Facebook Twitter WhatsApp

Seyfəddin Fəruqi

Seyfəddin Fəruqi həzrətləri, Silsiləyi-aliyyənin iyirmi beşincisidir. İmam Rabbani həzrətlərinin nəvəsi və Urvətül-Vüsqa Muhamməd Məsum Fəruqi həzrətlərinin beşinci oğludur. Doğum zamanında bir mələk; “Doğulduğu gün, öləcəyi gün və diriləcəyi gündə ona salam olsun” məalındakı Məryəm surəsinin 15-ci ayəti-kəriməsini oxuyaraq müjdə vermişdi. Kiçik yaşından etibarən elmə yönəldi. Əmisi Muhamməd Səiddən əqli və nəqli elmləri təhsil edib qısa zamanda alim oldu. Zamanının bir dənəsi və mərifət dəryası olan atası Muhamməd Məsum Fəruqinin təvəccöh və söhbətlərilə, irəliləyib, qısa zamanda bir çox kəramətlərə qovuşub alimlərin baş tacı oldu.

Kamala çatdıqdan sonra atasının əmrilə Aləmgir Xan ilə görüşmək üzrə Dehliyə getdi.
Dehliyə vardığı zaman, şəhərin qapısında iki azğın fil və bunları zəbt etməyə çalışan iki heybətli pəhlivanın rəsmlərinin asılı olduğunu gördü. Sultana o rəsmləri endirdib yox edincəyə qədər şəhərə girməyəcəyini bildirdi. Sultan rəsmləri endirdincə şəhərə girdi. Sultan Aləmgir Xan, öz istəyilə ona tələbə oldu. Söhbətlərilə şərəfləndi. Yaşı irəliləmiş olmasına baxmayaraq Qurani-kərim oxumağı öyrənib əzbərlədi. Söhbətlərinin bərəkətilə Hindistanda yayılmış bir çox bidət və sapqınlıq, Sultan Aləmgir Xan tərəfindən fərman çıxardılaraq ortadan qaldırıldı və unudulmuş sünnətlər ortaya çıxarıldı. Digər vəzirlər, valilər və dövlət adamları da söhbətlərilə şərəflənib hidayətə qovuşdular.

Himmət və bərəkətilə, Hindistanın hər tərəfində İslamiyyət yayılıb müsəlmanlar qüvvətləndi. Bidət sahibləri və kafirlər pərişan oldu.

Dehlidə, söhbət məclisləri çox bərəkətli və qələbəlik olardı. Kafirlər və fasiqlər də onun söhbətinə gəlib, yüksək hüzuruyla şərəflənincə, hidayətə qovuşub keçmiş günahlarına tövbə edib, istiğfar edərək geri dönərdilər. Söhbətinin bərəkətilə, minlərlə adam hidayətə qovuşub, yüksək dərəcələrə çatmışdı. Dərgahına hər gün minlərlə adam gələr, feyz alardı.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину