Sual: Ramazan ayının başlanmasını hesablamaya, təqvimə görə aparılır, yoxsa hilalın görülməsinə etibar edilir?
CAVAB
Hesablamaya, təqvimə görə hərəkət edilməz. Hilalın göründüyü gün deyil, doğacağı günü düzgün hesablanaraq müəyyən edilir. Lakin dinimiz oruc tutmağa başlamağı və bayramı hilalın doğulması ilə deyil, hilalın görünməsi ilə əlaqələndirmişdir. Hədisi-şərifdə “Hilalı görəndə oruc tutun, yenidən görəndə orucu açın” buyuruldu. Hilal ya hesablama ilə tapılan gündə, ya da bir gün sonra görünür. Heç vaxt hesabla bildirilən gündən əvvəl doğmur, doğmadığı üçün görünə də bilməz, çünki Allahu təalanın qoyduğu nizamda heç bir əksiklik, yanlışlıq yoxdur. Günəşin və ayın hansı saatda doğub batacağını əvvəldən hesabla bilmək mümkündür. Yeni ayın hilalı hesablama ilə tapılan vaxtda doğar, lakin bəzən havanın buludlu olması kimi səbəblərdən hilalın doğduğu gün görünməyə bilər. Ramazan ayını müəyyən etmək üçün hilalı axtarmaq və görmək lazımdır. Hicri qəməri ay 29 gün çəkə bildiyi üçün hilal göründüyü zaman Şaban ayının 29-u da ola bilər. Əgər görünməzsə, Şaban ayını 30 günə tamamlamaq lazımdır. Hilali görməklə Ramazan ayının başlanğıcı hesablanmış gündən bir gün sonra ola bilər, lakin bir gün əvvəl ola bilməz, çünki hesablama ilə tapılan gündən əvvəl hilalın doğması və görünməsi mümkün deyil.
Ramazan ayının hər il 30 gün davam etdiyini düşünənlər də var. Halbuki qəməri aylar bəzən 29, bəzən də 30 gün olur. Həmişə 30 gün olarsa, hicri il 360 gün olar. Hər il 10-11 gün tez gəlməsinin səbəbi qəməri ayların bəzən 29 gün davam olmasındadır.
Texnologiya əsrindəyik
Sual: Texnologiya əsrindəyik. Günəşin nə vaxt çıxıb batacağı bilindiyi kimi, hilalın nə vaxt görünəcəyini də saniyəbəsaniyə müəyyən etmək olmazmı? Niyə hər il bu qalmaqal olur?
CAVAB
Allahu təalanın qoyduğu nizamda əskiklik, yanlışlıq yoxdur. Günəşin və Ayın hansı saatda doğub batacağını da əvvəldən hesabla bilmək mümkündür. Hesablanmış vaxtdan bir dəqiqə bir saniyə əvvəl doğub batmaz. Yeni ayın hilalı hesablama ilə tapılan vaxtda doğur, amma havanın buludlu olması kimi səbəblərlə bəzən doğduğu gün görünməyə bilər. Ramazan ayını müəyyən etmək üçün hilalı, yəni göydə yeni ayı axtarmaq və Ayı görmək mümkün olmasa, Şaban ayını 30 günə tamamlamaq lazımdır.
Qalmaqala səbəb odur ki, hilal görünməsə də, filan ölkədə göründüyü deyilir və bir gün əvvəl oruc tutmağa başlanılır. Nə üçün hesablamadan sonra gördüklərini heç vaxt demirlər, amma hesablamadan əvvəl gördüklərini deyirlər? Halbuki desələr ki, hava buludlu idi, görə bilmədik, deməyə də bir söz qalmaz. Hilalın vaxtından əvvəl göründüyünü söyləmək çox yanlışdır, açıq-aşkar yalandır!
Hilalı seyr etmək
Sual: Hilalı seyr etməkdə dinin hökmü nədir?
CAVAB
Mustafa Səbri Əfəndi buyurur ki:
“Şaban ayının 29 gün olduğu hesabla dəqiq olaraq bilinsə, həqiqətən də 29 gün olsa belə, Ramazanın girişini müəyyən etmək üçün hilal müşahidə edilərsə, hilal doğsa da hava buludlu olduğu üçün görünməzsə, Şaban ayı otuz gün olaraq qəbul edilər. Yenə bunun kimi Ramazan ayının 29 gün olduğu hesabla dəqiq bilinsə, həqiqətdə də 29 gün olsa, hava buludlu olduğu üçün Ramazanın 29-da hilal görünməsə, Ramazanı otuz günə tamamlamaq dinimizin əmridir. Hədisi-şərifdə “Hilalı görəndə oruc tutun, yenidən görəndə orucu açın” buyuruldu.” [Məsələlər]
Dəyanət nə deyir?
Sual: Dəyanət rəsmisi bu mövzuda nə deyir?
CAVAB
Dəyanət rəsmiləri qısaca dedi ki:
“Dinimiz rüyəti, yəni hilalın görünməsi ilə oruca başlamağı əmr edir. Dəyanət olaraq Ramazan ayının hilalını müşahidə etdik. Bu günə qədər rəsədxananın apardığı hesablamalara zidd olan heç bir nəticə aşkar etmədik. Səudiyyə Ərəbistanı ilə aramızdakı fərqin səbəbi onların hilalı müşahidə etmələri, bizim isə hesablamalarla hərəkət etməyimiz deyil. Bu ölkə hilalı müşahidə etməklə oruc tutmağa başlamır, Amerika təqviminə uyğun hərəkət edir. Bir nümayəndə heyəti ilə S. Ərəbistana getdik. Dedik ki, gəlin hilalı bir yerdə müşahidə edək. Rabitə katibi Saffət bəy dedi: Biz Amerika dənizçilərinin hesablamalarına uyğun hərəkət edirik. 6 nəfərlik bir heyətlə Cebəli Səfaya getdik. Durbindən istifadə etsək də hilalı görə bilmədik. Onsuz da hesablara zidd olaraq görmək mümkün deyil. Axşam olanda hilalın göründüyünü, bayram etmək lazım olduğunu elan edib milyonlarla müsəlmanın orucunun pozulmasına səbəb oldular. Onların bu hərəkətlərinin yalan-yanlış bir ifadə üzərində qurulduğu dəqiqdir”.
Bu yazıda da hesab deyil, hilalın görünməsi əsas götürülmüşdür. Biz də hər il “Hilal görünməmiş oruc tutmağa başlamayın, hilal görünməmiş bayram etməyin” deyirik. (Hesaba uyğun hərəkət edin) demirik.
Bidət əhlinə inanmaq olmaz
Sual: Əgər bidət əhli desələr ki, biz hilalı görmüşük, bizim inanmağımızın dini tərəfdən bir zərəri varmı?
CAVAB
Birincisi hesabdan əvvəl görünə bilmədiyi üçün onlara inanmaq elmi, texnologiyanı, yəni həqiqətləri inkar etmək sayılır. İkincisi bidət əhlinin sözlərinə etibar etmək caiz olmaz. İslam alimləri buyurur ki:
Bidət sahibi, yəni etiqadda Əhli sünnətdən ayrılmış 72 firqənin hamısı hər ibadəti etdikləri halda adil deyillər. Çünki ya mülhid olaraq imanları getmiş, ya da Əhli sünnətə dil uzadırlar ki, bu da böyük günahdır. [Hadiqa]
Müsəlmanı söymək və pisləmək günahdır, ədaləti yox edər, şahidliyi qəbul olmaz. [Dürr-ül-muxtar]
Neməti İslam kitabının nikah bəhsində Vəhhabilərin Batınilik yolunda bir zındıq olduqları yazılıdır. Bunun üçün Ramazan, bayram və həcc vaxtlarının gəldiyini başa düşməkdə və bütün dini işlərdə vəhhabilərin, qeyri-məzhəblərin sözlərinə tabe olmaq caiz deyil.
Fərz-i kifayədir
Sual: Hilalı müşahidə etmək fərzdirmi?
CAVAB
Hilalı müşahidə etmək fərz-i ayn deyil, fərz-i kifayədir. Eyni mənada vacib-i kifayə də deyilmişdir. Bəzi müsəlmanlar müşahidə edəndə başqalarından məsuliyyət qalxar.
Necə müşahidə edilir?
Sual: Hilalı müşahidə etmək üçün nəyə diqqət etmək lazımdır?
CAVAB
Teleskop və durbin hilalın gözlə görülməsini asanlaşdırır. Əvvəlcə rahat görə bilmək üçün bu alətlərlə hilal axtarılır, tapıldıqda adi gözlə də baxılır. Əgər görülsə, ertəsi gün ayın ilk günü olduğu məlum olar. Hesablama işi də belə faydalıdır. Hilalın səmada nə qədər qalacağını, dünyanın harasından hansı dəqiqələrdə görünəcəyini göstərir. Hesabın, teleskopun faydası inkar edilə bilməz. Əks halda hesaba görə bayram elan edilə bilməz.
Erkən başlama ehtimalı
Sual: Hilal rəsmi olaraq müşahidə edilmədiyinə görə oruc tutmağa erkən başlamaq ehtimalı ola bilər. Bunun bir zərəri vardırmı?
CAVAB
Ramazan və bayramın hilalı görməklə deyil, təvqimə görə başladıldığı yerlərdə oruca və bayrama öz vaxtından bir gün əvvəl başlamış ola bilərlər ki, Ramazanın başlanması dinin əmrlərinə uyğun olmur. Ramazanın ilk və son günü tutulan oruclar Ramazana rast gəlsə də, şübhəli olduğu üçün bayramdan sonra iki gün qəza orucu tutmaq lazımdır.
Hilal neçə günlükdür?
Sual: Hilalın bir ya da iki günlük olduğu necə bilinər?
CAVAB
Təcrübəsi olan şəxs bilər.
Orucda hilal və hesab
Sual: Sualımız hilalı görməklə bağıdır. Ramazan orucunu tutan və bayram edən 3 qrup insan vardır:
1- Bir qismi hamı ilə birlikdə oruca tutmağa başlayır, hamı ilə birlikdə bayram edirlər.
2- Bir qismi Ramazan orucuna bir gün tez başlayır, bayramı da bir gün tez edir.
3- Bir qismi də hicri ayların tapılmasının hesablamalarına uyaraq hamıdan sonra oruc tutmağa başlayır, hamıdan sonra bayram edir.
Bu üç qrupdan hansının etdiyi düzgündür?
CAVAB
Birinci qrup təqvimlərə, yəni rəsədxananın hesablarına tabe olur. Əgər hesablamalar düzgün edilərsə, hilalın doğuşunu müşahidə etmək yanlış deyil. Çünki Allahın nizamında zərrə qədər yanlışlıq yoxdur. Hilal hesabın bildirdiyi saatda doğar, saniyə belə səhv olmaz. İkinci qrupdakıların hesabdan əvvəl oruc tutması və bir gün əvvəl bayram etmələri elmə ziddir, 100% yanlışdır. Çünki hesabdan əvvəl hilalın görünməsi mümkünsüzdür. Günəşin doğuşu da eyni ilə ayın doğuşu kimidir. Əlbəttə ki, kiminsə günəş çıxmamış mən günəşi gördüm deməsi yanlışdır. Günəş ancaq təqvimlərdə bildirilən saatda doğur. Əvvəlcədən doğması mümkün deyil. Amma günəş doğsa da hava buludu olduğu üçün görünməyə bilər.
Ayların başlanğıcını göstərən hilal da belədir. Hilal hesablama ilə tapılan gün və saatda doğur. Lakin həmin gün həmin saatda görünməyə bilər. Dinimiz hilalın doğmasını deyil, görünməsini əsas götürür. Hilal görünmədikcə hesabla və ya müşahidə üsulları ilə tapılan gündə bayram edilmir.
İbni Abidin həzrətləri buyurur ki:
“Ramazan ayının birinci gününü təyin etmək üçün təqvimlərə görə hərəkət edilmir. Çünki oruc göydə yeni ayı görməklə fərz olur. Peyğəmbər əfəndimiz “Hilalı görəndə oruc tutmağa başlayın, hilalı görəndə bayram edin” buyurdu. Hilalın doğulması hesabla bilinir. Hesab səhihdir, hilal hesabın bildirdiyi gecədə doğur, amma həmin gecə görünməsə, bir gecə sonra da görünə bilər və oruc tutmağa hilalın doğduğu gecə deyil, göründüyü gecə başlanılar. [Rədd-ül muxtar 289]
Dinimiz hilalın görünməsini əsas götürdüyü üçün hilal görünmədikcə oruc tutmağa başlanılmaz. Bu baxımdan ikinci qrupa aid olanlar 100% yanlış yoldadır. Üstəlik ayrı seçkilik etdikləri üçün fitnəyə də səbəb olurlar. Dinimiz fitnə çıxaranlara lənət edir. Bu baxımdan birinci qrupda olanların etdikləri doğrudur. Amma hilal görünmədən oruc tutmağa başlayıb bayram edilsə, iki gün qəza orucu tutmaq lazımdır. Beləliklə də fitnə çıxarılmamış olar.
Üçüncü qrupa aid olanların etdikləri üsullarla hicri ayın birini tapmaq hesab qədər dəqiq deyil. Belə bir işi hamıdan ayrı etmək ikinci qrupdakılar kimi səhvdir. Dürərdəki hədisi-şərifdə buyurulur ki:
“Sizin orucunuz hamının oruc tutduğu gündədir. İftarınız da hamının iftar etdiyi gündədir.” [Tirmizi, Əbu Davud]
Bu hədisi-şərifin mənası belədir:
“Hamı oruc tutmağa başlayanda siz də başlayın, hamı bayram edəndə siz də bayram edin”
Müsəlmanların Ərəfə günü bayram olduğunu düşünərək kəsdikləri qurbanlar şəri olaraq müəyyən edilmiş bayramı bilmədikləri üçün səhihdir. Deməli birinci qrupda olanlar dəqiqdir.
Nəticə: Bizim hesabımız səhv olsa belə, namazı vaxtı girdikdən 5-10 dəqiqə sonra qılmaqda, orucu da imsaq vaxtına 10-20 dəqiqə qalmış yemək-içməkdən əl çəkməkdə heç bir zərər yoxdur. Əgər əcdadların hesabı düzgündürsə, namazı vaxtı girməmiş qılanların namazı səhih deyil.
İki gün qəza orucu
Sual: Ramazandan sonra səhv olduğuna görə niyə bir gün yox, iki gün qəza orucu tutulur?
CAVAB
Orucluq ayının ilk və son günlərinin Ramazan ayına təsadüf etdiyi dəqiq deyilsə, yəni hilalı görməklə deyil, təqvimə uyğun tutulmuşdursa, həmin günlər şübhəlidir. Bu baxımdan Ramazan ayının hilal görməklə təsbit olunmadığı və təqvimlərə görə başlandığı yerlərdə Ramazan ayının başlanması şübhə doğurur. Belə şübhəli oruc tutulan yerlərdə Ramazandan sonra iki gün qəza tutmaq lazım olduğu Bəhr, Hindiyyə, Qadıxan kimi mötəbər əsərlərdə yazılıdır.
Ramazan ayı və bayram hansı gündür?
Sual: “Səudiyyəlilər hilalın görünməsi əsasdır deyib, hesablamaya uyğun hərəkət edirlər. Dəyanət hesablama deyib, amma rüyəti əsas götürür. İkisi də yanlışdır. Bu batmanın ertəsi Ramazan ayı başlayar” demək düzgüdürmü?
CAVAB
Bu səhvdir. Dəyanətin hesabı düzgün olsa da, əvvəlcədən açıqlaması yanlışdır. Belə deyilərsə, düzgün olar: Hesabalamaya görə batma bu gün, bu saatda olacaq, ertəsi gün həmin ölkənin bu şəhərindən hilal görünəcək. Hilalın doğması deyil, görünməsi şərtdir. Əgər dünyanın hər hansısa bir yerindən hilal görünməsə, Ramazan o gün deyil, ertəsi gün başlayar. Ümumiyyətlə, dünyanın hər yerindən göründüyü üçün hesablamalar düzgündür. Mərakıl-fəlahdaki hədisi-şərifdə “Ayı görəndə oruc tutun! Yenidən görəndə orucu açın!” buyuruldu. Bu əmrə görə Ramazan ayı hilalın görünməsi ilə başlayar. Hilalı görməmiş edilən hesablama ilə, təqvimlə başlamağın caiz olmadığı İbni Abidin, Əşiat-ül-ləməat və Neməti İslamda bildirilmişdir. Şaban ayının otuzuncu gecəsi günəş batanda hilalı axtarmaq və görən zaman qaziyə gedib xəbər vermək vacibi-kifayədir.
Təkiyyüdin Muhamməd ibni Dəqiq deyir ki: İctimai neyyirəyndən 1-2 gün keçməmiş hilal heç görünə bilməz. Şaban ayının 29-cu günü günəş batdıqdan sonra hilal axtarılır, görünməsə Şaban ayı 30 günə tamamlanır. Adil bir müsəlmanın buludlu havada hilalı görməsi ilə, açıq havada olarsa bir çox insanın söyləməsi ilə qazi Ramazan ayı olduğunu elan edər. Qazi yoxdursa, ədalətli bir müsəlmanın hilalı gördüm deməsi ilə Ramazan ayı, iki ədalətli insanın gördüm deməsi ilə bayram olar. Hindiyyədə yazılıb ki, Ramazan və bayrama hesabla başlamaq caiz deyil. Hilalı görməklə Ramazan ayının başlanğıcı hesablama ilə aydınlaşan vaxtdan bir gün sonra ola bilər. Bu hesablamalar qəməri ayın başladığı vaxtı tapmaq üçün deyil. Hilalın göründüyü gecəni anlamaq üçündür. İmami Sübki də belə buyurdu. [Təhtavi və Şərnblali]
İbni Abidin həzrətləri birinci cild, 289-cu səhifədə qiblənin təyinini bildirərkən buyurur ki: Ramazanın ilk gününü anlamaq üçün təqvimlərə etibar etmək olmaz, çünki oruc tutmaq səmada yeni ayı görməklə fərz olur. Rəsulullah “Hilalı görəndə oruc tutmağa başlayın!” buyurdu. Halbuki, hilalın doğması görməklə deyil hesablamaqladır və hesab səhihdir, hilal hesabın bildirdiyi gecədə doğar, lakin həmin gecə görünməsə, bir gecə sonra görünə bilər və oruc tutmağa hilalın doğduğu gecə deyil, göründüyü gecə başlanar. Çünki İslamiyyət belə əmr etmişdir. [Rədd-ül-muxtar]
Yenə deyilir ki:
“Səhv olduğunu bilə-bilə sırf hamıdan ayrılmamaq üçün biz də bazar günü deyil, bazar ertəsi oruc tutmağa başlayacağıq.”
CAVAB
Bu çox yanlışdır. Ramazan ayı bazar günü başlasaydı, heç kimə demədən gizli oruc tutmaq olardı. Əgər bazar günü Ramazan ayı olsaydı, həmin günü oruc tutmamaq haram olardı. Ramazanın son günü bayram olarsa, həmin günü yenə oruc tutmaq haramdır.
Yuxarıda izah edildiyi kimi, bazar günü oruc tutmaq və Ramazan ayının son gününü bayram etmək tamamilə dinə ziddir.
Bayram bazar günüdür
Sual: Bir yazıçı “Bayram bu şənbədir” dedikdə, başqa bir yazıçı da “Bayram ikinci gündür. Hesaba etibar etmək olmaz, Ay gözlə görünməlidir. Şənbə günü hilal müşahidə olunarsa, görmək mümkün olmaz. Bazar günü də Türkiyədən Ayı adi gözlə görmək mümkün deyil. Ayı görüb oruc tutmaq, ayı görüb bayram etmək lazımdır” deyilir. Bu yazıçıya görə, hilal bazar günü görünmədiyi üçün bazar ertəsi görünə bilər. Onda bayram çərşənbə axşamı olur. Bu da yanlış deyilmi?
CAVAB
Bəli, hər ikisi də yanlışdır. İkinci müəllif həm hilalın mütləq görünməli olduğunu deyir, həm də hilalı müşahidə etmədən bazar günü görünməyəcəyini də deyir. Yəni o da hesablamalara etibar edir. Öz sözləri ilə ziddiyyət təşkil edir. Ən böyük yanlışlıq da Qurban bayramı ilə Ramazan bayramını qarışdırmaqdır. Ramazan bayramında dünyanın hansısa bir yerində hilal görünəndə bütün dünyada görünmüş sayılır, amma Qurban bayramı elə deyil.
İki gün qəza orucu
Sual: Ramazan ayında tutduğumuz oruclar düzgün olarsa, yəni 30 gün oruc tutsaq, bayramdan sonra yenə iki gün oruc tutmaq lazımdırmı?
CAVAB
Bəli, hilal dinin əmrinə uyğun müşahidə olunmadığına görə tutulan oruclar Ramazan ayına təsadüf etsə belə, ilk və son günü şübhəli olduğu üçün bayramdan sonra iki gün qəza orucu tutmaq lazım olduğu Bəhr, Hindiyyə, Qadixan kimi mötəbər əsərlərdə yazılmışdır. Seyid Əbdülhakim Arvasi həzrətləri də “Belə yerlərdə Müsəlmanların qəza niyyəti ilə bayramdan sonra daha iki gün oruc tuması lazımdır” buyurmuşdur.
Şəvval ayında altı gün oruc tutduqda qəzaya da niyyət edilərsə, bu iki günün qəza orucu da tutular.
Ramazandan sonra iki gün oruc tutmaq
Sual: Ramazan ayının başlaması və bayramı hilalın görünməsi ilə olmadığı vaxtlarda, Ramazan ayından sonra əvvəli və sonu üçün iki gün oruc tutmaq lazımdırmı?
CAVAB
Ramazan ayının və bayramın səmada hilalı görməklə deyil, təqvimlərdəki hesablamalara görə başladığı yerlərdə oruc tutmağa və bayrama öz vaxtından bir gün əvvəl və ya bir gün sonra başlanmış ola bilər. Orucun ilk və son günləri əsl Ramazanla üst-üstə düşsə belə, Ramazan olub-olmaması şübhəlidir. İbni Abidində deyilir ki:
“Ramazan olub-olmadığı şübhəli olan günlərdə Ramazan orucu tutmaq tahrimən məkruhdur. Müsəlman ölkəsində olub ibadətləri bilməmək üzr deyil.” Bu səbəbdən təqvimlərə riayət edərək Ramazan ayının başlandığı yerlərdə bayramdan sonra iki gün qəza orucu tutmaq lazımdır. Bəzi şəxslər, “Ramazandan sonra iki gün qəza orucu tutmaq haradan çıxdı, heç bir kitabda belə bir şey yoxdur” deyirlər. Kitablarda yazılmayıb demək yanlışdır. Çünki hər əsrdə, hər yerdə Ramazan ayı hilalı görməklə başlayardı. İki gün qəza orucuna ehtiyac yox idi. İndi hilalın doğma vaxtı hesablanaraq Ramazan ayı başlayır. Ramazanın başlaması İslamiyyətin bildirdiyi hökmə uyğun olmur. Bu xətanı düzəltmək üçün bayramdan sonra iki gün qəza orucu tutmaq lazım olduğu Tahtavinin Məraqıl-fəlah haşiyəsində yazılıdır. Məcmüayi Zühdiyyədə deyilir ki:
“Şəvval ayında, bayram hilalını görən şəxs iftar edə bilməz. Çünki buludlu havada Şəvval hilalını iki kişinin və ya bir kişi ilə iki qadının gördüm deməsi lazımdır. Açıq havada Ramazan və Şəvval hilalını çox insanın gördüm deməsi lazımdır.” Qadixanda deyilir ki:
“Hilal şəfəqdən sonra batarsa, ikinci gecənin hilalı, şəfəqdən əvvəl batarsa, birinci gecənin hilalıdır.”
Orucluqda və qurbanda hilalı görmək
Sual: Dinimizdə ölçü oruc tutmağa başlamaq, bayramı qeyd etmək, həcc ziyarəti və qurban kəsmək, hilalı görmək və buna uyğun əməl etməkdirmi?
CAVAB Mövzu ilə əlaqəli olaraq İbni Abidində deyilir ki:
“Ramazanı-şərifin ilk gününü təyin etmək üçün təqvimlərə etibar edilməməsi lazım olduğunu söylədilər. Çünki oruc səmada yeni ayı görməklə fərz olur. Peyğəmbər əfəndimiz “Hilalı görəndə oruc tutmağa başlayın!” buyurdu. Halbuki hilalın doğması görməklə deyil, hesablamaqladır və hesab səhihdir, hilal hesabın bildirdiyi gecədə doğar. Lakin həmin gecə görünməsə, bir gecə sonra görünə bilər və oruc tutmağa hilalın doğduğu gecə deyil, göründüyü gecə başlamaq lazımdır. Çünki İslamiyyət belə əmr etmişdir.”
Ramazani-şərif hilalını axtarmaq bir ibadətdir. Demək ki, Ramazani-şərifin başlamasını əvvəlcədən xəbər vermək İslamiyyəti bilməməyin əlamətidir.
Qurban bayramının ilk günü, Zilhiccə ayının hilalını görməklə məlum olur. Zilhiccə ayının doqquzuncu Ərəfə günü hesablamaqla, təqvimlə məlum olan gün və ya ondan bir gün sonradır. Bundan bir gün əvvəl Ərəfətə çıxanların həcləri səhih deyil.
Ramazan və bayram aylarının şahidlər tərəfindən doğru şəkildə məlum olmadığı yerlərdə müxtəlif hesablama üsulları ilə Zilhiccə ayının birinci və buradan da onuncu, yəni Qurban bayramının birinci günü hesablanır. Bayramın ilk günü bu hesablama ilə tapılan gündür. Yaxud da bir gün sonradır. Bir gün əvvəl ola bilməz. Çünki göydəki ay doğulmamış görünə bilməz. Ehtiyatla davranmaq üçün qurbanlıqlar hesablama ilə tapılan bayramın ikinci günü kəsilməlidir. Savabı mövtalara, ölülərə göndəriləcək olanı isə hesabla tapılan birinci gündə kəsmək lazımdır. Çünki onları Ərəfə günü də kəsmək olar.
Hilalı görəndə oruc tutmağa başlamaq
Sual: Ramazan ayının başladığını bilmək üçün göydə hilalın, təzə ayın görünməsi lazımdırmı? Əgər belə bir vəziyyət yoxdursa, nə etmək lazımdır?
CAVAB: Bu mövzuda Məraqıl-fəlahdakı hədisi-şərifdə:
“Ayı görəndə oruc tutun! Yenidən görəndə orucu açın” buyuruldu. Bu əmrə görə Ramazan ayı hilalın, yəni təzə ayın görünməsi ilə başlayır. İbni Abidin, Əşiat-ül-ləməat və Neməti islam sahibləri hilalı görmədən edilən hesab və təqvim ilə başlamağın caiz olmadığını bildirmişdirlər. Şaban ayının otuzuncu gecəsi günəş qürub edəndə, hilalı batdığı zaman axtarmaq və onu görəndə gedib qazıya xəbər vermək vacibi-kifayədir.
Buludlu havada adil bir müsəlman qadın və ya kişinin hilalı gördüm deməsiylə, açıq havada isə bir neçə adamın şahidlik etməsi, söyləməsi ilə Ramazan ayı olduğunu qazı elan edər. Qazı olmayan yerlərdə adil bir müsəlmanın hilalı gördüm deməsi ilə Ramazan ayı məlum olur. İki adil müsəlmanın gördüm deməsi ilə bayram olur. Adil demək, böyük günah işləməyən və kiçik günahlara adət etməyən deməkdir. Adil olması şübhəli olan adamın da sözü qəbul olunur. Ramazana və bayrama təqvimlə, hesabla başlamağın caiz olmadığı Fətavayi Hindiyyədə də yazılıdır. Hadiqada deyilir ki:
“Bidət sahibi olan, yəni yetmiş iki firqənin hamısı Əhli-qiblə olduqları halda adil deyildirlər.” Dürr-ül-muxtarda şahidliyi izah edilərkən deyilir ki: “Müsəlmanı pisləmək günahdır, ədaləti yox edər, şahidliyi qəbul olmaz.”
Buna görə də Ramazanın, bayramın, həcc vaxtının gəlməsini, iftar və namaz vaxtlarını təyin etməkdi, bütün dini işlərdə məzhəbsizlərin sözlərinə tabe olmaq caiz deyil.
Şaban ayının otuzuncu gecəsində bir şəhərdə hilal göründüyü zaman bütün dünyada oruc tutmağa başlamaq lazımdır.
В корзине: 0 шт.
на сумму: 0