Facebook Twitter WhatsApp

Əməl dəftəri və Qiymət cədvəli

Sual: Oğlum qiymət cədvəlini göstərdikdə, 2 dərsdən zəif olduğundan ötrü danladım. “Ata, bizim ailəliklə qiymət cədvəlimiz zəifdir, sən niyə təkcə məni danlayırsan” dedi. Nə demək istədiyini soruşduqda, qəzetinizdə nəşr olan bir məqaləni danışdı. Bu yazını oxumamışam. O necə bir məqalədir?
CAVAB
O məqalədə Başmaqçı Müftüsü cənab Vehbi Akşit ixtisarla deyir ki:
İnsanların dünyada mənimsədikləri inanclar ilə etdikləri əməllərin qeyd olunduğu və axirətdə onlara veriləcək kitaba [sahibinin vəziyyətini açıqlayan sənədə] “əməl dəftəri” deyilir. Kiramən katibin adlanan mələklərin yazıb qeyd etdiyi bu kitab insanın haqq-batil, yalan-doğru, xeyir-şər, yaxşı-pis bütün əqidə, düşüncə, söz və davranışlarını əhatə edir.


Şagirdlərin hər dərsdən aldıqları qiymətləri göstərən sənədə qiymət cədvəli deyirik. Hər il şagirdlərə birinci və ikinci semestrin sonunda, aldıqları qiymətləri göstərən qiymət cədvəli verilir. Şagirdin valideynləri, ana və atalar bu qiymətləndirməyə baxaraq uşaqlarının vəziyyəti haqqında məlumat əldə edirlər.

Əməl dəftərləri Cənnətliklərə sağdan, Cəhənnəmliklərə soldan və ya arxadan veriləcək. Əməl dəftəri olaraq müqayisə edə biləcəyimiz qiymətləndirmələr, şagirdlərə ildə iki dəfə verilir. Qiymət cədvəlini alanlar, dərs qiymətlərini gördükləri zaman bunun yaxşıya və ya pisə işarə olub-olmadığını aydın bir şəkildə anlayırlar.
Qurani-kərimdə insanın dünya həyatındakı didinmələri sona çatıb, Rəbbinə qovuşduğunda, əgər kitabı sağ əlinə verilənlərdəndirsə, hesabatının asan olacağı və xoşbəxt bir həyatı haqq edəcəyi, kitabı arxadan verilənlərdəndirsə alovlu oda atılacağı bildirilmişdir. (İnşikak 6-12)

Qiymət cədvəli verilərkən bəzi şagirdlərin üzləri gülür, müvəffəqiyyətlərini bəzəyən təşəkkür və ya tərifnamə alaraq sevinclərini yaşayarkən, zəif olan şagirdlər isə kədərli və utancaq bir halda olurlar.

Əməl dəftərini sağdan alan “üzləri parlaq zümrə” sevinib umduğuna qovuşacaq, soldan alan “bədbəxt zümrə” isə başına gələcək fəlakəti anlayaraq yox olmağı istəyəcəklər. (Haqqa 18-27)

Bəli, axirətdə bizə veriləcək əməl dəftərinə bənzər bir sənədi uşaqlarımız bizə ildə iki dəfə gətirirlər. O qiymət cədvəlinə baxarkən görəsən bəsit bir kağız parçası olaraqmı baxırıq? Yoxsa axirətdə bizə də veriləcək olan əməl dəftəri ilə əlaqələndirə bilirikmi?

Bu gün dərslərində zəif qiymət alan oğlumuzu, qızımızı, dərslərinə çalışmadığı, oyuna başı qarışıb dərslərinə fikir vermədiyi, tapşırıqlarına hazırlaşmadığı üçün danlayarkən, qiymət cədvəlinə baxıb qəzəblənərkən, görəsən aklımıza bunlar gəlirmi?

“Bir gün bu qiymət cədvəli kimi mənə də bir qiymət cədvəli, əməl kitabı, dəftəri veriləcək. Etdiyim hər şeyin yazılı olduğu, qeyd olunduğu bir əməl dəftəri... Böyük-kiçik nə varsa, nə etdimsə hər əməlin zərrə miqdarına qədər yaxşılıq və ya pisliyin yazılı olduğu bir əməl dəftəri... Mən övladımı zəif qiymət aldı deyə azarlayarkən, dərslərinə çalışmadı deyə danlayarkən, Allahü təala da “Qulum, sənə, mal, mülk, övlad, sərvət kimi bir çox nemət verdim. Nə üçün mənə qulluq etmədin? Beş vaxt namaz qılmağı əmr etdim. Sən isə gündə beş dəfə oxunan azanlara qulaq vermədin, deyərsə nə cavab verərik?

Övladımızın qiymət cədvəlinə baxarkən, axirəti, hesabı, mizanı, sirat körpüsünü, məhşəri düşünək. Əvvəllər, adi bir sənəd kim baxdığınız, yaxşı olduğu zaman, təşəkkür, tərifnamə aldığı zaman sevindiyiniz, fərəhləndiyiniz o qiymət cədvəli sizə çox şey deyəcəkdir. Övladınız, ürəkaçmayan bir qiymət cədvəli gətirdiyi zaman belə, Allahü təalanın bənzərsiz mərhəmətini düşünərək, rəhm edərək övladınıza gözəl tövsiyələr verəcəksiniz. Halbuki bu tövsiyələrin əvvəlcə özünüzə lazım olduğunu əsla unutmayacaqsınız. Beləliklə, daha əməl dəftəri açılmadan, özünüzə gərəkli dərsi alacaq, həyatınıza bir qayda-düzən verəcəksiniz.

Qiymət cədvəlinə baxarkən, əməl dəftərinizdəki şeyləri görəcək və qeyri-ixtiyari olaraq “Mən etmədim” deyəcəksiniz. Qiyamət günü qulaqların, gözlərin və dərilərin şahidlik edəcəyini, ağızların möhürlənib, əllərin və ayaqların insanın işlədiyi əməllərə şahidlik edəcəyini bildirməsi, əməl dəftəri haqqında Allahü təalanın qiyamət səhnələrindən bizi xəbərdar etdiyini göstərir. (Fussilət 20, Yasin 65)

Bir nəbzə olsa da, dünyadan misal gətirərək, axirəti xatırlaya bildiksə nə bəxtiyarıq... Artıq qiymət cədvəllərinə bir başqa gözlə baxarıq inşallah...


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину