Facebook Twitter WhatsApp

Nəfəqə qazanmaq

Sual: Nəfəqəmi qazanmaq üçün ticarətlə məşğul oluram. Qazanc əldə etdikdə sevinirəm. Dünya malına sevindiyim üçün haram işləmiş sayılıram?
CAVAB
Nəfəqəni qazanmaq fərzdir, nəfəqədən artığını qazanmaq sünnətdir. Qazanc əldə etdikdə sevinmək haram deyil, niyyətinə görə savab da qazanmaq olur. Nəfsin arzularını sevmək haramdır. Məsələn, qazanc əldə etdikdə, “Mən işini bilən adamam” deyə təkəbbürlənmək haramdır.

Dünya işinə kədərlənmək
Sual: Dünya işlərimiz yolunda getmədiyi üçün kədərlənmək günahdır?
CAVAB
Dünya işi, axirətə yarayan bir iş də ola bilər, yaramayan da ola bilər. O dünya işi, axirət üçün edəcəyimiz ibadətə mane olursa, kədərlənmək axirət üçün olur, dünya üçün sayılmaz. Əgər o işin axirətimizə faydası yoxdursa, kədərlənmək yersizdir. İmam Rabbani həzrətləri də buyurur ki:
Dünya işlərinin tərs getməsindən və vəziyyətinizin düzəlməməsindən heç sıxılmayın! Çünki dünya işləri qəmlənməyə dəyməz. Bu dünyada olan hər şey keçəcək, yox olacaq. Allahü təalanın razı olduğu şeylərin arxasından qaçmaq lazımdır. Çətin də olsa, asan da olsa bunları etməyə çalışmaq lazımdır. (1/150)

 

Sual: Ailənin ehtiyaclarını təmin etmək üçün işləmək, pul, mal-dövlət qazanmaq da dünyaya könül bağlamaq sayılır?
Cavab: Mövzu haqqında İmam Rabbani həzrətləri buyurur ki:
“İnsanın möhtac olduğu şeyləri zərurət miqdarında istifadə etməsi və bunları əldə etmək üçün çalışması, dünyaya könül bağlamaq sayılmır. Ehtiyacdan artıq və faydasız şeylər dünyadır. Bunların da Allahü təalanın rızasına uyğun şəkildə əldə edilmələri və sərf edilmələri dünya sayılmaz. Riyazət çəkməyin və mübahları zərurət miqdarında istifadə etməyin böyük bir faydası da, Qiyamət günü hesabın qısa və asan olmasıdır. Axirətdəki dərəcələrin yüksəlməsinə də səbəb olur. Dünyada nə qədər sıxıntı çəkilsə, axirətdə bir o qədər çox rahatlıq olacaq. Peyğəmbərlər bu cəhətdən də, riyazət və mücahidə çəkmişdilər. Bütün bunlardan aydın olur ki, riyazət çəkmək və mübahları zərurət qədər qazanıb istifadə etmək, ictiba, seçilmişlərin yolunda şərt olmamaqla yanaşı, bunlar yaxşı və faydalı şeylərdir. Faydalarının çoxluğu nəzərə alındıqda zəruri və lazım da deyə bilərik.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину