Facebook Twitter WhatsApp

Səfərdə olarkən oruc tutmaq

Sual: Səfərdə olana Ramazan orucu fərzdirmi?

CAVAB

Bəli, amma qəzaya buraxması caizdir.
Sual: Səfərdə oruc tutmaq lazım olmadığı halda Ramazan orucunu tutan nafilə savabı qazanarmı?

CAVAB

Səfəri olan Ramazan orucunu tutsa, fərz savabı qazanar.

Üzrsüz orucu pozmaq

Sual: Daim şəhərlər arasında sürücülük edən adamın oruc tutmaması günahdırmı?

CAVAB

İşə mane olan çətinlik yoxdursa, Ramazanı-şərifdə oruc tutmaq çox savabdır. Üzrsüz yerə oruc tutmamaq böyük günahdır. Hədisi-şərifdə buyuruldu ki:

“Üzrsüz olaraq Ramazanda bir gün oruc tutmayan onun əvəzinə bütün ilboyu oruc tutsa, Ramazandakı o bir günkü savaba qovuşmaz.” [Tirmizi]
Beləliklə üzrlü bir səbəb olmadan orucu pozmamaq lazımdır. Dini bir üzrlü səbəbi olan şəxsin orucunu qəzaya buraxması caizdir. Səfərdə çətinlik olarsa, işə maneə və ya qəzaya səbəb olan bir vəziyyət baş verərsə, orucu qəzaya buraxmaq caizdir. Hədisi-şərifdə “Səfərdə [əziyyətli] oruc tutmaq təqva deyil” buyuruldu. (Buxari)

[Səyahət və ya səfər demək, 104 km-dən uzaq yerə getmək üzrə yola çıxmaqdır. Bundan daha qısa yola gedən səfəri olmur. Burada təqva daha çox savab qazanmaq mənasındadır].

Sual: Səfərdə oruc tutmamağa icazə var deyə oruca niyyət etmədim. Təyyarəyə saat 11-də minmək üçün səhər yeməyimi yeyib yola çıxdım. Səfərdə otuc tutmamaq caiz deyilmi?

CAVAB

İmsaq vaxtından əvvəl səfərə çıxsaydınız orucu niyyət etməyib səfərə çıxanda yeyib-içə bilərdiniz. Halbuki səhər yeməyi yediyiniz vaxt mukimsiniz və niyyət etməyib yeyib-içdiyinizə görə günah olur. Oruc tutmağı niyyət edib yola çıxmalı və o gün orucu pozmamalı idiniz, yəni həmin gün oruc tutmalı idiniz. Niyyət etməmiş yeyib-içdiyiniz üçün yalnız qəza etmək lazımdır.

Səfəri olarkən oruc

Sual: İmsaq vaxtından sonra səfərə çıxdığımız üçün oruc tutmağa niyyət etmiş oluruq. Yəni bu gün səfərdə də olsaq oruc tutmağımız lazımdır. Ancaq, məsələn, səhər saat 11-də ABŞ-a getmək üçün təyyarəyə minirik. Davamlı olaraq Qərbə getdiyimiz üçün Nyu Yorka gedərkən 7 saat, Los Ancelsə gedərkən isə 10 saat davam edir. Bu vəziyyətdə nə etmək lazımdır?

CAVAB

Oruc tuta bilirsinizsə savab qazanırsınız, aclığa və susuzluğa dözə bilməyib orucu pozsanız günah olmaz. Səfərdə olarkən orucunu üzrsüz pozana kəffarə lazım deyil. 


Sual: Bir şəxs səfərə çıxarkən heç bir səbəb olmadan Ramazan orucunu pozarsa, qəza, yoxsa kəffarə lazımdır? Mukim olarkən orucunu pozub sonra səfərə çıxsa, qəza və ya kəffarə lazımdırmı?

CAVAB

Səfərə çıxanda niyyət edilmiş orucu pozmaq günahdır. Amma günah olsa da, səfərdə pozduğu üçün kəffarə lazım olmaz. Əgər mukim olarkən orucu pozub səfərə çıxsa, kəffarə də lazımdır.


Sual: Təyyarə ilə şərqdən qərbə gedən oruclu orucunu çıxdığı şəhərə görə, yoxsa günəşin batdığı yerə görə açmalıdır?

CAVAB

Hənəfi məzhəbindəki fiqh kitablarının ən qiymətlisi olan Dürər və Gürər kitabında Molla Hüsrəv həzrətləri buyurur ki:

Ramazan ayı gələndə oruc tutmaq fərzdir. Ancaq səfəri olanın oruc tutması fərz deyildir. Qütblərə gedən müsəlman səfəridirsə, oruc tutmaz, geri qayıdarkən qəza edər. Gündüzü  24 saatdan daha çox olan yerlərdə, məsələn, altı ay gündüz olan yerlərdə oruc saatla başlanır və saatla açılır. Günün uzun olmadığı, vaxtların normal formalaşdığı, yani günün 24 saatdan az olan bir şəhərdə müsəlmanların vaxtına uyğun olaraq oruc tutulur. (Dürər və Gürər)

Səfərdə iftar saatı

Sual: Oruc tutmağa niyyət edib, sonra başqa bir ölkəyə gedən bir şəxs iftarını hansı yerə görə açmalıdır? Yəni sahurda niyyət etdiyi yerin iftar vaxtını, yoxsa getdiyi yerin vaxtını əsas götürməlidir?

CAVAB

Olduğu yerin vaxtı əsas götürülər. Hara gedirsə getsin olduğu yerdə günəş batanda, yəni axşam vaxtı olarkən orucunu açar. Avtobusda, maşında və ya gəmidə gedirsə, yenə də olduğu yerdə iftar vaxtı çatanda orucunu açar. Amma təyyarədədirsə, üstündən keçdiyi şəhəri əsas götürə bilməz, çünki bir yerin iftar və namaz vaxtlarını hesablanarkən hündürklük də nəzərə alınır. Təyyarədə günəşin batması çox gec olduğu üçün iftar vaxtı da üstündə olduğu şəhərdən daha gec olur. Buna görə də təyyarədə olan insan günəşin batdığını, üfüqdə gözdən itdiyini görməyincə orucunu aça bilməz.
Demək ki, iftar vaxtında oruc açılan yerin vaxtı, yəni günəşin batması əsas götürülür. Saata görə hərəkət edilmir. Dünyanın hansı şəhəri olursa olsun oruc və namazda hər kəs getdiyi şəhərin vaxtına uyğun hərəkət edər. Günəş batmamış oruc açılmır və axşam namazı qılınmır. [Neməti İslam, Dürər]
Əgər çox sürətlə uçan bir təyyarə eniş etmədən şərqdən qərbə tərəf hərəkət edirsə və bu zaman 24 saatdan artıq, məsələn 33 saat çəkirsə, o zaman gündüzü 24 saatdan az olan bir şəhərin vaxtına riayət etmək lazımdır. Oruc tutulan gün24 saatdan azdırsa, Günəş batana qədər gözləmək lazım olduğu fiqh kitablarında yazılmışdır. [Neməti İslam, Dürər]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину