Facebook Twitter WhatsApp

Bayram günləri nə etməli

Bayramda erkən qalxmaq, qüsl almaq, misvaq istifadə etmək, gözəl ətir sürtmək, yeni və təmiz paltar geyinmək, sevindiyini bəlli etdirmək sünnətdir.
Bayram günü üzük taxmaq, qarşılaşdığı möminlərə gülər üzlə salam vermək, kasıblara çox sədəqə vermək, İslamiyyətə doğru olaraq xidmət edənlərə kömək etmək, küsənləri barışdırmaq, qohumu, din qardaşlarını ziyarət etmək, onlara hədiyyə aparmaq sünnətdir.
Bayram gecələrini əhya edənlərin böyük səadətə qovuşacağı bildirilmişdir. Hədisi şərifdə buyuruldu ki:
“Ramazan və Qurban bayramı gecələrini əhya edənlərin qəlbi, qəlblərin öldüyü gündə ölməz.” [Tabərani]
Küsənlərin bayramı gözləməyib, dərhal barışması lazımdır. Allahü təalanı və Peyğəmbər əfəndimizi sevən kimsə, insanların qüsurlarına baxmaz, xoş görüşlü olar. Yaxşı insan, yəni mömin, hər kəslə yaxşı davranar. Başqalarına əziyyət vermədiyi kimi, onlardan gələcək əziyyətlərə də dözər. Bir qüsurundan ötəri kiməsə inciməmək lazımdır.
İnciklik olsa belə üç gündən çox davam etməməlidir. Əgər bayrama qədər davam edən bir inciklik olsa, daha çox keçmədən barışmalıdır.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Bir-birinizlə münasibəti kəsməyin! Bir-birinizə arxa çevirməyin! Bir-birinizə kin və düşmənlik bəsləməyin! Bir-birinizi qısqanmayın! Ey Allahın qulları qardaş olun! Bir Müsəlmanın digər qardaşına inciyərək üç gündən çox uzaqlaşması halal deyil.” [Buxari]
“Müsəlmana üç gündən çox incik olan Cəhənnəmə gedər.” [Nəsəs(n)i]
“Bir-birinə incik iki kimsədən, hansı əvvəl salam versə, günahları bağışlanar. Verilən salamı o biri almazsa, bu salamı mələklər alar. Salam almayana da şeytan sevinərək iltifatda olar.” [İbni Əbi Şeybə]
“İki adam, bir-birinə incik olaraq ölsə, Cəhənnəmi görmədən Cənnətə girə bilməz. Cənnətə girsələr də bir-biriylə qarşılaşa bilməzlər.” [İbni Hibban]
“Din qardaşıyla bir il incik dayanan, onu öldürmüş kimi günaha girər.” [Beyheqı]
“Əməllər, bazar ertəsi və cümə axşamı günləri Haqq Təalaya ərz olunar. Haqq təala da, özünə şərik qoşmayan hər kəsi bağışlayar. Ancaq bu bağışlamadan bir-birinə kin tutan iki adam istifadə edə bilməz. Haqq təala "O iki adam barışıncaya qədər əməllərini mənə gətirməyin" buyurar.” [i. Malik]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину