Facebook Twitter WhatsApp

Ölümün faydası

Sual: Səadəti-Əbədiyyədə, “Kafirlərə də ölüm faydalıdır” deyilir. Kafirə ölümün nə faydası ola bilər ki?
CAVAB
Kafi, yaşadığı müddətdə küfrünə davam edir, hər aldığı nəfəs də əzabını artırır. Ölüm, kafirin küfrünün davam etməsinə və əzabının artmasına mane olur. 90 il yaşamış bir kafirlə 40 il yaşamış kafirin küfrü və əzabı eyni olmaz.

Eyni şeylər üçün ya Cənnətə ya Cəhənnəmə gedəcəksən
[Böyüklərin sözləri
]


* Dünya, zılli-zaildir, yəni yox olan bir kölgədir, bir görüntüdür. Aynadakı görüntü kimidir. Bu görüntü axirətin görüntüsüdür. Axirətdə nə var? Cənnət, Cəhənnəm var. İbadətlərimiz, yaxşılıqlarımız, Cənnətin dünyadakı görüntüsüdür. Günahlar, pis yerlər, qaranlıq, sıxıntılı, kimsəsiz yerlər də Cəhənnəmin görüntüsüdür.

* Cənnətliklər Cənnətlik işləri, Cəhənnəmlik olan da Cəhənnəmə aparan işlər görür. Dəmiri çürüdən, öz pası olduğu kimi, insanı Cəhənnəmlik edən də öz günahlarıdır. Maqnit dəmiri necə özünə çəkirsə, haramlar Cəhənnəmə, ibadətlər Cənnətə çəkir. Qiyamətdə hara getmək istəyiriksə, ona uyğun hazırlıq görməliyik. Axirətdə Cənnət və Cəhənnəmdən başqa yer yoxdur. Cənnətə girmək üçün, doğru iman sahibi olmaq və dinə tabe olmaq lazımdır. Cəhənnəmə aparan tələlərə düşməməliyik. Bu tələlər belə bildirilir: “Dünya həyatı ancaq bir laib [oyun], ləhv [əyləncə], zinət [bəzək], aranızda təfahür [öyünmək], malı və övladı çoxaltma istəyindən ibarətdir.” [Hadid 20] Bunların birinə belə yaxalananın qəlbi ölür. Çalışın və nəfslərinizi içində yer alacaqları ölümdən sonrası üçün hazırlayın.

Qarşınızda həlli çətinləşən şeyləri Allahın elminə həvalə edin. O biri aləmə keçmədən əvvəl bir şey hazırlayın ki, oraya çatdığınızda qarşınıza çıxsın. Çünki Allahü təala buyurur ki: “O gün [Qiyamətdə] hər kəs, dünyada nə xeyir edibsə, onu qarşısında hazır görəcək, nə pislik edibsə, onlarla öz arasında uzun bir məsafə olmasını arzu edəcək. Qullarına qarşı şəfqətli, qoruyucu olan Allah, sizə özünüzdən qorxmağınızı əmr edir.” [Ali imran 30]

O halda, Allahdan qorxun, yəni Onun əmr və qadağalarına riayət edin. Sizdən əvvəl gəlib keçənlərdən də ibrət alın. Unutmayın ki, sabah böyük-kiçik bütün davranışlarınızın qarşılığını görəcəksiniz.

* Ruzi müqəddərdir. Yəni hər kəsin ruzisi bəllidir, artmaz-əksilməz, ruzisini götürmədən dünyadan getməz. İstəyənə halaldan gəlir, istəyənə haramdan. Gələn miqdar eynidir. Əcəl müqəddərdir. Yəni hər kəsin ömrü bəllidir, uzanmaz-qısalmaz, insanın vaxtı çatdıqda dünyadan gedir. Qəza və qədər, xeyir və şər, imanın şərtlərindəndir. Bəs, daha niyə üsyan edirsən, daha nə deyib şükür etmirsən? Ruzin bəlli, ömrün bəlli, başına gələnlər Allahdan. İstər üsyan et, istər şükür et. Dəyişən bir şey yoxdur. Üsyan edənin yeri Cəhənnəm, şükür edənin yeri Cənnətdir. Yəni eyni şeylər üçün ya Cənnətə gedəcəksən, ya Cəhənnəmə.

* Dünya mehmanxanadır. Dünyanı ələ keçirmək üçün axirəti vermək və insanlara yaranmaq üçün Allahü təalanı unutmaq axmaqlıqdır. Sinəsini qiblədən çevirənin namazının pozulduğu kimi, üzünü İslamiyyətdən çevirənin həm dünyası, həm axirəti xarab olur.

* Sözlə Müsəlmanlıq olmaz. Dinin əmr və qadağalarına əhəmiyyət verməyənin imanı gedər. Əhəmiyyət verməmək, yəni işlədiyi günaha kədərlənməmək deməkdir.

* Dinin ən böyük düşməni cəhalətdir. Cahillik Cəhənnəmə aparır.

* Qiyamət dərdini bilsəydiniz, dünyada dərd deyə bir şey tanımazdınız. Bütün narazılıqlar, ölümü unutmaqdandır.

* İnsanların çoxluğu, istədiklərini etmələri, qəflət içində yaşamaları, əsla səni də qəflətə düşürməsin. Sən tək başına öləcəksən, tək başına qəbrə girəcəksən, tək başına hesabat verəcəksən. Sən dini, imanı, Allahın əmr və qadağalarını unutdun. Sən unutdun, amma unutulmadın.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину