Hədisi-şərif yazması ilə məşhur səhabə.
Abdullah ibn Amr Bədir və Uhud hərbindən başqa bütün hərblərə qatılmışdır. Peyğəmbər əfəndimizin yanında olub, ilk iki hərbə yaşı kiçik olduğu üçün qatıla bilməmişdir. Qatıldığı döyüşlərə süvari olaraq qatılırdı. Həmçinin hərbə gedəcək əsgərləri təlim ilə onları hərbə hazırlamaq kimi mühüm vəzifələrdə olmuşdur. Bir çox savaşa komandir olaraq qatılmışdır.
Əsgərləri miniklə təmin et!
Abdullah ibn Amr həzrətləri komandirliyi ilə əlaqədar bir xüsusu özü belə rəvayət edir:
“Rəsuli əkrəm əfəndimiz yanımda olan dəvələrə əsgərləri mindirərək, bir tərəfə göndərməyimizi əmr buyuranda, dəvələrin əsgərlərə kifayət etməyəcəyini gördüm. Peyğəmbərimizə müraciət edərək, bəzi əsgərlərin miniksiz qaldıqlarını söylədim. Peyğəmbərimiz mənə belə buyurdu:
— Zəkat olaraq gələn erkək dəvələr qarşılığında dişi dəvələri satın alaraq əsgərlərə minik təmin et!
Mən də bir erkək dəvə qarşılığında üç dişi dəvə satın alaraq əsgərlərin gedəcəkləri yerə çatmalarını təmin etdim”
Abdullah ibn Amr həzrətlərinin Peyğəmbər əfəndimizin vəfatından sonra qatıldığı və böyük qəhrəmanlıqlar göstərdiyi döyüşlərdən biri Yərmükdür. Şam fatehi olan atası Amr ibn As da bu hərbdə ordu komandirlərindən idi. 240.000 nəfərlik Bizans ordusuna qarşı 46.000 nəfərlik İslam ordusu qısa zamanda zəfər qazandı.
Həzrəti Abdullah ibn Amr ibn As Peyğəmbər əfəndimizin yanında olub şəxsən eşidərək çox elm öyrənmişdir. Peyğəmbərimizdən eşitdiyi hər şeyi yazmaq üçün icazə istəmiş və aldığı icazədən sonra bir çox hədisi-şərif yazmışdır.
Əshabı kiramdan ən çox hədis -şərif rəvayət edən Əbu Hüreyrə onun haqqında buyurmuşdur ki:
— Rəsulullahın hədisi-şəriflərini Abdullah ibn Amrdan başqa məndən çox əzbərləyən və rəvayət edən olmamışdır. Çünki o, yazırdı. Mən yazmamışdım.
Abdullah ibn Amrın Rəsulullah əfəndimizdən hər eşitdiyini yazdığını görən Əshabi-kiramın böyükləri ona dedilər ki:
— Sən, Rəsulullahdan hər eşitdiyin şeyi yazırsan. Halbuki, Rəsul əleyhissəlam bəzən qəzəb, hirs, bəzən də sevincli hallarda ikən söz söyləmişdir.
Yazmağa davam et!
Bundan sonra Hazrəti Abdullah eşitdiklərini yazı ilə qeyd etmək barəsində tərəddüdə düşmüş və məsələni Rəsuli əkrəmə ərz etmişdi. Rəsulullah əfəndimiz onu dinlədikdən sonra buyurdular ki:
— Yazmağa davam et! Çünki, Allahu təalaya and içərəm ki, ağzımdan haqq (yəni doğru, gerçək) olandan başqa bir şey çıxmamışdır.
Həzrəti Abdullah Rəsulullahdan eşitdiyi bütün hədisi-şərifləri, Səhifəi-Sadiqə adında bir məcmuada toplamışdır. Ondan soruşulan suallara şəxsən Rəsulullahdan eşidərək yazdığı bu məcmuanı çıxarıb baxar sonra cavab verərdi.
Hədisi-şərif ravilərindən Əbu Kubəyl Abdullah ibn Amr ilə əlaqədar bunu nəql edir: “Abdullah ibn Amr ibn Asın yanında idik. Ona İstanbul və Roma şəhərlərindən hansının daha əvvəl fəth ediləcəyi soruşuldu.
İstanbul fəth olunacaqdır!
Həzrəti Abdullah sualı dinlədikdən sonra bir sandıq gətirtmiş,Səhifəi-Sadiqəsini çıxarmış və ona baxıb bu cavabı vermişdi:
— Bir gün Rəsulullahın ətrafına oturmuş, hədisi-şərif yazırdıq. Bir ara Rəsuli əkrəmə; “İstanbul və Roma şəhərlərindən hansı daha əvvəl fəth ediləcək” deyə sual olundu. “Ən əvvəl Herakliusun şəhəri olan İstanbul fəth olunacaqdır”, buyurdular.”
Abdullah ibn Amrın elmindən ən çox istifadə edən ərazilərdən biri də Bəsrədir. Bu şəhərə vali təyin edilənlər onun dərslərinə can atmağı başlıca vəzifə bilirdilər. Nəql etdiyi elmlərdən bütün müsəlmanlar faydalanmışdır.
Ərəbcədən başqa İbranicə və Süryanicə də bilən Abdullah ibn Amr həzrətləri Rəsulullah əfəndimizin mübarək ağızlarından eşidərək topladığı hədisi-şərif məcmuəsinə, son dərəcə diqqət edərdi. İmam Mücahid deyir ki:
— Abdullah ibn Amrın əlində olan kitablardan hansına baxmaq istəsək mane olmazdı. Lakin bu hədisi-şərif məcmualarından birini oxumaq istədiyimiz zaman ona son dərəcə etina göstərər və “Mən, bunu şəxsən Rəsuli əkrəmin mübarək ağzından eşidərək topladım. Onu, bütün dünyaya dəyişmərəm” deyərdi.
Yeddi yüzə qədər hədisi-şərif rəvayət etmişdir…
Abdullah ibn Amr ibn As həzrətləri uzun boylu, yaraşıqlı bir şəxs idi. Zühd və təqvası çox olub əkinçiliklə məşğul olar və dolanışığını bu yoldan təmin edərdi. Son dərəcə səxavətli olub əlinə keçəni paylayar və hər kəsi məmnun edərdi. 684-cü ildə yetmiş iki yaşlarında Şamda vəfat etdi.
Xeyrin ən yaxşısı
Bir gün Həzrəti Abdullahdan soruşuldu:
— Şərin ən pisi və xeyrin ən yaxşısı hansıdır?
Buyurdu ki:
— Xeyrin ən yaxşısı, doğru söz, pisliyi düşünməyən qəlb və itaət edən xanımdır. Şərlərin də ən pisi, yalan söz, pis qəlb və itaət etməyən xanımdır.
Həzrəti Abdullah belə bildirir:
Bir gün Rəsulu əkrəmə, “Ya Rəsulullah! Müsəlmanın hansı xeyirlidir” deyə soruşduğum zaman buyurdu ki:
— Kasıbları doyuran, tanıyıb-tanımadığı hər müsəlmana iltifat edəndir.
Abdullah ibn Amr həzrətləri elmə çox əhəmiyyət verərdi. Buyurardı ki:
— Rəsulullahdan eşitdim. Buyurdu ki:
“Elmin azalması, alimlərin azalması ilə olar. Cahil din adamları, öz fikirləri ilə fətva verərək fitnə çıxararlar, insanları doğru yoldan azdırarlar.”
Abdullah ibn Amr həzrətləri gecə səhərə qədər namaz qılar, gündüzləri oruc tutardı. Haramdan son dərəcə çəkinər, hətta mübahların çoxunu da tərk edərdi. Quranı-kərimi çox oxuyardı. Bəzən gecə lampanı söndürər, Allah qorxusundan səhərə qədər ağlayardı. Çox ağlamaqdan ömrünün sonlarına doğru gözləri görməz olmuşdu. Özü belə buyurur:
Üç gün oruc tut!
Mən, davamlı olaraq gecələri ibadətlə, gündüzləri də oruclu olaraq keçirəcəyimi söyləmişdim. Mənim bu sözlərim Rəsulullah əfəndimizə xəbər verilmişdi. Peyğəmbər əfəndimiz də mənə buyurdular ki:
— Belə deyən sənsən?
— Bəli, elə demişdim ya Rəsulallah!
— Bunu edə bilməzsən. Bunun üçün bəzən oruc tut, bəzən də tutma! Həm yat, həm də ibadət et və ayda üç gün oruc tut! Çünki üzərində bədəninin, gözlərinin, ailənin, qonaqlarının haqqı vardır. Və şübhəsiz ki, ayda üç gün oruc sənə yetər. Bu, bütün il oruc tutmaq kimidir. Çünki yaxşı əməl, on misli ilə mükafatlanır.
— Bundan daha çoxunu edə bilərəm.
— Bir gün oruc tut, iki gün poz!
— Bundan daha çoxunu edə bilərəm, ya Rəsulullah!
— Bir gün tut, bir gün tutma! Bu Həzrəti Davudun orucudur və ən uyğun oruc budur.
— Bundan daha çoxunu edə bilərəm.
— Bundan çoxu yoxdur.
Bundan sonra Həzrəti Abdullah deyir ki: Rəsulullahın buyurduğu ayda üç gün orucu qəbul etmiş olsaydım, mənə uşaqlarımdan və bütün malımdan daha sevimli olacaqdı.
Həzrəti Abdullah, qonağa ikramı çox sevərdi. Bununla əlaqədar Rəsulullahdan eşitdiyi bu hədisi söyləyərdi: “Allaha və axirət gününə iman edən qonağına ikram etsin! Allaha və axirət gününə inanan qonşusuna hörmət etsin! Allaha və axirət gününə iman edən ya xeyr söyləsin, yaxud sussun.”
Abdullah ibn Amr həzrətləri belə buyurur:
Bir nəfər Rəsuli əkrəmə gedib cihada getmək üçün icazə istədi. Rəsulullah əfəndimiz o kimsəyə buyurdu ki:
— Anan-atan həyatdadırmı ?
— Bəli həyatdadırlar, ya Rəsulallah!
— Onların yanına qayıt və onlara qulluq et!
Çox ağlayardınız
Həzrəti Abdullah ibn Amr ibn Asın hikmətli sözləri çoxdur. Buyurdular ki:
“Faydasız söz söyləməyin!”
“Müzəvvirlik, ara vuranlıq və iki dostun arasını açmaq, Allahu təalanın qəzəbinə səbəb olar. Əgər siz mənim bildiyimə vaqif olsaydınız, çox ağlayardınız”
Həzrəti Abdullah məşhur Misir fatehi Amr ibn Asın oğlu olub, 616-cı ildə doğulmuşdur. Anası, Rayta binti Münəbbihdir. Atasından əvvəl iman etdi. Müsəlman olmadan əvvəl adı As idi. Peyğəmbər əfəndimiz Abdullah olaraq dəyişdirdi. Ləqəbi, Əbu Abdurrahmandır. Abadilədəndir (Adı Abdullahla başlayan səhabələrdən biridir).
В корзине: 0 шт.
на сумму: 0