Facebook Twitter WhatsApp

Özünü hesaba çəkmək

Sual: Peyğəmbər əfəndimiz, “Ölmədən əvvəl ölün, hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin” buyurur. Özümüzü necə hesaba çəkəcəyik?
CAVAB
Qurani-kərimdə məalən buyurulur ki:

“Qiyamət günü tərəzi quracağıq. O gün heç kimə zülüm edilməyəcək. Hər kəsin etdiyi zərrə qədər yaxşılığı və pisliyi meydana çıxarıb, tərəziyə qoyacağıq. Hər kəsin hesabını görməyə əlbəttə qadirik.” [Ənbiya 47]

Peyğəmbər əfəndimiz də buyurdu ki:
“Ağıllı insan günü dördə ayırar, birincisində etdiklərini və edəcəklərini hesablayar. İkincisində, Allahü təalaya münacat edər, yalvarar. Üçüncüsündə, bir iş işləyib, halal pul qazanar. Dördüncüsündə, istirahət edər və mübahlarla əylənər, haramlardan uzaq durar.” [İ. Qazali]
İslam alimlərinin ən böyüklərindən imam Rabbani həzrətləri buyurur ki:
Peyğəmbərlərin göndərilməsi İslamiyyətin əmrləri, qadağaların hamısı nəfsi qırmaq, əzmək üçündür. Onun hədsiz istəklərinin qarşısını almaq üçündür.
İslamiyyətə tabe olduqca, nəfsin istəkləri azalır. Buna görədir ki, İslamiyyətə tabe olmaq nəfsin istəklərini yox edir.


  Nəfsin zərərini önləmək üçün iki cihad yolu vardır:
1- Ona aldanmamaq, onun arzularını etməməkdir. Buna, riyazət çəkmək deyilir. Riyazət vəra və təqva ilə olur. Təqva, haramlardan çəkinmək, vəra, haramlarla birlikdə, mübahların ehtiyacdan artığı ilə məşğul olmamaqdır.
2-
 Nəfsin istəmədiyi şeyləri etməkdir. Buna mücahidə deyilir. Bütün ibadətlər mücahidədir.


Bu iki cihad nəfsi tərbiyə edir, insanı olğunlaşdırır. Ruhu qüvvətləndirir, salehlərin yoluna qovuşdurur.


Allahü təala qullarının ibadətlərinə möhtac deyil, onların günah iş görməsi Ona heç zərər verməz. O, bunları nəfsi tərbiyə üçün əmr etmişdir.
İmam Rabbani həzrətləri buyurur ki:
Övliyanın çoxu hər gecə yatacağı zaman o gün etdiyi işləri, sözlərini, hərəkətlərini, hərəkətsizliklərini, düşüncələrini, hər birinin nə üçün olduğunu dərk edirlər. Qüsurlarını və günahlarını təmizləmək üçün tövbə və istiğfar edirlər. Allahü təalaya boyun bükərlər, yalvarırlar. İbadətlərini və yaxşılıqlarını da Allahü təalanın xatırlatması ilə və qüvvə verməsi ilə olduğunu bilirlər. Buna görə Haqq təalaya həmd və şükür edərlər.
Muhyiddin Ərəbi həzrətləri özünün belə mühasibəsini apararmış. “Mən öz hesabatımı aparmaqda, Məşayıhı-kiramın hamısından irəli getdim. Niyyətlərimi, düşüncələrimi də hesaba qatdım” buyururdu.
   Hər gecə yatarkən yüz dəfə Sübhanallahi vəlhamdülillahi və la ilahə illəllahü vəllahü əkbər oxuyan kimsə yüz dəfə təsbeh, təhmid və təkbir söyləmiş olur. Beləcə, özünün mühasibəsini etmiş sayılır. [Təsbeh sübhanallah, təhmid əlhamdülillah, təkbir də Allahü əkbər deməkdir.]
Təsbeh söyləmək, tövbənin açarıdır. İnsan bunu çox oxumaqla qüsurlarının, günahlarının əfv edilməsini istəmiş olur.
Günah işləyən insan bu əmrlərin və qadağaların sahibinin əzəmətini və kibriyasını düşünmüş olsaydı, Onun əmrlərinə qarşı gələ bilməzdi. Günah işlər görməsi, Onun əmrlərinə və qadağalarına dəyər vermədiyini göstərir. Belə şeydən Allahü təalaya sığınırıq. Tənzih kəlməsini, [yəni yuxarıda yazılı olan təsbehi] çox oxumaqla bu qüsur əfv olunur.
İstiğfar etmək, günahların örtülməsini istəməkdir. Tənzih kəliməsini oxumaq isə, günahların yox olmasını istəməkdir. O harda, bu hardadır?
Sübhanallah qəribə bir kəlmədir. Tələffüzü çox kısadır, amma mənaları və faydaları isə lap çoxdur.
Təhmid [əlhamdülillah] kəlməsini çox oxumaqla Allahü təalaya şükür edirik. Onun verdiyi nemətlərin şükrü yerinə yetirilmiş sayılır.
Təkbir [Allahü əkbər] kəlməsi Allahü təalanın qulların etdiyi şükürlərdən çox yüksək olduğunu, Ona yaraşan şükrü edə bilməyəcəyimizi göstərir. Çünki, Ona edilən istiğfarlar əfv diləmək üçün də çoxlu istiğfar etmək lazımdır.

Haqq təalaya yaraşan həmd ancaq Onun tərəfindən ola bilər. Bunun üçündür ki, “Səffət” surəsinin sonunda, Sübhanə Rabbikə...” buyurmuşdur. Özünü hesaba çəkmək istəyən bu ayəti-kəriməni çox oxumalıdır! Beləliklə, istiğfar və şükür etmiş olar. İstiğfar və şükür edə  bilmədiyini də və qüsurlarını da bildirmiş olar. (Məktubatı Rabbani c.1, m.309)



Ölmədən əvvəl ölmək
Sual:
 Ölmədən əvvəl ölmək nə deməkdir?

CAVAB
“Dünyaya ən az rəğbət bəsləyən kimdir?” deyə sual verən bir şəxsə Peyğəmbər əfəndimiz buyurdu ki:

“Qəbri və qəbirdə çürüyüb torpaq olacağını unutmayan, dünya zinətini tərk edən, əcri baqi olan axirəti üstün tutub, fani dünyaya dəyişən, bu günün işini sabaha qoymayan, özünü ölmüş sayan, ölmədən əvvəl ölən adamdır.” [İbni Əbiddünya]
Deməli, ölmədən əvvəl ölmək, öldükdən sonra başına gələcəkləri düşünərək, dinin əmr və qadağalarına riayət etməkdir.

Düşüncələri hesaba çəkmək
Sual:
 Muhyiddin Ərəbi həzrətləri nəfsini sorğuya çəkərkən, niyyətlərini, düşüncələrini də hesaba qatarmış. İnsan düşüncələrindən ötrü məsul olmadığına görə, niyə özünü hesaba çəkir ki?

CAVAB
Hesaba çəkmək, mütləq yanlış bir şey etdiyimiz üçün deyil. Bunların doğruluğunu yoxlamaq üçün də özümüzü hesaba çəkməliyik. İmam Rabbani həzrətləri buyurur ki:

Övliya şəxsiyyətlərin çoxu hər gecə yatarkən o gün etdiyi işlərini, sözlərini, hərəkətlərini, hərəkətsizliklərini, düşüncələrini, hər birinin nə üçün olduğunu anlayırlar. Qüsurlarını və günahlarını təmizləmək üçün tövbə və istiğfar edirlər. Allahü təalaya boyun büküb yalvarırlar. İbadətlərinin və yaxşılıqlarının da, Allahü təalanın xatırlatmasıyla və qüvvət verməsilə olduğunu bilirlər. Buna görə Haqq təalaya həmd və şükür edirlər. Muhyiddin Ərəbi həzrətləri də, özünü belə hesaba çəkərmiş.
Bacara bilən özünü belə sorğulamalıdır. Özünü sorğulamaq üçün İmam Rabbani həzrətlərinin bildirdiyi aşağıdakı təsbehi çəkmək daha asandır:
Hər gecə yatarkən, “Sübhanallahi vəlhamdü lillahi və la ilahə illəllahü vəllahü əkbər” təsbehini yüz dəfə oxuyan, təsbeh, təhmid və təkbir gətirmiş olur. Beləliklə, özünün mühasibatını edərək, özünü hesaba çəkmiş sayılır. (1/309)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину