Səhər vaxtı gecənin son altıda biridir. Yəni Günəşin batmasından imsaq vaxtına qədər olan zamanın son altıda biridir. Yay və qış günlərində bu vaxt uzanıb qısalır. Hədisi-şəriflərdə buyuruldu ki: “Gecənin sonunda oyanmayacağından qorxan gecənin əvvəlində vitri əda etsin. Sonra yatsın. Gecə sonunda oyanacağını ümid edən vitri o zaman qılsın. Çünki, gecənin sonundakı qalxmada rəhmət mələkləri hazır olur.” [Müslim]
“Gecə səhər vaxtında və namazlardan sonra edilən dualar qəbul olur.” [Tirmizi]
“Səhər vaxtı Allahü təala buyurur ki: İstiğfar edən yoxdurmu? Onu bağışlayım. İstəyən yoxdurmu? İstədiyini verim, duasını qəbul edim. [Müslim]
Səhər vaxtı dua və istiğfarların qəbul olunduğu zamandır. Ramazan ayında sahur üçün qalxan zaman səhər vaxtı üçün qalxmış olur. Bu vaxtda dua etməyi, qəza namazları qılmağı qənimət bilməlidir! Allahü təala yaxşıları tərifləyərkən; “Onlar səhər vaxtında istiğfar edər!” buyurur. [Zariyat 18]
Əli-imran surəsinin 17-ci ayətində səbir edənlər, sadiqlər, namaz qılanlar, zəkat verənlər və səhər vaxtlarında istiğfar edənlər təriflənmişdir. Hamısından sonra istiğfar edənlərin bildirilməsi insanın hər ibadətini qüsurlu görüb daima istiğfar etməsi üçündür.
Sahura qalxmadan oruc tutmaq günah deyildir. Ancaq sahura qalxmaq çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki,
“Sahura qalxın, sahurda bərəkət vardır.”[Buxari]
“Sahurda yemək yeyərək oruc tutmağınıza kömək edin”(Beyhəqı)
“Sahur yeməyinə qalxmaq Allahın sizə bağışladığı bərəkətdir, bunu əldən verməyin”[Nəsai]
“Yedikləri halal olmaq şərti ilə hesaba çəkilməyən üç nəfər oruclu, sahur yeməyi yeyən və Allah yolunda keşik çəkəndir” [Nəsai]
“Möminin sahurunun xurma ilə olması nə gözəldir” [Əbu Davud]
“Sahur yeməyi mübarəkdir, sahurun tamamı bərəkətdir. Bir qurtum su üçün də olsa sahura qalxın! Allahü təala və mələkləri sahura qalxanlara salatu və salam edər” [İ. Əhməd]
В корзине: 0 шт.
на сумму: 0