Facebook Twitter WhatsApp

Ubeydullahı Əhrar

Ubeydullahı Əhrar həzrətləri, Türküstanın böyük vəlilərindəndir. Silsiləyi-aliyyənin on səkkizincisidir. 1403-cü ildə Daşkənddə doğuldu. 1490-cı ildə Səmərqənddə vəfat etdi. Qəbri oradadır.

Doğumundan etibarən üstün halları görüldü. Anasını nifasdan təmizləndikdən sonra əmməyə başlamışdır. Üzündə elə bir nur parlayardı ki, görənlər heyran qalıb, ona dua edərdilər. Dilindən Allahu təalanın adı heç düşməzdi. Babası da, alim və vəli idi. Vəfat edəcəyi sırada, nəvələri ilə tək-tək vidalaşdı. Ubeydullahı Əhrar o zaman çox kiçik idi. Onu görüncə, qucağına aldı. Bağrına basaraq ağladı və belə dedi: “Mən, bunun böyük bir şəxs olduğu vaxt həyatda olmaram. Bu İslamiyyətə xidmət edəcəkdir. Cahan padşahları bunun sözünü dinləyəcəklər” dedi.

Təsəvvüfdə yüksək dərəcələrə qovuşduqdan sonra, halal qazanmaq üçün əkinçiliklə məşğul oldu. Qısa zamanda zəngin oldu. 1300-dən artıq əkin sahəsi vardı. Hər birində üç min əmələ işləyərdi. Allahu təala onun məhsuluna elə bir bərəkət verdi ki, hər il 800 min batman [700 ton] azuqə uşr verərdi. Ambarlarına qoyulan məhsul, çıxardıqları vaxt, qoyduqlarından çox gəlirdi. Özü bu mövzuda; “Bizim malımız, kasıblar üçündür. Bu qədər malın xassəsi bu nöqtədədir” buyurardı.

Yaxınlarından biri, bir gecə birini özünə şərab alıb gətirməsi üçün göndərdi. O kimsə şərabı alıb gəlincə, onun olduğu evin qarşısında dayanıb, şərab səhəngini yuxarıdan salladığı bir səbətə qoydu. O da səbəti yuxarı çəkməyə başladı. Çəkərkən, səbət divara dəyib ipi qopdu, yerə düşdü və səhəng qırıldı. Şərab istəyən kimsə, heç kim bilməsin deyə, səhər vaxtı erkəndən qalxıb qırılan səhəngin parçalarını yığdı. Ubeydullahı Əhrar həzrətləri o kimsənin evinə gəldi. “Gecə yuxarı çəkdiyin səhəngin səsi qulağıma gəldi. Əgər o səhəng qırılmasaydı, mənim qəlbim qırılardı və bir daha səninlə görüşməyimə imkan qalmazdı” buyurdu.

Bu tələbəsi anladır:
Səfərdə idik. Gecə yarısı mənə “Tez qalx, əşyalarını yığ və dərhal çölə çıx!” buyurdu və özü də çıxdı. “Bu ətrafda olanları da oyandır. Məni təqib edin” dedi. Bir təpəyə doğru getdi, biz də dərhal yığışıb onun ardınca getdik. Təpəyə çıxınca, dayandı. Biz də yanında dayandıq. Bir qismi də, gəlməmişdi. Biz təpədə ikən, birdən-birə dəhşətli bir sel gəldi. Önünə gələn ağac, qaya, divar, nə varsa süpürüb aparırdı. Ayrıldığımız ev də sel suları içində qalmış, gəlməyənlər də selə qapılmışdı. Selə qapılmaqdan xilas olanlar, Ubeydullahı Əhrar həzrətlərinin bu kəramətini görərək, onun böyük bir vəli olduğunu bir dəfə daha anlamış oldular.

Buyurardı ki:
“Qəlbin qaralmış olmasının əlaməti, günahlardan, mütəəssir olmaması, günahda israr etməsidir. İşlədiyi günahlara görə qəlbi o qədər qaralar ki, artıq nəsihət təsir etməz, qəflətdən oyanmaz.”

“Əgər biz şeyxlik etsəydik, zamanımızda heç bir şeyx özünə tələbə tapa bilməzdi. Fəqət bizə başqa iş əmr edildi. Bizim işimiz, müsəlmanları zülmdən qorumaqdır.”

“Təsəvvüf, vaxtı, ən dəyərli olan şeyə sərf etməkdir.”

“Təsəvvüf, hərkəsin yükünü çəkmək və heç kimə öz yükünü çəkdirməməkdir.”

“Təsəvvüfdən məqsəd, özünü məcbur etmədən hər an Allahu təalanı xatırlamaqdır.”

“İnsanın qiyməti; idrakının, bu yolun böyüklərinin həqiqətlərini anladığı qədərdir.”

“Bəlalara səbir etmək hətta şükür etmək gərəkər. Çünki, Allahu təalanın bir-birindən acı bəlaları vardır.”

“İnsanın yaradılmasından məqsəd, qulluq etməsidir. Qulluqdan məqsəd isə, hər hansı halda Allahu təalanı unutmamaqdır.”

“Bütün kəramətləri bizə versələr, fəqət etiqadımız əhli-sünnət deyilsə, halımız xarabdır. Əgər bütün xarablıqları, çirkinlikləri versələr etiqadımız əhli-sünnət isə, heç kədərlənməməliyik.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину