Facebook Twitter WhatsApp

Ölüm halları haqqında

   Ey biçarələr, siz ölümdən qaçarsız. Filankəs öldü, mən də onun yanında dursam, mənə də yoluxar, deyərsiniz. Taun, yolxucu xəstəlik filan məhəlləyə gəldi, deyib, başqa yerə qaçarsız. Bu cür etiqad da haramdır. Xəstəlik, Allahü təala istədiyi zaman yoluxar.

   Ey biçarələr, hara qaçırsınız! Ölüm sizə vəd olunmuşdur, əcəl irəli getməz! Aləmləri yaradan sizə, əcəliniz gəldiyi zaman göz açıb yummaq qədər vaxt verməz. Yazılmış qədərdən nə az, nə də çox olar.

   Allahü təala əmrini harda hökm etdisə, o insan malını, övladını, həyat yoldaşını, hər şeyini atıb, o yerə gedər. Öz torpağı olan məmləkətə çatmayanadək, canını almaq əmr olunmaz.

Hər kəs əcəli gəldikdə ölər. Araf surəsinin 33-cü ayəsində buyruldu:

“Əcəlləri gəldiyi zaman, onu az da olsa irəli və ya geri çevirə bilməzlər”.

   İnsan doğulmadan öncə nə qədər yaşayacağı müəyyən edilmişdir. İnsan harada öləcək, tövbə iləmi, tövbəsizmi, hansı xəstəlikdən, imanlımı, imansızmı gedəcək, bütün bunlar lövhi mahfuza (təqdirlər kitabı) yazılmışdır. Loğman surəsinin son ayəsində buna işarə vardır.

   Aləmləri yaradan ölümü yaratdı. Sonra diriliyi yaratdı. Sonra ruzimizi yaratdı və lövhəyə yazdı.

   Beləliklə, Haqq təala, sizin gündə nə qədər nəfəs alıb verdiyinizi bilir. Bunu lövhəyə yazmışdır. Mələklər nəzarət edirlər və vaxtı gəldikdə ölüm mələklərinə xəbər verirlər.

   Əgər həyatında Qurani-kərim ilə müəyyən olunmuş sözlərə inanıb, əməl etmisənsə, səadətlə gedərsən. Bütün hər şeyi Allahü təaladan bil! Vəfat edənin ardınca fəryad etmə! Bu cür şeylər, imansız getməyə səbəbdir. Nəuzübillah (Allaha sığının). Günah və xəta baş verərsə, tövbə-i nasüh etmək, yəni tövbə edilən günahı təkrar etməmək lazımdır.

   Haqq sübhanəhü və təala, Əzrail əleyhissəlama buyurar: “Dostlarımın canını asan al, düşmənlərimin canını əziyyətlə al!” Allah qorusun asi olmaqdan!

   Qiyamətin bir gününün miqdarı min il və ya əlli min il olduğu güman edilir. Bununla bağlı təfsir çoxdur. Səcdə surəsinin beşinci və Merac surəsinin dördüncü ayələrindən aydın olur.

   Bundan sonra mələklər asi olanın canını əzabla alarlar. Dil ilə təsvir oluna bilməz. Bizi yoxdan var edən Allaha sığındıq. Bəzi meyitlər döşəyində yay (kaman) kimi o yan-bu yana dönər. Necə ki, Allahü təala Vənnaziati surəsində buyurur. O mələklər əzablar edib, bir biri ilə müzakirə edərlər. Cəbrayıl əleyhissəlam o mələklərə deyər: “Mərhəmət etməyin!” Münafiqlərin canı burnunun ucuna gələr, yenə geri qaytarılar. Hər əzasını elə sıxarlar ki, gözlərinin nuru tökülər. Mələklər deyər: “Sən Cənnətlik deyilsən! Cahanı yaradan sənə qəzəbləndi! Sənə lütf, yardım yoxdur! Sən diri ikən etdiklərini unutdunmu? Ey yaramaz insan! Sənə elə əzab hazırlandı ki, münafiqlər və kafirlər əzabıdır. Çünki səndə namaz, zəkat, sədəqə, kasıblara mərhəmət yox idi. Haramdan qaçmazdın, bütün işlərin fəsad idi. Qeybət edərdin, yenə də Allah kərimdir deyərdin. Budur, əzab da çox acı vericidir.” Haqq sübhanəhü və təala həzrətlərindən xitab gələr: “Bu münafiqlər bir gün də ölümlərini xatırlamadılar. Təkəbbürlü olardılar. Fərz, vacib, sünnətə əməl etməzdilər. İndi mənim əzabımı görsünlər!” Yenə zəbanilər, yəni Cəhənnəm mələkləri dırnaqlarının dibindən yapışıb, canını sinəsinin damarlarından çıxararlar və hulquma aparıb, yenə geri buraxarlar. Yenə xitab gələr: “Alimlər sizə bildirmədimi? Kitabımızı oxumadınızmı? Qafil olmayın, şeytana uymayın, demədilərmi? Hər şeyi Allahdan bilin, demədilərmi?” Dünya malına həris olmayın! Allahü təalanın verdiyinə qənaət edin, kasıb qullarına mərhəmət edin, yoxsullara təam verin! Allahü təala o padşahdır ki, sizi yaratdı və sizi bəsləməyi öz üzərinə götürdü ki, sizə Ondan bir bəla gəlsə, yenə Onu çağırasınız, yalvarasınız, dərmanı Ondan diləyəsiniz! Mən həkimlərə pul verdim və sağaldım demə! Allahü təalanın lütfündən bil! Sənin malım dediyin, sənə əmanətdir. O mal sizin dərdinizə dərman deyil. Halaldırsa, hesabını verməyə vəzifəlisiniz. Haqq sübhanəhü və təala nə qədər təqdir etdisə, o qədər alarsan. Nə maldan, nə övladdan, nə dostdan, hər nə qədər fəryad etsən və ya hansı səhraya qaçsan, canını qurtara bilməzsən. Ancaq torpağın haradırsa, o yerə dəfn olunarsan. Əcəlin gəlmədikcə, sənə heç kimdən ziyan gəlməz. Sizə, yalnız təhlükədən qorunmaq və dərdlərə dəva olan səbəblərə sarılmaq əmr olundu.

   Nə zaman Haqq təala sizə sağlıq kimi, mal kimi, övlad kimi nemət versə, sevinib, Əlhamdü-lillah, bizim Rəbbimiz bizə ikram etdi, deyərsiniz. Nə vaxt Allahü təala sizə müsibət versə, yəni sizə bir bəla versə, qəm çəkərsiniz, səbr etməzsiniz, şükr etməyi unudarsınız.

   Haqq təaladan xitab gələr: “Ya mələklərim! Onu tutun!” mələklər onun canını bütün qıllarının dibindən alıb, yenidən yerinə qaytararlar. Haqq təalanın əzab verdiyini, kimsə xilas etməyə qadir deyildir.

   Ölüm döşəyində yatan şəxs bu əzabı görüb, ah, kaş ki, dünyada olarkən əməlimi yerinə yetirərdim, bu gün də bu əzabı çəkməzdim. Yenə o xəstəni gözləyən insanlara xitab gələr: “Ey mənim təkəbbürlü qullarım! Bu dostunuzu, mal xərcləyərək qurtarın! Dünyada məndən gələn bəlaya səbr etməzsiniz, məndən şikayət edərsiniz. Bu qul əzab çəkir canı hulqumuna gəlib. Mənim qüdrətimdən!” Mələklər bu nidanı eşidib, “Ey Rəbbimiz! Sənin əzabın haqdır”, deyərək, səcdəyə gedərlər. Haqq təala bunları Quranikərimdə xəbər verməkdədir. Sonra yenə mələklərə, tutun, deyə nida gələr. Mələklər o şəxsi elə tutar ki, bir qılının yeri belə boş qalmaz. Mələklər qışqırıb: “Ey Allahın asi qulunun canı! Gəl çıx vücudundan. Bugün sənə əzab olunacağı gündür. Allahü təaladan başqasına məhəbbət etdiyin üçün, təkəbbürlü olub, kasıblara salam verməzdin, haram olan şeyləri edərdin, batili haqq haqqı batil görərdin”, deyərlər. Bunlar Qurani-kərimdə xəbər verilmişdir.

   Sonra o insan mələklərə, “bir aman verin, ağlımı başıma toplayım”, dedikdə, görər ki, ölüm mələkləri, başının üstədir. Onları gördükdə, bu əzabları unudub titrəməyə başlayar. Ölüm mələklərini görüb soruşar: “Bu qədər mələk əzab verdiyi halda, sən kimsən niyə gəlmisən?” Bundan sonra ölüm, bir vahiməli səslə deyər: “Mən o ölüməmki, səni dünya üzündən çıxarmalıyam. Övladlarını yetim qoymalı, malını dünyada sevmədiyin qohumuna miras qoymalıyam.”

   Ölümdən bu sözləri eşidib, titrəyər, üzünü o yan, bu yana çevirər. Çünki əlaməti budur və Hədisi Buxaridə Rəsul-i əkrəm (sallallahü təala aleyhi və səlləm), “Mələkləri eşitdikdə üzünü divara çevirər, önündə ölümü görər”, buyurur.

    Hansı tərəfə baxsa, ölümü o tərəfdə görər və yenə arxası üstə dönər.

   Ölüm mələkləri bir şiddətli səslə çağırıb, deyər: “Mən o ulu mələyəm ki, atanın və ananın canını aldım, sən o vaxt orada idin, nə faydan oldu? İndi də bütün dostların baxır, nə faydası var? Mən o ulu mələyəm ki, səndən əvvəl öldürdüklərimin qüvvəti səndən çox idi.”

   Bu insan mələklərlə bu qədər danışarkən, əzab mələkləri gedər. Əzrail əleyhissəlamı zəhmli görüb, o an ağlı itər.

   Əzrail əleyhissəlam soruşar: “Dünyanı necə gördün?” O da cavab verər ki, dünyanın hiyləsinə aldandığıma görə bu haldayam.

   Cahanın yaradıcısı, dünyanı bir qadın şəklinə salar. Gözləri göy, dişləri öküz buynuzu kimi, bir pis ətirlə gəlib sinəsinin üstünə oturar.

   Sonra o insanın malını qarşısına gətirərlər. Haram və halal deməyib, qazandığı malını gözünün önündə varislərinə verərlər.

Sonra o mal, öz sahibinə deyər: “Ey asi! Məni qazandın, nahaq yerə xərclədin, sədəqə, zəkat vermədin. İndi isə əlindən çıxdım, sənin istəmədiyin insanların əlinə keçdim, səndən minnətsiz aldılar”.

Bu halda ikən susayar, ürəyi yanaraq dörd tərəfinə baxar.

   Bu vəziyətdə ikən, şeytan fürsət tapıb, imanını almaq üçün yanına gələr. O lənətlənmiş, əlində, içində buzlu su olan bir qədəh tutar, xəstənin yanında o qədəhi çalxalayar. Onu görər və eşidər. O yerdə və o anda kasıb və zənginin halı bəlli olur.

   Əgər səadətsizdirsə, gətir o sudan içim, deyər. O məlunun canına minnət olar. Deyər ki, Allah qorusun, aləmlərin yaradıcısı yoxdur, de! Əgər zalımdırsa, dediyi kimi söyləyər və Allah qorusun, imanı gedər. Lakin hər şeydə hikmət Hüdanındır. O vəziyyətdə olan xəstənin yanında həmişə su qoymaq, ağzını açıb suyu içirmək lazımdır.

Əgər hidayətə çatarsa, şeytanı lənətləyib rədd edər.

    Vədəsi yetişdikdə, əgər mömindirsə, əmr olunar, Əzrail əleyhissəlam canını alar. Üç yüz altmış mələk o canı Əzrail əleyhissəlamın əlindən alıb, dost-tanışlarının surətinə girib, Cənnət geyimlərini geydirib, ruhunu Cənnət sarayına çatdırar və yenə dərhal meyitin yanına gətirərlər.

   Əgər imansız gedibsə, üç yüz altmış siccin mələkləri Cəhənnəmdən, qətrandan da qara zəqqum yarpağı gətirib, o imansız çıxan ruhu ona sarıyıb, dərhal Cəhənnəmə çatdırar yerini göstərib, yenə meyitin yanına gətirərlər.

   Bir kimsə həddi-buluğa çatıb, dünyada yaşadığı müddətdə üsyan edib, tövbəsiz gedərsə, Allaha sığınırıq, bu əzabları görər, qiyamətdə rüsvay olar. Onun gedəcəyi yer Cəhənnəmdir. Təkcə Allahü təaladan hidayət gəldiyi haldan və ya həzrəti Muhammədin “sallallahü təala və səlləm” şəfaəti gəldiyi haldanbaşqa.