Facebook Twitter WhatsApp

Şeytanın hücum yolları

Sual: Şeytan ən çox hansı yolla insanı aldadmağa çalışır?
CAVAB
Şeytan müxtəlif yollarla vəsvəsə verməyə çalışır. Hikmət əhli bir şəxs deyir ki: Şeytanın, xüsusilə də, bu on yolla vəsvəsə verdiyini görüb, ona uyğun tədbir aldım:


1- Tuli-əməl [uzun əməl]

Zövq-səfa sürmək üçün çox yaşamağı istəməkdir. Harada, nə zaman öləcəyimi bilmirəm. Qəfldən də ölə bilərəm deyərək, bu ayəti-kəriməni xatırladım:
“Heç kim harada öləcəyini bilməz.” [Loğman 34]
Sonra bu hədisi-şərifi də düşündüm və beləliklə şeytanın verdiyi vəsvəsədən qurtuldum:
“Cənnəti istəyən, uzun əməlli olmasın, dünya işi ona ölümü unutdurmasın!” [İ. Əbiddünya]

2- Nəfsə tabe olmaq
Hər nemətin çətin bir hesabının olduğunu və aşağıdakı ayəti- kərimələri düşünüb, nəfsimə tabe olmadım:
“Onları burax yesinlər, əylənsinlər və boş ümid onların başlarını qatsın. [Pis nəticəni] tezliklə görəcəklər!” [Hicr 3]

“Nəfslərinin arzularını özlərinə ilah edənləri görmədinmi?” [Casiyə 23]

3- Ucb
Bu ayəti-kəriməni xatırladım:
“Onlardan kimi bədbəxt, kimi məsuddur.” [Hud 105]
Hədisi-şərifdə də buyurulur ki:
“Üç şey fəlakətə aparır: Simiclik, nəfsə tabe olmaq, ucb etmək.” [Beyhəqı]
Xoşbəxt olacağımı bilmədiyimə görə, üstəlik ucbun fəlakət olduğunu bilə-bilə niyə ucb edim dedim və ucbdan qurtuldum.

4- Təkəbbür
“Qəlbində zərrə qədər təkəbbür olan, Cənnətə girə  bilməz” hədisi-şərifi ilə aşağıdakı ayəti-kərimələri düşünərək təkəbbürlənməkdən çəkindim.
“Allah, təkəbbür edənləri sevməz.” [Nəhl 23]

“Allah qatında ən kərəmliniz, ən çox təqva əhli olanınızdır.” [Hücurat 13]
Aşağıdakı hədisi-şərifi də düşünərək təvazökar olmağa çalışdım:
“Allahü təala, təvazökar olmağımı əmr etdi. Heç kimə təkəbbürlənməyin!” [Əbu Davud]

5- Müsəlmanlara hörmətsizlik
Bu ayəti-kəriməni xatırladım və din qardaşlarıma hörmət etdim.
“Əsl şərəf, ancaq Allahın, Peyğəmbərinin və möminlərindir.” [Münafiqun 8]

6- Həsəd
Aşağıdakı ayəti-kəriməni düşünərək heç kimin malına göz dikmədim:
“Biz, onların dünya həyatındakı məişətlərini aralarında bölüşdürdük.” [Züxruf 32]

7- Riya
Aşağıdakı ayəti-kəriməni düşünüb ixlasa sarılıb riyadan qurtuldum.
“Rəbbinə qovuşmağı istəyən, saleh əməl işləsin. İbadətdə Ona heç bir şeyi ortaq qoşmasın.” [Kəhf 110]

8- Simiclik, 9- Tamah, 10- Ehtiras
Tamah - mal toplama, yığmaq istəyidir. Simiclik isə, xərcləmək gərəkli olan yerdə pul xərcləməkdən qaçmaqdır. Əvvəlcə bu hədisi-şərifi düşündüm:

“Səxavətli olmaq iman sağlamlığından irəli gəlir. İmanı sağlam olan Cəhənnəmə girməz. Simiclik, [imandakı] şübhədən irəli gəlir. Belə adam da Cənnətə girə bilməz.” [Deyləmi]
Sonra bu ayəti-kərimələri düşünüb Allahü təalaya güvəndim və insanlardan ümidimi kəsdim:
“Sizin yanınızdakılar tükənəcək. Allah qatındakılar bakidir.” [Nəhl 96]
“Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu ehsan edər. Ummadığı yerdən ruzisini verər.” [Taləq 2-3]
“Hər canlının ruzisi Allahın üzərinədir.” [Hud 6]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину