Facebook Twitter WhatsApp

Hüseyn ibn Əli

Cənnət gənclərinin seyyididir.

Ümmü Haris həzrətləri deyir:

Bir gün Rəsulullahın hüzuruna gedib bir yuxu gördüyümü və çox qorxduğumu ərz etdiyim zaman buyurdular ki:

— Nə gördün?

— Sizin bədəninizdən bir parça kəsdilər, mənim yanıma əlavə etdilər.

— Yaxşı görmüsən, Fatimənin bir oğlu olacaq və sənin yanında qalacaqdır.

Birlikdə məsciddən çıxdılar

            Bir müddət sonra Həzrəti Hüseyn dünyaya gəldi. Rəsulullah hər sübh namazını qıldıqdan sonra mübarək üzünü Əshabı-kirama çevirərdilər. Kədərli kimsələr üzünü görsələr  sevincli olardılar. O gün sübh namazından sonra üzlərini döndərmədən Həzrəti Əlini çağırdılar. Birlikdə məsciddən çıxdılar. Əshabı-kiram hara, nə üçün getdiklərini anlaya bilmədilər.  Yenidən dönərlər deyə oturdular. İkisi Həzrəti Fatimənin evinə getdilər.

Peyğəmbərimiz Həzrəti Əliyə qapıda dayanıb heç kimi içəri buraxmamasını əmr etmişdi. Həzrəti Hüseyn doğulmuş, mələklər təbrik etmək üçün gəlmişdilər. Həzrəti Əbu Bəkir dayana bilməyib Həzrəti Əlinin evinə getdi. Sonra Həzrəti Ömər,  sonra Həzrəti Osman  və bütün Əshabı-kiram  Həzrəti Əlinin evinə getdilər.

Həzrəti Əbu Bəkir Həzrəti Əlidən Rəsulullahın harada olduğunu soruşdu. Həzrəti Əli içəridə olduqlarını bildirincə, Həzrəti Əbu Bəkir buyurdu ki:

— İzin verərsən mən də girim.

— Allahın Rəsulu məşğuldur.

— Mənim içəri girməməyimi sənə əmr etdi?

— Xeyr, yalnız dörd yüz iyirmi dörd min mələk gəldi.

Həzrəti Əbu Bəkir heyrət edib dayandı. Bir müddət sonra Rəsulullah çölə çıxıb  hər kəsin içəri girməsini əmr etdilər. Əshabı-kiram içəri girdilər. Həzrəti Əlinin mələklərin sayındakı  sözü deyildi. Rəsulullah əfəndimiz Həzrəti Əlidən soruşdular:

— Mələklərin sayını necə bildin?

— Mələklər qrup-qrup  gəlirdilər. Hər biri bir dil ilə  danışırdılar və saylarını bildirirdilər.

Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:

— Allah ağlını çox etsin Ya Əli!

Cənnət gənclərinin əfəndisi

     Rəsulullah əfəndimiz Həzrəti Hüseyn doğulduğu zaman qulağına, “O,  Cənnət gənclərinin əfəndisi,  seyididir”  deyə səslənmişdi.

Həzrəti Üsamə ibn Zeyd bir gecə Peyğəmbər əleyhissalamı gördüyünü və Onun, “Bunlar mənim oğullarımdır, qızımın oğullarıdır. Allahım, mən onları sevirəm, sən də onları sev və onları sevənləri də sev” buyurduğunu  rəvayət edir.

Bir dəfə də, “Hüseyn məndən, mən Hüseyndənəm, Allahu təala Hüseyni sevənləri sevər”  buyurmuşdu.

Allahu təala Quranı-kərimdə, əhli-beytə məalən buyurur ki:

“Allahu təala, sizlərdən ricsi (günah), yəni hər qüsur və çirkinlikləri təmizləmək istəyir və sizi tam bir  təharət ilə  təmizləmək  istəyir.”

Bu ayəti-kərimə gəlincə Əshabı kiram soruşdular:

— Ya Rəsulallah! Əhli-beyt kimlərdir?

Mənim əhli-beytim

O əsnada Həzrəti Əli gəldi. Mübarək əbasının altına  aldılar. Fatimə-tüz-Zəhra da gəldi. Onu da yanına aldılar. İmam Həsən gəldi. Onu da bir yanına, sonra gələn  İmam Hüseyni də o biri tərəfinə alaraq buyurdular ki:

Bax bunlar mənim əhli beytimdir.

Bu ayəti-kərimə və əlaqədar hədisi şəriflər Rəsulullahın iki mübarək nəvəsini sevmənin şərt olduğunu bildirməkdədir.

Həzrəti Hüseyn buyurdu ki:

Bir gün yüksək babamın hüzuruna getmişdik. Übey ibn Kab da orada idi. Mənə, “Salam, ey Əbu Abdullah, ey göylərin və yerin bəzəyi” deyə xitab etdilər. Übey ibn Kab həzrətləri dedi ki:

— Ya Rəsulallah! Göylər və yer üçün səndən başqa bəzək vardırmı?

Rəsulullah bunun üzərinə buyurdular ki:

— Məni insanlara peyğəmbər olaraq  göndərən Allahu təalanın haqqı üçün Hüseyn ibn Əli yer üzünün mərkəzinin bəzəyidir.  Ondan çox bəzək göylərin təbəqələridir.

Bir gün Həzrəti Hüseyn Rəsulullah əfəndimizin yanında idi. Anasına getmək istəyirdi.  Hava yağışlı idi. Rəsulullah əfəndimiz dua buyurdu. Həzrəti Hüseyn evə gedənə qədər yağış ara verdi.

Bir gün Rəsulullah əfəndimiz Həzrəti Hüseyni sağ dizinə, oğlu İbrahimi sol dizinə aldı. Cəbrayıl əleyhissalam  gəlib dedi ki:

— Haqq təala, bu ikisindən birini alacaqdır. Sən birini seç!

Rəsulullah əfəndimiz buyurdu ki:

Əgər Hüseyn vəfat edərsə, mənim canım yandığı kimi, Əlinin və Fatimənin də canları yanar. Əgər İbrahim gedərsə, ən çox mən kədərlənərəm. Mənim kədərimi onların kədərinə dəyişirəm.

Üç gün sonra oğulları İbrahim vəfat etdi.

Rəsulullah əfəndimiz Həzrəti Hüseyn yanına hər gəlişində onu öpər və  buyurardı ki:

— Salamatlıq və səadət o kimsəyə olsun ki, oğlum İbrahimi ona fəda etdim.

Həzrəti Hüseynin ilk uşaqlığı Rəsulullah əfəndimizin dərin sevgi və şəfqətilə keçdi. Ancaq bu hal çox sürmədi. Çünki Peyğəmbər əfəndimiz vəfat etdilər. Həzrəti Hüseyn bundan sonra elmini və ədəbini atasının yanında tamamladı.

Ətrafını işıqlandırardı

            Həzrəti Hüseynin üzü qaranlıq gecədə ətrafını işıqlandırardı. Piyada olaraq iyirmi beş dəfə həccə getdi. Yanındakılar miniklərə minsə də özü minməzdi. Çox səxavətli idi. Buyurdular ki:

— Səxavətli kəs əfəndi olar, xəsis xor olar. Bu aləmdə bir mömin qardaşının yaxşılığını özündən əvvəl  düşünən, o biri aləmdə daha yaxşısını tapar.

Əshabı kiramdan Həzrəti Dıhyə daim ticarət üçün səfərə gedib gələrdi. Çox gözəl üzlü idi.  Cəbrayıl əleyhissalam çox dəfə  Rəsulullahın hüzuruna Dıhyə şəklində gələrdi. Bir gün Cəbrayıl əleyhissalam  Fəxri-aləm həzrətlərinin hüzurunda  idi.

Dıhyə babamızın yanında

O vaxt hələ kiçik olan Həzrəti Həsən və Həzrəti Hüseyndən biri Cəbrayıl əleyhissalamı  gördü. Dərhal qardaşının yanına qaçaraq dedi ki:

— Dıhyə babamızın yanında oturur, haydı gedək.

Qaçıb məscidə girdilər. Cəbrayıl əleyhissalamın dizlərinə oturdular. Əllərini Cəbrayıl əleyhissalamın  qoynuna saldılar.  Rəsulullah əfəndimiz nəvələrinin bu hərəkətlərindən hicab edib mane olmaq istədi. Cəbrayıl əleyhissalam  Rəsulullahın xəcalətli olduğunu görüncə dedi ki:

— Ya Rəsulallah! Nə üçün sıxılırsınız? Fatimə təhəccüd namazını qılarkən Haqq-təala məni  göndərər, bunların beşiklərini yırğalayardım. Beləcə Həzrəti Fatimə rahatca  namazını qılardı. Bəzən də bunların anaları namazdan sonra yatarkən, bunlar ağlayardı. Haqq təala məni  göndərər, anaları oyanmasın deyə, beşiklərini yırğalayardım, ağlamazdılar. Uşaqların bu hərəkətini mənə qarşı ədəbsizlik saymayın. Bunların yanıma gəlib əllərini qoynuma salmalarında bir zərər yoxdur.

Rəsulullah əfəndimiz buyurdu ki:

— Ey qardaşım Cəbrayıl! İndi bir şey etmədilər. Daha irəli gedərlər deyə mane oldum.  Çünki, əshabımdan Dıhyə adında biri vardır. Çox dəfə səfərə çıxar. Hər qayıdışında bunlara hədiyyə gətirər. Sizi Dıhyə zənn edib əllərini qoynunuza saldılar.

Bunun üzərinə Cəbrayıl əleyhissalam, “Ya Rəbbi! Məni Həbibinin yanında utandırma” deyə dua etdi.

Oturduğu yerdən əllərini Cənnətə uzatdı.  Bir yaşıl  salxım  üzüm, bir qırmızı nar əlinə gəldi. Həzrəti Həsən üzümü,  Həzrəti Hüseyn də  narı götürdü. Bunları yeyərkən bir dilənçi  gəlib dedi ki:

— Ey əhli beyt! O üzüm və nardan mənə də verərsiniz?

Rəsulullahın yüksək yaradılışlı nəvələri dilənçiyə vermək istədiklərində Cəbrayıl əleyhissalam mane olaraq dedi ki:

— Ya Rəsulallah! O dilənçi  şeytandır. Cənnət meyvələri ona haram ikən hiylə ilə ondan yemək  istədi.

Kərbəlada şəhid oldu

     Həzrəti Hüseyn həmişə atasının yanında idi. Atası şəhid olunca Mədinəyə gəldi. Yezidə biyət etmədi. Kufəlilər onu çağırıb xəlifə etmək istədilər. Qardaşı Muhamməd ibn Hanefiyyə,  İbni Ömər,  İbni Abbas  və daha bir çox Əshabı-kiram mane oldular isə də, qəbul etməyib yetmiş iki nəfərlə Məkkədən İraqa yola çıxdı.

      İraq valisi Ubeydullah ibn Ziyad Ömər ibn Sad Ziyad, Ömər ibn Sad başçılığı ilə bir ordu  göndərdi. Ömər qayıtmasını bildirdi isə də İmam qəbul etməyib hərb etdi. 681-ci ildə  Məhərrəm ayının onuncu günü Kərbəlada şəhid oldu. Yezid bunu eşidincə çox kədərləndi. “Allah İbni Mərcanəyə (İbni Ziyada) lənət etsin! Hüseynin istəklərini qəbul etməyib də onu şəhid etdirdi. Beləcə məni pis tanıtdı” dedi. Həzrəti Hüseynin mübarək oğlu Zeynəlabidin kiçik olduğu üçün öldürülmədi. Qadınlar və İmamın mübarək başı ilə Şama göndərildi. Mübarək başı Misirdə Qarafə qəbiristanlığına dəfn edilmişdir.