Facebook Twitter WhatsApp

Hər kəsin çəkdiyi öz cəzasıdır

Sual: Allah dünyada yaşayan bir çox dinsiz insana nə üçün iman nemətini vermir?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:

Allahü təalanın feyzləri, nemətləri, ehsanları, yəni yaxşılıqları hər an insanların yaxşısına da, pisinə də hər kəsə gəlir. Allahu təala hər kəsə mal, övlad, ruzi, hidayət, irşad, salamatlıq və fərq qoymadan hər cür yaxşılığı göndərir.
[Allah qullarının küfrlərini, günahlarını üzlərinə vurmur. Ona qarşı çıxanların, inkar edənlərin, günah işləyənlərin ruzilərini kəsmir. Dünya üçün çalışanlara fərq qoymadan qarşılıqlarını verir].
Fərq bunları qəbul etməkdə, ala bilməkdə və bəzilərini də ala bilməyən insanlardadır.
[Allahü təala qullarına zülüm etməz, haqsızlıq etməz. Onlar özlərini əzaba, sıxıntılara sürükləyən səhv düşüncələri, çirkin işləri ilə özlərinə zülüm və işkəncə edirlər.

Beyt:
Haşa, zülm etməz quluna Xudası,
hər kəsin çəkdiyi öz cəzası!]

Eləcə də günəş həm paltar yuyan adama, həm də paltarlara eyni şəkildə parlayır, amma adamın üzünü yandırıb qaraldır, paltarlarını isə ağardır.
[Həmçinin, almaya və bibərə eyni cür saçdığı halda, almanı qızartdıqca şirinləşdirir, bibəri qızartdıqca acılaşdırır. Şirinlik və acılıq daima günəşin parlaması ilə olsa da, aralarındakı fərq günəşdən deyil, özlərindəndir. Allahü təala bütün insanlara çox rəhm etdiyi üçün və bir ananın övladına olan mərhəmətindən daha çox rəhmli olduğu üçün dünyanın hər tərəfində hər insanın, hər ailənin, hər cəmiyyətin, millətin hər dövrdə və hər işində necə hərəkət etmələri lazım olduğunu, dünyada və axirətdə rahat olmaları və əbədi səadətə qovuşmaları üçün işlərini necə qurmaları və nələrdən uzaq durmaları lazım gəldiyini İslamiyyət ilə bildirdi.]
İnsanların Allahü təaladan gələn nemətlərə nail olmamaları Ondan üz çevirdikləri üçündür. Üz çevirən, əlbəttə, bir şey ala bilməz. Ağzı qapalı bir qab yaz yağışı ilə, əlbəttə, dola bilməz. Bəli, üz çevirən bir çox insanın nemətlər içində yaşadığı görülüb, məhrum qalmadıqları zənn oluna bilər, ancaq bunlarda nemət olaraq görülənlər, əslində əzab və fəlakət toxumlarıdır. Məkri-ilahi ilə, istidrac olaraq, yəni Allahü təalanın aldadaraq, nemət şəklində göstərdiyi müsibətlərdir. Onlar insanları xarab etmək və daha çox azmaları üçündür. Belə ki, “Möminun” surəsinin 56-cı ayəsində məalən, “Kafirlər, mal və çox övlad kimi dünyalıqları verdiyimiz üçün onlara yaxşılıq, köməkmi edirik zənn edirlər? Peyğəmbərimə inanmadıqları və dini-İslamı bəyənmədikləri üçün onlara mükafatmı veririk, deyirlər? Xeyr, elə deyil, aldanırlar! Bunların nemət deyil, müsibət olduğunu anlamırlar” buyurulmuşdur. O halda, Haqq təaladan üz çevirənlərə verilən dünyalıqların hamısı əzabdır, fəlakətdir. [Şəkər xəstəsinə verilən şirniyyatlar, halvalar kimidir. Onu bir an əvvəl həlaka sürükləyir.] Allahü təala bizi belə olmaqdan qorusun! (C1, m.164)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину