Facebook Twitter WhatsApp

Ölmək fəlakət deyil

Sual: Gənc yaşlardayam, amma ölümdən çox qorxuram. Mənə nə tövsiyə edə bilərsiniz?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:
Ölmək fəlakət deyil. Öldükdən sonra başına gələcəkləri bilməmək, tədbirini almamaq fəlakətdir.
Sənin yaşlarda, günahı az olaraq ölmək, əlbəttə böyük nemət olar. Bizim hər gün günahımız artır. Ölümü gündə iyirmi dəfə düşünən, şəhid olaraq ölər. Daima ölümdən bəhs etmək sünnətdir. Ölümdən qaçış yoxdur. Ölüm, sevgilini sevgiliyə qovuşduran körpüdür.
Ölüm, müsəlmana hədiyyədir. Ölüm, ölməmək üzrə doğuşdur. Ölüm olmasaydı, bu həyat heç çəkilərdimi? Ölüm, müsəlmanın təsəlli qaynağıdır, həsrətidir. Hətta bir övliya şəxs buyurur ki, “Mən Əzrayıl əleyhissalamı Cəbrayıl əleyhissalamdan daha çox sevirəm”. Dedilər ki, bunun hikməti nədir? “Çünki o, məni Rəbbimə qovuşduracaq” cavabını verir.

Seyid Abdülhakim Arvasi həzrətləri buyurur ki:
Allahü təalaya qovuşdurduğu üçün ölüm sevilir. Sevdiyim insanın qalmağını da, ölməyini də sevirəm. Dost dosta qovuşmaq istəməzmi? Əzrayıl əleyhissalam, İbrahim əleyhissalamdan ruhunu almaq üçün izn istədiyində, “Necə olur, Dost dostun canını alarmı heç?” dedi. Allahü təala, Əzrayıl əleyhissalam ilə xəbər göndərib, “Dost dosta qovuşmaqdan qaçarmı?” buyurduqda, “Ya Rəbb, Ruhumu dərhal al!” deyə dua eylədi.

Ölüm qorxusu

Sual: Ölüm acısından çox qorxan nə etməlidir?
CAVAB
Müsəlman Allahın dostudur. Dostlara ölüm acısı olmaz. Acı olmayacaqsa qorxmaq lazım deyil. Allahü təala, Əzrayıl əleyhissalama buyurdu ki:
“Dostlarımın canını asan al, düşmənlərimin canını çətin al!” [Cənnət Yolu Elmihali]
Yasini-şərif oxumaq çox faydalıdır. Faydalarından biri də, əcəli gələn xəstə ölüm acısı hiss etməz. Həmçinin hər zaman dəstəmazlı olmağa çalışmalıyıq. Dəstəmazlı halda ölənlərə şəhid savabı verilir. Peyğəmbər əfəndimiz, “Dəstəmazlı ölən ölüm acısı çəkməz, çünki dəstəmaz imanlı olmağın əlamətidir. Namazın açarı, bədənin günahlardan təmizləyicisidir” buyurur. Şəhidlər ölərkən, qəbirdə veriləcək olan Cənnət nemətlərini görərək çox sevinirlər. Ölərkən heç acı hiss etməz və Cənnət nemətlərinə qovuşurlar. Bir hədisi-şərif məali belədir:
“Müsəlmanın qəbri, Cənnət bağçasıdır.” [Tirmizi]



Ölümü istəmək

Sual: Ölümü istəmək caizdirmi?
CAVAB
Dünya sıxıntılarından qurtulmaq üçün ölümü istəmək məkruhdur. Fitnələrdən uzaq qalıb, günaha düşməmək üçün istəmək caiz olar. (Hindiyyə)
 Rəsulullahın (sallallahü aleyhi və səlləm), “Allahümmə inni əs-əlü-kə filəl xayrat və tərkəlmünkərat və hubbəl-məsakin və iza ərədtə fitnətən fi qavmi fə-təvəffəni qayrə məftun” duasını oxuduğunu imam Muhamməd (rahimə-hullahü təala) xəbər verir. Bu dua, “Ya Rəbb! Mənə xeyirli işlər etmək, çirkin əməlləri tərk etmək və yoxsulları sevmək nəsib eylə! Qövmüm arasında fitnə çıxarmaq istədiyin zaman, fitnəyə qarışmadan canımı al!” deməkdir. İmam Qurtubi (rahimə-hullahü təala) deyir ki, bu hədisi-şərif, fitnədən çəkinmək, ona qarışmamaq lazım olduğunu, fitnəyə qarışmaqdansa, ölməyin xeyirli olacağını açıq göstərir.
Xəstəlikdən və dünya sıxıntılarından qurtulmaq üçün ölümü istəmək caiz deyil. Dində sıxıntı və fitnələrdən qorxaraq, Allahü təaladan ölümü istəmək sünnətdir. Allah yolunda şəhid olmağı istəmək də belədir. Məkkəyi- mükərrəmədə və Mədinəyi-münəvvərədə olduğu zamanda və Övliyayı-kiram (qaddəsallahü təala əsrarəhümül'aziz) türbələrinin yanında ölümü istəmək də caizdir.
Allahü təalaya qovuşmağı sevdiyi üçün ölümü istəmək müstəhəbdir. Hədisi- şərifdə buyuruldu ki, “Bir insan, Allahü təalaya qovuşmağı sevərsə, Allahü təala da ona qovuşmağı sevər”.
Ölümdən qorxma! Və ölümü istəmə! Peyğəmbərimiz (əleyhissalam) buyurdu ki: “Ölümü xatırlayın və dua edərək deyin ki: Ya Rəbb! Haqqımda ölmək xeyirlidirsə, məni öldür, çox yaşamaq xeyirlidirsə məni yaşat!”


Bir hədisi-şərif məali də belədir:
“Bu altı şey ortaya çıxarsa ölümü istəmək olar:
1- Səfehlər iş başına keçdikdə,
2- Hökmlər pulla satıldıqda, 
[Rüşvətlə haqsız qərarlar verildikdə]

3- Qan istixfaf edildikdə, [Cinayətlər önəmsiz sayıldıqda]
4- Təhlükəsizlik qüvvəlləri çoxaldıqda,
5- Qohum ziyarəti tərk edildikdə,
6- Qurani-kərim əyləncə və musiqi kimi dinləndikdə, belə ki, fiqhdən xəbəri olmayan adam, nəğməli, təqənniylə oxuduğu üçün imamlığa qoyulur. Vəziyyət belə olduqda, ölüm istənə bilər.” 
[Tabərani]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину