ilə bərabər olmaqdır.

Feyz almaq üçün, bu feyzə qovuşmuş olan saleh bir kimsəni tapmaq, onu sevmək, onun yanında yetişmək lazımdır. Vəhhabi Fəthül məcid kitabı da, bunun lazım olduğunu bildirir. 335-ci səhifəsində, "Allahu təalanı sevməyə qovuşduran on səbəbdən doqquzuncusu, Allahın sadiq olan sevənlərinin yanında olmaqdır. Onların sözlərini dinləyib faydalanmaqdır. Onların yanında az danışmaqdır" deyir. Belə saleh qullara Mürşidi kamil və ya Rəhbər deyilir.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Hər şeyin bir qaynağı vardır. Təqvanın qaynağı, ariflərin qəlbləridir.” [Tabərani]

“Alimin yanında olmaq ibadətdir.” [Deyləmi]

“Zikr, sədəqədən daha faydalıdır.” [İbni Hibban, Beyhaqi]

“Zikr, nafilə orucdan daha xeyirlidir.” [Deyləmi, Beyhaqi]

“Hər xəstəliyin şəfası vardır. Qəlbin şəfası, Allahu təalanı zikr etməkdir.” [Deyləmi, Beyhaqi, Münavi]

“Dərəcəsi ən yüksək olanlar, Allahu təalanı zikr edənlərdir.” [Beyhəqı]

“Allahu təalanı çox zikr edəni, Allahu təala sevər.” [Beyhəqı]

Təsəvvüf, zikr etmək və arifləri xatırlamaq, onları sevmək və Rasulullahın yoluna yapışmaqdır. Bu və bənzəri Hədisi-şəriflər və bunların çıxarılmış olduqları ayəti kərimələr, təsəvvüfü əmr etməkdədir. Belə təsəvvüf pislənə bilərmi?

Allaha qovuşduran yollar

Sual: Kitablarda, Nəqşi və ya Qadiri yoluyla Allaha qovuşanların olduğu yazılıdır. Allaha qovuşduran yol çoxdurmu?

CAVAB

Nəcməddini Kübra həzrətləri, “İnsanları Allahu təalaya qovuşduran yollar, insan sayı qədər çoxdur” buyurdu. Bu söz, talibləri yetişdirmək yolunu bildirir; yoxsa etiqadlarında heç bir ayrılıq yoxdur. Bütün Övliyanın etiqadları, imanları birdir. Hamısı, Əhli sünnət vəl-camaat etiqadındadır. Sənət sahiblərinin müxtəlif iş qollarına ayrılmaları da, elə rəhmətdir; fəqət etiqadda ayrılmaq, bölünmək, belə deyildir. Rasulullah əfəndimiz, “Camaat rəhmətdir. Ayrılıq əzabdır” buyurdu. (M. Nəsihət)

Hər şeydən, hər məxluqdan Allahu təalaya gedən bir yol vardır; çünki hər məxluqun özü və sifətləri Onun qüdrətinin əsəridir. Bu əsərlərin sahibini tapan zəki [ağıllı] bir kimsə, o yolu və o mənəvi bağı görər, anlayar. Allahu təalanın rizasına, mərifətinə aparan yollar, məxluqların nəfəsləri qədərdir, sözü də doğrudur. Bu yolların hamısından vasil olmaq, əhkamı İslamiyyəni yerinə yetirməyə bağlıdır. Bütün yolların başlanğıcı İslamiyyətdir. Yəni İslamiyyət, bir ağacın gövdəsinə bənzəyər. Bütün təsəvvüf yolları, bu ağacın budaqları, damarları, filizləri, yarpaqları və çiçəkləri kimidir. (Məktubatı Məsumiyyə)

Bu böyüklərin kitablarını oxumaq, söhbətin yarısıdır. Yəni böyük bir şəxsiyyətin kitabını sevərək oxuyan kimsə, söhbətində olmuş kimi ondan faydalanar.