Facebook Twitter WhatsApp

Əbu Ubeydə ibn Cərrah

            Cənnətlə müjdələnən ümmətin əmini.

            Ərəblər arasındakı nadir oxuma-yazma bilənlərdən olan Əbu Ubeydə ibn Cərrah və  yoldaşları Osman ibn Məzun, Ubeydə ibn Haris,  Abdurrahman ibn Avf, Əbu Sələmə, Həzrəti Əbu Bəkirin  vasitəsiylə  Rəsulullahın hüzurunda Müsəlman oldular.

            Həzrəti Əbu Ubeydə? Həzrəti Əbu Bəkirin vasitəsiylə imana gələnlərin onuncusudur.  İmana gələndə 31 yaşında idi. O gündən vəfatına qədər malı ilə, mövqeyi ilə və canı ilə İslamiyyəti yaymaq üçün çalışdı.

İki dəfə hicrət etdi

            Məkkədə kafirlərin əziyyət və işgəncələrinin artması ilə Peyğəmbər əfəndimizin icazəsiylə Həbəşistana hicrət etdi. Sonra Mədinəyə hicrət edincə Peyğəmbərimiz onu  Həzrəti Sad ibn  Muaz ilə qardaş etdi.

             Bədir qəzasında düşmən səflərində atası da var idi. Bu qəzaya mələklər də qatılmış, insan şəklinə girərək əllərindəki qılınclarla kafirlərlə vuruşdular. Bu döyüşdə Əbu Ubeydə böyük qəhrəmanlıq göstərmişdi.

            Həzrəti Ubeydə Uhud cəngində də böyük qəhrəmanlıq göstərdi. Peyğəmbər  əfəndimiz  Əbu Ubeydə ilə Sad ibn Əbi Vaqqas həzrətlərini ön səfdə vuruşanlara sərkərdə təyin etdi.  Kafirləri mərkəzdə olan sevgili Peyğəmbərimizə yaxınlaşdırmamaq üçün bütün gücləri ilə döyüşdülər.

            Peyğəmbər əfəndimiz də düşməni geri çəkəcək şəkildə yayıyla, oxuyla, qılıncıyla vuruşurdu. Əshabı kiram canlarını dişlərinə sıxmışlar, Peyğəmbərimizin ətrafında pərvanə olmuşdular. Həzrəti Həmzə, Həzrəti Əli,  Həzrəti  Əbu  Dücanə, Həzrəti Sad ibn Əbi Vaqqas, Həzrəti Musab ibn Umeyr, Həzrəti Ubeydə ibn Cərrah, Həzrəti Talha, Həzrəti Zübeyr kimi Əshabı  kiram Peyğəmbərimizi qorumağa çalışırdılar.

            Bir çox Əshabı vuruşa-vuruşa şəhid oldu. Düşmən geri çəkilmişdi. Zəfərə yaxınlaşılmışdı. Zəfər sevinci ilə yerlərini tərk edən Əshabi kiramın olduqları yerdən düşmən süvariləri hücuma keçdi və Peyğəmbər əfəndimizə qədər  yaxınlaşdılar.

             İbni Qamia deyilən müşrik Rəsulullahın mübarək başına qılıncını vurdu, dəbilqənin dəmiri mübarək yanağına batdı.

Dişləriylə çıxartdı

            Əshabı kiram təkrar toplanıb müşriklərə hücum etdi və düşməni Peyğəmbərimizin yanından uzaqlaşdırdılar. Həzrəti Əbu Ubeydənin sevgili Peyğəmbərimizin mübarək  yanaqlarına batan dəmir halqaları dişləriylə çəkib çıxararkən iki ön dişi qırıldı.

            Bu döyüş Əshabı kiramın düşməni qovması ilə nəticələndi. 97-ə qədər şəhid verildi. Bunların içində şəhidlərin sərdarı Həzrəti Həmzə, qardaşı oğlu Abdullah ibn Cahş ilə eyni qəbirə dəfn edildilər. Musab ibn  Umeyr  də bu  döyüşdə  şəhid olmuşdu.

            Həzrəti Əbu Ubeydə Uhud, Xəndək, Xeybər qəzalarında görülməmiş şəkildə cəng etdi. Məkkənin fəthində də Peyğəmbər əfəndimizin yanlarında oldu.

            Rəsulullah əfəndimiz hicrətin onuncu ilinin Rəbiül-əvvəl ayının 12-sində bazar ertəsi günü günortadan əvvəl vəfat etdi. Əshabı kiram çox kədərlənib göz yaşı tökdü. Çoxunun dili tutulub, bir müddət danışa bilmədi.

Bir  qarışıqlıq çıxa bilər

            Həzrəti Əbu Ubeydə də göz yaşlarını saxlaya bilmirdi. Bütün Əshabı kiram qan ağlayır və dərmansız dərdi çəkirdi. İçəridə cənazə hazırlıqlarını edərkən qapı döyüldü. Gələn kimsə dedi ki:

  • Əbu Bəkir və Ömər buradamı?

Həzrəti Əbu Bəkir və Həzrəti Ömər cavab verdilər:

  • Bəli buradayıq.
  • Mədinəlilər, Bəni Səidə ərazisində toplandılar, kimin xəlifə olacağı haqqında danışırlar. Bəlli bir kimsəni daha seçə bilmədilər. Hər kəs öz qəbiləsi rəisinin seçilməsini istəyir. Bir qarışıqlıq çıxa bilər. Tez gəlib bu işi həll edin.

Müsəlmanlar arasında böyük bir ayrılıq baş vermək üzrə idi. Belə bir anda Həzrəti Əbu Bəkir ilə Həzrəti Ömər və Həzrəti Əbu Ubeydə oraya Xızır kimi yetişdilər. O anda, Ənsardan biri qalxıb  dedi ki:

  • Bizlər, Rəsulullaha kömək etdik. Mühacirlər bizə sığındı. Xəlifə bizdən olmalıdır.

Halbuki, Rəsulullah hər yerdə, sağ yanına Həzrəti Əbu Bəkiri, sol yanına  Həzrəti Öməri  alar, Əbu Ubeydə üçün də, “Bu ümmətin əminidir” buyurardı.

            Üçü birdən-birə meydana çıxanda sanki Rəsulullah qalxmış, oraya gəlmiş kimi oldu. Hər kəs bunların nə söyləyəcəyini gözləyirdi. Həzrəti Əbu Bəkir uzun bir çıxış etdi. Sonra Həzrəti Ömər danışdı. Sonra da Həzrəti Əbu Ubeydə dedi ki:

  • Ey Ənsar! Başlanğıcda bu dinə xidmət edən sizlərdiniz. Əsla işi əvvəl pozan sizlər olmayın!

Sonra Həzrəti Əbu Bəkir, “Sizə bu iki şəxsi naziməd etdim, birini seçin” deyərək, Həzrəti Ömər və Həzrəti Əbu Ubeydəni göstərdi. Hər ikisi də çəkindilər, “Həzrəti Peyğəmbərin irəli keçirdiyi bir kimsənin önünə kim keçə bilər!” dedilər. Həzrəti Ömər buyurdu ki:

  • Ya Əbu Bəkir! Rəsulullah səni hamımızın önünə keçirdi, əlini uzat! Mən səni xəlifə seçdim.

İlk biyət Həzrəti Bəşir, sonra Həzrəti Ömər tərəfindən oldu. Sonra da Həzrəti Əbu Ubeydə və digər Əshabı kiram Həzrəti Əbu Bəkiri  xəlifə seçdilər.

Üzləri ən gözəl üz

            Əgər Həzrəti Əbu Bəkir,  Həzrəti Ömər və Həzrəti Əbu Ubeydə  həzrətləri çatmasaydı, Müsəlmanlar parçalanacaqdılar. Bu üç Əshabın xidməti Qiyamətə qədər unudulmayacaqdır.

Həzrəti Ömərin oğlu Abdullah deyir ki:

  • Qureyş xalqının içində üç adam vardır ki, üzləri ən gözəl üz, ağılları ən səlim ağıl, qəlbləri ən mətin qəlbdir. Bunlar Həzrəti Əbu Bəkir, Həzrəti Osman və Həzrəti Əbu Ubeydədir.

Həzrəti Əbu Ubeydə ibn Cərrah həyatını həmişə İslama xidmətlə keçirmiş, insanların  əbədi səadətə qovuşmaları üçün  çalışmışdır. Qəbri-şərifi Şamdadır.

            Həzrəti Əbu Bəkir xəlifə olunca Əbu Ubeydəni sərkərdə təyin etdi. Humus, Şam,  Ürdün və Fələstini fəth etmək və oradakı insanların da İslamiyyətlə şərəflənmələri üçün  göndərdi. Həzrəti Əbu Ubeydə Bizanslıların Suriyanı qurtarmaq üçün topladıqları böyük bir  səlib ordusunu Yərmuqda qarşıladı. Xəlifə Həzrəti Əbu Bəkir, Əbu Ubeydəyə kömək üçün  Həzrəti Xalid ibn Vəlidi göndərdi.

            İslam komandirləri bu döyüş üçün Xalid ibn Vəlidi baş sərkərdə seçdilər. Düşmən ordusu 240 min, İslam ordusu 40 minə qədər idi. Xalid ibn Vəlid ordunu min nəfərlik alaylara bölüb hər birinə alay sərkərdəsi təyin etdi. Əbu Ubeydəni mərkəzə, digər sərkərdələri sağ və sol qanadlara yerləşdirdi.

 

Yüz min yunanlı öldürüldü

            Bizans ordusu üzərinə hücuma keçildi. Döyüş bütün sürəti ilə davam edərkən, Bizans  generallarından Yorqi, Həzrəti Xalid ibn Vəlidin “Allahın qılıncı” ləqəbini eşidərək hidayətə gəlib Müsəlman oldu.

            O da Müsəlmanların cərgəsində Bizanslılarla döyüşdü. Uzun və çətin döyüşlərin nəticəsində böyük Yunan ordusu məğlub olaraq dağıldı. Yüz min Yunanlı öldürüldü. İslam ordusundan isə 3 min  igid şəhadətə qovuşdu.

            Bu döyüşdə İslam qadınları da döyüşdü. Bu zəfər bütün Şam diyarının fəthinə səbəb oldu. Zəfər müjdəsi xəlifəyə bildirildi. Sonra Həzrəti Xalid ibn Vəlid və Həzrəti  Əbu Ubeydə “ Fıhl” mövqeyində 80 min yunanlı ilə döyüşdülər. Onları da axşama qədər davam edən bir  döyüşdə məğlub etdilər.

            Həzrəti Əbu Bəkir vəfat edəndə yerinə keçən xəlifə Həzrəti Ömər Həzrəti Əbu Ubeydənin baş sərkərdə olaraq yenə fəthlərə davam etməsini əmr etdi. Əbu Ubeydə ordusuyla Xumusa hərəkət etdi. Sülh ilə Xumusu da fəth etdi.

            Həzrəti Əbu Ubeydə ordusunu yığaraq Antaqyaya hərəkət etdi. Maarra, Lazikiyyə, Antaritus, Banyas, Səlimiyyə fəth edilərək hərəkət edilirdi. Kinnəsrinə Həzrəti Xalid ibn Vəlid göndərildi. Özü Hələbə gəldi. Hələbi fəth edərək Antaqyanı mühasirəyə aldı. Antaqya da fəth edildi.

            Həzrəti Əbu Ubeydə  xəlifəyə vəziyyəti bildirən bir hesabat göndərdi. Xəlifə fəth edilən yerlərə İslam qüvvətlərinin yerləşdirilməsini əmr etdi. Bu əmri yerinə yetirən Həzrəti Əbu Ubeydə bir çox qala və şəhəri fəth edərək Fərat çayına qədər irəlilədi.

            Fəth etdiyi yerlərə məmurlar təyin edərək Qüdsə gəldi. Qüds mühasirəyə alındı. Qüdslülər sülh istədiklərini, yalnız bu sülhdə Həzrəti Ömərin də olmasını, yoxsa sülh bağlamayacaqlarını  Əbu Ubeydəyə bildirdilər. Vəziyyət Həzrəti Ömərə ərz edildi.

Həzrəti Ömər Qüdsə gəldi

            Həzrəti Ömər yerinə Həzrəti Əlini vəkil təyin edərək Qüdsə gəldi. Qüdslülərlə sülh bağladı. Həzrəti Ömər sülhdən sonra Mədinəyə qayıtdı.

            Yunan kralı Heraklius itirdiyi torpaqları geri almaq üçün hərəkətə keçdi. Böyük bir səlib ordusu hazırladı. Həzrəti Əbu Ubeydə bu qərardan vaxtında xəbərdar olub vəziyyəti xəlifəyə bildirərək necə hərəkət etmək lazım olduğunu soruşdu.

            Həzrəti Ömər İranla hərb etməkdə olan Həzrəti Sada əmr göndərərək Əbu Ubeydəyə kömək etməsini bildirdi. Həzrəti Sad Kaqa ibn Amrı dörd min mücahidlə köməyə göndərdi.  Baş sərkərdə Həzrəti Əbu Ubeydə, Şamın Cəzirə ilə əlaqəsini kəsərək səlib ordusunun üzərinə yeridi. Qısa zamanda səlib ordusunu  pərişan edərək böyük bir zəfər daha qazandı. 

            Şamda 639-cu ildə vəba xəstəliyi yayılaraq çox Müsəlmanın ölümünə səbəb olmuşdu.   Həzrəti Əbu Ubeydə də bu xəstəliyə yoluxdu. Öləcəyini anlayınca, orada olanlara bir vəsiyyətinin olduğunu bildirdi. Vəsiyyətində buyurdu ki:

  • Namazınızı qılın! Orucunuzu tutun! Sədəqənizi verin! Həccinizi edin! Bir-birinizə yaxşılıq edin! Alimlərə və böyüklərə itaət edin! Dünyaya aldanmayın!

İnsanların ən ağıllısı Allahu təalanın əmrlərini yerinə yetirəndir. Hamınıza Allahu təalanın salam və rəhmətini,  lütf və bərəkətini  niyaz edirəm.  Haydı ya Muaz, camaata namazı qıldır!

 

And içirəm ki…

            Bu sözləri söylədikdən sonra  gözlərini yumub yerinə Muaz ibn Cəbəli vəkil təyin etmişdi. Vəfat edəndə 58 yaşında idi.

Muaz ibn Cəbəl həzrətləri camaata bir xütbə oxudu. Burada buyurdu ki:

  • “And içərəm ki, Əbu Ubeydə kimi dininə bağlı, təmiz və mərhəmətli insanlar çox azdır. Dünyaya heç meyl etməyən, əmrində olanlara həmişə yaxşılığı və bir-birlərini sevməyi əmr edən bu mübarək Əbu Ubeydə həzrətlərinə haqqınızı halal edin və dua edin!

Həzrəti Əbu Ubeydə ibn Cərrah fəzilət timsalı bir şəxs idi. Allahu təalanın əmrlərindən kənara çıxmazdı. Peyğəmbər əfəndimizə məhəbbəti çox yüksək idi. Rəsulullah əfəndimizdən aldığı bir əmri yerinə yetirmək üçün canını fəda etməkdən çəkinməzdi. Zühd və təqva sahibi, çox mərhəmətli idi.

            Əsgərlərinə və əmri altında olanlara çox şəfqətli idi. Həzrəti Ömər Şama getdiyi zaman qarşılayanlara, “Qardaşım Əbu Ubeydə harada?” deyə soruşduğu vaxt, “Gəlir əfəndim” deyərək gəlməkdə olan  Həzrəti Əbu Ubeydəni göstərdilər.

            Sağlığında Cənnət ilə müjdələnən iki böyük Səhabə salamlaşdılar. Həzrəti Əbu Ubeydə, Həzrəti Ömərə,

  • Buyurun ya Əmr-əl-Möminin, deyərək, onu evinə apardı.

Həzrəti Ömər, Əbu Ubeydənin evinin içini görüncə buyurdu ki:

  • Hanı sənin əşyan? Burada bir keçə, bir tuluq kimi şeylərdən başqa bir şey yox. Sən Əmirsən, sənin burada yeməyə bir şeyin yoxdur?

Səni dəyişdirmədi

            Həzrəti Əbu Ubeydə ona bir zənbil gətirərək içindən bir neçə tikə çıxardanda Həzrəti Ömər ağlamağa başladı. Bunun üzərinə Əbu Ubeydə dedi ki:

  • Sən bizlərə, “Quşluq vaxtı istirahət etməyimiz üçün bizə yetəcək qədər bir şey bizə bəsdi” demişdin. Bu qədəri də bizim üçün quşluq istirahətinə kafidir. Bunu eşidib daha çox duyğulanan Həzrəti Ömər buyurdu ki:
  • Ey qardaşım Əbu Ubeydə, dünya hər kəsi dəyişdirdi, tək səni dəyişdirə bilmədi.

Bir dəfə Həzrəti Ömər, Həzrəti Əbu Ubeydəyə dörd min dirhəm göndərmiş və bu pulu ona  aparacaq elçiyə tapşırmışdı:

  • Diqqət et, baxaq bu pulu nə edəcək?

Həzrəti Əbu Ubeydə, bu pulu aldıqdan sonra onu dərhal əsgərləri arasında payladı.  Elçi, qayıdıb hadisəni anlatdığı zaman Həzrəti Ömər buyurdu ki:

  • Həmd olsun ki, Müsəlmanlar arasında belə insanlar var.

Peyğəmbərimizin hüzuruna 630-cu ildə Nəcrandan bir Xristian heyəti gəldi. Uzun  danışmalardan sonra Rəsulullah əfəndimizin Peyğəmbər olduğunu qəbul etdilər. Və dedilər ki:

  • Ya Rəsulallah! Əshabından bir əmin kimsəni bizimlə birlikdə göndər, zəkatlarımızı, vergilərimizi ona verək!

Peyğəmbərimiz  də and edib buyurdu ki:

  • Çox əmin kimsəni sizinlə göndərirəm.

Qalx ya Əbu Ubeydə!

            Əshabı kiram əmin olaraq kimin şərəflənəcəyini maraq edirdilər. Rəsulullah əfəndimiz buyurdu ki:

  • Qalx ya Əbu Ubeydə! Ümmətimin əmini bax budur!

Həzrəti Əbu Ubeydə bu müjdəyə qovuşanda  sevincindən ağladı. Həzrəti Əbu Ubeydə vəzifəsini çox gözəl yerinə yetirmiş, qayıdanda xəzinəni qızılla doldurmuşdu. Qayıdanda Əshabı kiram onu qarşılamağa çıxdılar. Rəsulullah əfəndimiz Əshabını bu halda görüncə gülümsəyərək onlara buyurdu ki:

  • Elə zənn edirəm ki, siz,  Əbu Ubeydənin xeyli dünyalıqla gəldiyini eşitdiniz, onu sevinclə qarşılayırsınız!

Onlar da, “Bəli ya Rəsulullah” deyə  təsdiq  etdilər.

            Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:

  • Sevinin və sizi sevindirəcək nemətləri bundan belə hər zaman istəyin! Vallah bundan sonra sizin kasıb olacağınızdan qorxmuram. Amma sizin üçün qorxduğum bir şey varsa, o da, sizdən əvvəl gəlib keçən ümmətlərin önünə dünya nemətlərinin yayıldığı kimi, sizin önünüzə də yayılaraq, onların bir-birlərinə həsəd etdikləri kimi, nəfs etdikləri kimi, sizin də bir-birlərinizə düşməniz və onların həlak olduqları kimi sizin də məhv olub getmənizdir.

Rəsulullah əfəndimiz  sahil tərəfinə bir səfər təşkil edib Həzrəti Əbu Ubeydə ibn Cərrahı əmir təyin etdi.  Bu səfərə 300 Əshabı kiram qatılmışdı.  Həzrəti Cabir deyir ki:

“Biz yola çıxdıq. Həzrəti Əbu Ubeydə mucahidlərə yanlarında nə qədər ərzaq varsa  gətirmələrini əmr etdi. Gətirilən ərzağı bir yerə topladı ki, bu toplanan ərzaq iki kisə xurmadan ibarət idi.

            Əbu Ubeydə bu xurmadan hər gün az-az verərək bizi dolandırırdı. Nəhayət xurmalar  tükənincə yoxluğunun ağrısını daddıq.

Bizə də yedirin!

            Sonra dəniz sahilinə çatdıq. Bir də nə görək? Dəniz sahilində böyük bir balıq vardı.  Bunu dəniz sahilə atmışdı.  Əbu Ubeydə bizə dedi ki:

  • Bu dəniz məxluqunun ətindən yeyin! Biz də yedik. Mədinəyə qayıdıb Rəsulullah əfəndimizin yanına gəldiyimiz zaman bu hadisəni  ərz etdik. 

Peyğəmbər əfəndimiz də buyurdu ki:

  • Əziz mücahidlər, yeyin! Allahu təala onu dənizdən ruzilənməniz üçün çıxarmışdır. Yanınızda varsa bizə də yedirin!

Və gətirilən ətdən yedilər.

            Yunan kralı Heraqliusun böyük ordularını pərişan edən İslam əsgərlərinin baş sərkərdəsi Əbu Ubeydə ibn Cərrah həzrətləri zəfər qazandığı hər şəhərdə adamlarını  qışqırdaraq yunanlara xəlifə Həzrəti Ömərin əmrlərini bildirərdi. Xumus şəhərini alanda da buyurdu ki:

“Ey yunanlar! Allahu təalanın  köməyi ilə xəlifəmiz Ömərin əmrinə uyaraq, bu şəhəri də aldıq.  Hamınız  ticarətinizdə, işinizdə, ibadətlərinizdə sərbəstsiniz! Sizi qoruyacağıq!

            Malınıza, canınıza, namusunuza heç kim toxunmayacaq! İslamiyyətin ədaləti eynilə sizə də tətbiq ediləcək, hər haqqınız qorunacaqdır!

            Çöldən gələn düşmənə qarşı, Müsəlmanları qoruduğumuz kimi, sizi də qoruyacağıq! Bu xidmətimizə qarşılıq olaraq Müsəlmanlardan heyvan zəkatı və uşr aldığımız kimi, sizdən də ildə bir dəfə cizyə vermənizi istəyirik. Sizə xidmət etməyimizi və sizdən cizyə almağımızı Allahu təala əmr etmişdir.

            Xumus yunanları cizyələrini sevə-sevə gətirib  Beytül-mal əmini Həbib ibn Müslimə təslim etdilər. Bu arada Herakliusun bütün məmləkətindən əsgər toplayaraq Antaqyaya hücuma hazırlandığı xəbəri alan kimi Xumus şəhərindəki əsgərlərin də Yərmükdəki qüvvətlərə qatılmasına qərar verildi.

Cizyələi geri alın!

            Bunun üzərinə Əbu Ubeydə həzrətləri şəhərdə məmurların belə qışqırmalarını əmr etdi:

“Ey Xristianlar! Sizə xidmət etməyə, sizi qorumağa söz vermişdim. Buna qarşılıq, sizdən cizyə almışdım. İndi isə xəlifənin əmri ilə  Heraklius ilə hərb edəcək olan qardaşlarıma köməyə gedirəm. Sizə verdiyim sözün üstündə dura bilməyəcəyəm. Bunun üçün hamınız Beytülmala gəlib cizyələrinizi geri alın! Adlarınız və verdikləriniz dəftərimizdə yazılmışdır.

             Suriya şəhərlərinin çoxunda da belə oldu. Xristianlar müsəlmanların bu ədalətini, bu  şəfqətini görəndə illərdən bəri Yunan imperatorlarından çəkdikləri zülmlərdən və işgəncələrdən xilas  olduqları üçün  bayram etdilər.

Sevinclərindən ağladılar. Çoxu da sevə-sevə müsəlman oldu. Öz arzuları ilə Yunan ordularına qarşı İslam  əsgərinə casusluq etdilər.

Həzrəti Ömər, Əbu Ubeydə həzrətlərini çox sevərdi. Hətta bir gün Həzrəti Ömər yoldaşlarından soruşdu:

  • Allahu təalanın dininə xidmət üçün nə istəyərdiniz?

Biri xidmət üçün ev dolusu qızıl, bir başqası da ləl-cəvahirat istədi. Onlarda Həzrəti Ömərə  soruşdular:

  • Sən nə istəyərdin?

Həzrəti Ömər də belə buyurdu:

  • Mən də Əbu Ubeydə ibn Cərrah kimi əmin yoldaşlarımın olmasını istəyərdim. Bunlarla dinin yayılmasına xidmət edərdim.

Şamın fəthində Müsəlmanların tarixin şərəf lövhəsinə keçməsinə səbəb olan bir hadisə olmuşdur. İslamiyyəti özlərinə əzəli düşmən görən Qərb üçün ibrətlik vəsiqələrdən biri olan bu hadisə belə  meydana gəldi:

            Şamın fəthində Xalid ibn Vəlid həzrətləri şəhərin bir tərəfindən girdi. Əhali müqavimət göstərdiyi üçün qılıncdan istifadə edərək şəhərdə irəliləyirdi. Hədəfi o zaman üçün şəhərin ən böyük kilsəsi olan indiki Məscidi-Əməvi  idi.

Eyni anda kilsəyə girdilər

            Şəhərin digər tərəfindən də Əbu Ubeydə ibn Cərrah həzrətlərinin  əsgərləri irəliləyirdi. Amma, buradakı xalq ona qarşı deyildi. Bunun üçün rahat bir şəkildə qılıncdan istifadə etmədən irəliləyirdi. Təbii ki, bunun ilk hədəfi də şəhərin ən böyük kilsəsi idi.

Müsəlmanlar İslam şəhəri olduğunun simvolu olaraq qılıncla aldıqları şəhərin ən böyük kilsəsini məscidə çevirər,  digər kilsələrə  toxunmazdılar. İstanbulun fəthində olduğu kimi.

Bu iki böyük sərkərdə eyni anda iki ayrı qapıdan kilsəyə girdilər. Və kilsənin ortasında bir-birləri ilə qarşılaşdılar.

            Bu böyük zəfər münasibətilə bir-birlərini təbrik üçün qucaqlaşdılar. Xalid ibn Vəlid həzrətləri kilsənin məscidə çevrilməsini istədi. Bu təklifə Həzrəti Əbu Ubeydə qarşı çıxdı:

  • Ya Xalid! Bilmirsənmi sülh, barış yolu ilə alınan şəhərin kilsələrinə toxunulmaz!
  • Amma mən qılıncdan istifadə edərək bura gəldim.
  • Mən isə qılıncdan istifadə etmədim, sülh yolu ilə buraya qədər gəldim.
  • Bəs o zaman nə edəcəyik ya Əbu Ubeydə?
  • Kilsənin yarısı kilsə olaraq qalacaq, digər yarısı məscidə çevriləcək! Çünki, kilsənin yarısı qılıncla, digər yarısı sülh yolu ilə alındı.

O məşhur Bizans generallarını qarşısında heybətindən titrədən Xalid ibn Vəlidin qərara ən kiçik bir şəkildə belə etirazı olmadı. Hətta, Əbu Ubeydə ibn Cərrah həzrətlərinə  təşəkkür etdi.

Yarısı məscidə çevrildi

            Bu hadisədən sonra kilsənin yarısı məscidə çevrildi. Məlik ibn Mərvan zamanına qədər bu belə davam etdi. Mərvan kilsənin hamısını məscidə çevirdi. Xristianlar məcbur olaraq buna razı oldular.

Əbu Ubeydə ibn Cərrah həzrətləri  həyatda ikən  Cənnət ilə müjdələnən on səhabədən biridir. “Ümmətin Əmini” ləqəbiylə mədh olunan uca Səhabənin əsl adı Amir ibn Abdullah ibn Cərrahdır. Bütün savaşlarda iştirak etdi. Çox qəhrəman idi.

Sevgili Peyğəmbərimizin yanında bütün savaşlarda iştirak etdi. Peyğəmbər əfəndimizin bu hədisi-şərifi ilə şərəfləndi:

  • Əbu Bəkir Cənnətdədir. Ömər Cənnətdədir. Osman Cənnətdədir. Əli Cənnətdədir. Talha Cənnətdədir. Zübeyr Cənnətdədir. Abdurrahman ibn Avf Cənnətdədir. Sad ibn Əbi Vaqqas Cənnətdədir. Səid ibn Zəyd Cənnətdədir. Əbu Ubeydə ibnil Cərrah Cənnətdədir.