Facebook Twitter WhatsApp

Ölüm Ağrısı Çox Şiddətlidir

    Ölüm ağrısı dünya ağrılarının hamısından daha ağrılıdır. Bir kafir yuxu dərmanı içərək və ya narkozla hər tərəfi keyidikdən sonra da ölsə, çox şiddətli olan ölüm ağrısını hiss edər. Lakin saleh mömin güllə yağışına tutulsa, şəhid olar, bu ağrını duymaz.

    Hədisi-şəriflərdə buyuruldu ki:

    “Allahu təalaya and içirəm ki, ölüm mələyini görmək, min qılınc zərbəsindən daha şiddətlidir. Yenə Allahü təalaya and içirəm ki, mömin bir qulun hər damarı ölüm ağrısını hiss etmədikcə canı çıxmaz. (Əbu Nuaym)

    “Şəhid ölüm ağrısını hiss etməz”  (Beyhəki)

    Ölüm ağrısı 70 dəfə qılıncla doğranmaqdan daha artıqdır, amma Allahü təala sevdiyi qullarına bu ağrını hiss etdirməz. Ölüm acısı qəbir əzabı yanında heç olur. Qəbir əzabı məhşər əzabı yanında heç olur. Məhşər əzabı da Cəhənnəm əzabı yanında heçdir. Saleh mömin nə ölüm ağrısını, nə qəbir əzabını, nə də Cəhənnəm atəşini hiss etməz.

    Hədisi-şərifdə buyuruldu ki:

    “Yaxşı yaman hər kəs (Cəhənnəm üzərində qurulmuş Sıratdan) keçər. Yalnız möminə sərin və salamat olar. İbrahim əleyhissəlama atəş sərin olduğu kimi. Belə ki, möminlərin sərinliyindən Cəhənnəm, “Möminin nuru atəşimi söndürür” deyə çığıracaq. Bundan sonra Allahü təala təqva əhlini qurtarır, zalımları isə üzü üstə buraxır. (İbni Macı)

    Saleh mömin ruhunu təslim edəcəyi vaxt rəhmət mələklərini və Rəsulullah əfəndimizi görüb can vermə ağrısını hiss etməz. Bu təəccüblü bir şey deyil. Belə ki, Misir qadınları Yusif əleyhissəlamın gözəlliyinə heyran olub, özlərini elə unutmuşdular ki, əllərini kəsdiklərindən xəbərləri olmamışdır.