Facebook Twitter WhatsApp

Nəfsimiz kafirdir

Sual: “S. Əbədiyyə”də, “Hər mömin nəfsini təzkiyə üçün, yəni nəfsin yaradılışında olan küfrü və günahları təmizləmək üçün hər zaman, “La ilahə illəllah” sözünü çox təkrarlamalıdır” deyilir. İslamiyyətdə hər kəs yaradılışda günahsız doğulmurmu?
CAVAB
Bəli, günahsız doğulur, lakin daxilimizdəki nəfsimiz kafirdir. İnsana həmişə pislik etdirmək istəyir. Onun qidası küfür, haram və məkruhlardır, yaradılışı belədir. Bir ayəti-kərimə məali:
“Nəfsi-əmmarə, əlbəttə günahları, pislikləri əmr edir.” [Yusif 53]
Bir hədisi-şərif məali:
“İnsanın ən qüvvətli düşməni nəfsidir.” [Deyləmi]
Kafir yaradılan bu nəfsi təmizləmək üçün kəlməyi-tövhidi çox söyləmək lazımdır.

Həqiqi iman nədir?
Sual: 
Həqiqi imana qovuşmaq üçün nə etmək lazımdır?

CAVAB
İslamiyyətin əmrlərini yerinə yetirmək nəfsin təzkiyəsi, yəni küfürdən təmizlənməsi və qəlbin təsfiyəsi, yəni günahlardan təmizlənməsi üçündür. Nəfs təmizlənmədikcə və qəlb salamatlıq tapmadıqca, həqiqi iman əmələ gələ bilməz. Fəlakətlərdən, əzablardan qurtulmaq üçün həqiqi imana qovuşmaq lazımdır.
İman, üç hissədir:
1- Dinin hökmlərini bilməyən, ana-atasından gördüyü kimi ibadət edən, inanan insanların imanına “Təqlidi iman” deyilir. Belə insanların imanının getməsindən qorxulur.
2- Dinin hökmlərini, yəni fərz, vacib, sünnət, müstəhəb, mübah, haram, məkruh və müfsidi elmihaldan öyrənib əməl edənlərin imanına “imanı-istidlali”, yəni dəlil ilə anlayaraq bilmək deyilir. Belə insanların imanı qüvvətlidir.
3- Ariflərin imanıdır. Hər kəs dinsiz olsa, onun qəlbinə əsla şübhə gəlməz. Onun imanı peyğəmbər imanı kimidir. Buna “imanı həqiqi” deyilir.
Ağıl yolu ilə qəlbdə əmələ gələn iman, imanın surətidir. Çünki nəfs, bu imanın əksini istəyir, küfründə inad və israr edir. Belə iman, öd  xəstəsinin, şəkərin şirin olduğuna iman etməsi kimidir. Nə qədər inandım desə də, vicdanı şəkəri acı bilir. Öd kisəsi problemi düzəldikdən sonra, şəkərin şirin olduğuna həqiqi iman əmələ gəlir. İmanın həqiqəti də, nəfsin təzkiyəsindən və qəlbin itminanından [həqiqi imana qovuşmasından] sonra qəlbdə olur. Məhz bu həqiqi iman yalnız Övliyada olur və əldən çıxmaz. Bu ayə məali bu müjdəni sübut edir:
“Bilin ki, Allahın Övliyası üçün əzab qorxusu, nemətlərə qovuşmamaq üzüntüsü yoxdur.” [Yunus 62]

Said ibn Cübeyr həzrətləri deyir ki: Üç cür qəlb vardır:
1- Möminin qəlbidir. Təmiz və sevgi ilə Allahü təalaya bağlıdır.
2- Qatı, ölü qəlbdir. Heç kimə mərhəmət etməz.
3- Xəstə qəlbdir. Xəstəlik, münafiqlik xəstəliyidir.
Birincisində qurtuluş var, son ikisi isə əzabdadır. Möminin qəlbi səlimdir. Qəlbi səlim olan təriflənir. Bir ayə məali:
“Səlim qəlblə gələn xaric, o gün mal və uşaqlar fayda verməyəcək.” [Şüəra 88-89]
Muhamməd Məsum həzrətləri buyurur ki:
Allahü təalanı tanımaq iki cürdür:
1- Əhli-sünnət alimlərinin bildirdikləri kimi tanımaq,
2- Təsəvvüf böyüklərinin tanımaları.
Birinci şəkildəki imanda nəfs azğınlığından əl çəkməyib, iman həqiqi deyil, məcazidir. Bu iman gedə bilər. İkincisində nəfs də imana gəldiyi üçün iman yox olmaqdan qorunmuşdur. “Ya Rəbb, Səndən sonu küfür olmayan iman istəyirəm” hədisi-şərifi və “Nisə” surəsinin “Ey iman sahibləri, iman edin” məalindəki 136-cı ayəti-kəriməsi də həqiqi imanı bildirir. Bu ayə, “Həqiqi imana qovuşun” mənasındadır. İmam Əhməd həzrətləri elm və ictihadda çox yüksək dərəcəyə sahib olduğu halda, həqiqi imana qovuşmaq üçün Bişri Hafi [və Zünnuni Misri] həzrətləri kimi övliyanın söhbətində olmuşdu. İmam əzəm həzrətləri də, ömrünün son illərində Cəfəri Sadiq həzrətlərinin söhbətində olduqdan sonra, “Bu iki il olmasaydı, Numan həlak olardı”, yəni “Həqiqi imana qovuşa bilməzdim” buyurdu. Hər iki imam da elmdə və ibadətdə son dərəcə irəlidə olduqları halda, təsəvvüf böyüklərinin söhbətində iştirak edərək mərifəti və bunun meyvəsi olan həqiqi imanı əldə etmişdilər. (2/10)
Sənaullah Dəhləvi həzrətləri buyurur ki:
Təsəvvüfdə fəna dərəcəsinə çatan, mütləq ki, imanla ölür. “Bəqərə” surəsinin “Allahü təala imanınızı zay etməz” məalindəki 143-cü ayəsi və “Allahü təala, qullarının imanlarını geri almaz, ancaq alimləri yox edərək elmi geri ala bilər” hədisi-şərifi, həqiqi imanın və batin elminin geri alınmayacağını göstərir. (İrşadüt-talibin)
Hubbi-fillah buğdı-fillah olmadıqca da həqiqi imana qovuşmaq olmur. İki hədisi-şərif məali:
“Allahı sevməyən və Onun düşmənlərini düşmən bilməyən, həqiqi iman etmiş sayılmaz. Möminləri Allah üçün sevən və kafirləri düşmən bilən, Allahın sevgisinə qovuşur.” [İ.Əhməd]
“Allahın dostunu sevən, düşmənini düşmən bilən kamil iman sahibi olur.” [Əbu Davud]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину