Facebook Twitter WhatsApp

Həzrəti İmam Mumamməd Baqir (radıyallahü anh)

     İmam Zeynal Abidin həzrətlərinin oğludur. On iki imamın beşincisidir. Adı Muhamməddir. Künyəsi Əbu Cəfərdir, ləqəbi Baqirdir. Dərin elmlər sahibi olması səbəbiylə bu ləqəb verilmişdir. Anası Həzrəti Həsənin qızı Fatimədir. Hicrətin əlli yeddinci ilində Həzrəti Hüseynin şəhid edilməsindən üç il əvvəl Səfər ayının 3-də Cümə günü Mədinədə doğuldu. Hicrətin 114-cü ilində Mədinədə vəfat etdi. Qəbri-şərifi Baki qəbiristanlığında, əcdadının qəbirləri yanındadır.

     İmam Muhamməd Baqir belə anlatmışdır: “Bir gün Cabir ibn Abdullahın evinə getdim, içəri girib salam verdim, salamımı aldı. Gözləri görməz olmuşdu. Mənə, kimsən, deyə soruşdu, Zeynal Abidinin oğlu Muhammədəm, dedim. Ey oğlum, yanıma yaxınlaş, dedi, yaxınlaşdım, əlimi tutub öpdü. Ayağımdan öpmək üçün əyildi, geri çəkildim. Rəsulullahın sənə salamı var, dedi, bu necə ola bilər, deyə soruşdum. Belə söylədi, bir gün Rəsulullah mənə, ey Cabir! Sən mənim oğullarımdan Muhamməd ibn Əli ibn Hüseyni görənə qədər yaşayacaqsan. Allahü təala Ona nur və hikmət vermişdir. Ona məndən salam söylə, başqa bir rəvayətə görə isə, sən Hüseyn oğullarından din elmlərində dərin alim olan  Muhamməd Baqiri görənə qədər yaşayacaqsan, ona məndən salam söylə buyurdu, dedi. Cabir ibn Abdullah, Muhamməd Baqirlə görüşdükdən bir neçə gün sonra vəfat etdi.”

     Etibarlı şəxslərdən bir nəfər belə anlatmışdır: “Muhamməd Baqir həzrətləri ilə xəlifə Hişam ibn Əbdülməlikin evinə  getdik. Bu ev xarab olacaq və torpağı da buradan daşınacaq, daşları açıqda qalacaqdır, dedi. O zaman Muhamməd Baqir həzrətlərinin bu sözünə heyrət edib, Hişamın evini kim yıxa bilər deyə düşünmüşdüm. Hişam vəfat etdikdən sonra oğlu Vəlid o evin yıxılması üçün əmr verdi. Torpağını başqa yerə daşıdılar, daşların da açıqda qaldığını gördüm.”

     Yenə eyni şəxs belə anlatmışdır: “Muhamməd Baqir həzrətləri ilə bir yerdə idik. Zeyd ibn Əli (rahmətullahi aleyh) yanımıza gəldi və sonra ayrılıb  getdi. Muhamməd Baqir həzrətləri onun üçün belə dedi, “Bunu şəhid edib, başını kəsib və bura gətirib bir qamışın üzərinə qoyarlar”. Mən yenə heyrət etmişdim. Çünki Mədinədə qamış yox idi. Daha sonra Zeydin mübarək başını və bir də qamış gətirdiklərini gördüm”.

     İmamı Muhamməh Baqirın oğlu İmamı Cəfəri Sadiq belə anlatmışdır: “ Atam mənə, mən ən vəfat etdiyim vaxt məni sən yu. Çünki imamı, imamdan başqası yuya bilməz, deyə  vəsiyyət etdi. Ayrıca qardaşın Abdullah da imamlıq iddiasında olacaqdır. Ona qarışma, çünki ömrü qısa olacaqdır, buyurdu. Atam vəfat edincə cənazəsini yudum. Qardaşım Abdullah imamlıq iddiasınsa oldu, lakin atamın bildirdiyi kimi qısa ömür sürdü”.

     Feyz ibn Matar belə anlatmışdır: “Mahmil üzərində necə namaz qılınacağını soruşmaq üçün İmam Muhamməd Baqir həzrətlərinin hüzuruna getdim. Hələ mən bir şey söyləmədən, Rəsulullah əfəndimiz minik heyvanı nə tərəfə gedərsə getsin üzərində namaz qılardı, buyurdu”.

     Bir şəxs belə anlatmışdır:  “Bir gün İmam Muhamməd Baqir həzrətlərinin hüzuruna girmək üçün icazə istədim. İçəridə qardaşlarından bir neçə adam vardır. Bir az gözlə, buyurdular. Bir az sonra hüzurundan on iki adam çıxdı. Dar paltarlar geymişdilər. Salam verib getdilər. Sonra mən içəri girdim. Hüzurundan çıxanları tanımadığımı və kim olduqlarını soruşdum. Bunlar cinlərdən olan qardaşlarınızdır. Sizin gəlib halal və haramlardan soruşduğunuz kimi onlar da gəlib soruşurlar, buyurdu”.

     Muhamməd Baqir həzrətlərinin oğlu İmam Cəfəri Sadiq həzrətləri belə demişdir: “Bir gün atam, ömrümdən beş ildən çox qalmadı, buyurmuşdu. Vəfat edincə hesabladım, tam beş il keçmişdi”.

     Bir şəxs belə anlatmışdır:  “İmamı Muhamməd Baqir həzrətləri ilə birlikdə Məkkə ilə Mədinə arasında yoldaydıq. O qatıra minmişdi, mən də bir ulağa minmişdim. Bir ara dağdan aşağıya bir qurd gəldi. Yaxınlaşdı, iki ayağını qatırın ipinə qoyaraq bir şeylər söylədi. Muhamməd Baqir həzrətləri dinlədi. Sonra, get, dediyini etdim, buyurdu. Mənə dönərək, Qurd nə dedi bilirsən, deyə soruşdu. Allahü təala, Rəsulu və Rəsulullahın oğlu daha yaxşı bilər, dedim. Qurd, dişisinin bir ağrıya tutulduğunu söylədi. Dua edin xilas olsun və sənin dostlarından heç kimsə ilə mənim nəslimin işi olmasın, dedi. Mən də dua etdiyimi söylədim, buyurdu.

     Sələfdən bir şəxs belə anlatmışdır: “Məkkədəydim, Muhamməd Baqir həzrətlərini görməyi çox arzu etdim. Yola çıxıb Mədinəyə getdim. Mədinəyə  çatdığım gecə şiddətli yağış və soyuq vardı. Gecə yarısı Muhamməd Baqir həzrətlərinin evinin qapısına getdim. Qapını döyüm, yoxsa səhəri gözləyim, deyə fikirləşirdim. O sırada Muhamməd Baqir həzrətlərinin səsini eşitdim. Nökərinə filan kimsə üçün qapını aç, bu gecə yağışa tutulmuş və soyuqdan üşümüş, deyirdi. Qapı açıldı, içəri girdim”.

     Bir şəxs belə anlatmışdır: “Bir gün Muhamməd Baqir həzrətlərini ziyarət üçün evinə getdim.  Başqalarının içəri girməsinə icazə verdiyi halda mənə icazə vermədi. Çox kədərləndim və evimə qayıtdım. O gecə yata bilmədim, düşüncəyə daldım, öz-özümə kimə gedim, dedim. Əgər Mürciyə firqəsinə getsəm onların belə pozuq sözləri vardır,  Qədəriyə firqəsinə getsəm onlarda belə-belə səhv düşünürlər, Zeydiyə firqəsinə getsəm, onlar da belə deyərlər deyə hər birinin yanlış və səhv fikirlərini düşünürdüm. Mən bu düşüncələrdəykən səhər azanı oxunmağa başladı. O sırada qapım  döyüldü, çölə çıxıb gələn kimsəyə, sən kimsən, dedim.  Mən Muhamməd Baqir həzrətlərinin  elçisiyəm, səni çağırır, dedi. Dərhal paltarımı geyinib getdim. Muhamməd Baqir həzrətlərinin hüzuruna girincə mənə, ey filan kimsə, Mürciyəyə, Qadəriyəyə, Zeydiyəyə, Haruniyəyə nə üçün dönürsən, bizə qayıt, buyurdu”.

     Yenə bir şəxs belə anlatmışdır:  “Məkkə ilə Mədinə arasındaydım.  Birdən-birə uzaqda bir kölgə gördüm. Bəzən görünür, bəzən gözdən itirdi. Yaxınlaşınca baxdım ki, yeddi-səkkiz yaşlarında bir oğlan uşağı idi.  Mənə salam verdi, salamını aldım. Haradan gəlirsən, dedim, Allahü təaladan gəlirəm, dedi.  Hara gedirsən, dedim, Allahü təalaya gedirəm, dedi.  Yeməyin nədir, dedim, Təqvadır, dedi. Sən kimsən, dedim, Ərəblərdən bir kimsəyəm, dedi. Bir az daha açıqla, dedim, Qureyşliyəm, dedi. Bir az daha açıqla, dedim, Haşimiyəm, dedi. Daha açıqla, dedim, Həzrəti Əlinin nəslindənəm, dedi. Sonra bu mənadakı şeri oxudu:

Elə bir bərəkət hovuzu üzrəyik ki, biz,

Ondan rəhm ruzilənər, məsud olarıq. 

Əmbiyanın qovuşduğuna qovuşmadı kimsə,

Ziyana qalmaz bərəkətləndirdiyimiz kimsə.

 

       Daha sonra, Mən Muhamməd Baqir ibn Zeynal Abidin Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibəm, dedi. Sonra gözdən itdi. Səmaya çıxdı, yoxsa yerə gizləndi, anlaya bilmədim”.

      Bir şəxs belə anlatmışdır: “İmam Muhamməd Baqir həzrətlərinə, möminin Allahü təala üzərindəki haqqı nədir, deyə soruşdum. Məndən üzünü çevirdi, təkrar soruşdum cavab vermədi, üçüncü dəfə soruşduqda, möminin Allahü təala üzərindəki haqqı budur ki, bu xurma ağacına gəl deyincə, o xurma ağacının gəlməsidir, buyurdu. Bir də baxdım ki, işarə etdiyi xurma ağacı gəlməyə başladı. Xurma ağacına, yerində dayan, bu sözümlə sənin gəlməyini qəsd etmədim, buyurdu”.

      Bir şəxs belə anlatmışdır: “Muhamməd Baqir həzrətlərinin evinə getdim. Qapını döydüm, gənc bir cariyə qapını açdı. Əlimi cariyəyə toxunduraraq, əfəndinə qapıda filan kimsə var deyə söylə, dedim. O sırada  içəridən, içəri gir, anasız qalasan, deyə bir səs gəldi. İçəri girdim və mən ona pis bir şey etmədim, dedim. Doğru söyləyirsən, fəqət bu divarların sizə pərdə olduğu kimi bizə də pərdə olduğunumu zənn edirsən? O zaman fərqimiz nə olacaqdır. Əsla bir daha belə bir şey etmə, buyurdular”.

      Bir şəxs belə anlatmışdır: “İmam Muhamməd Baqir həzrətləri ilə Rəsulullah əfəndimizin məscidindəydik. O günlərdə  İmamı Zeynal Abidin həzrətləri vəfat etmişdi. O sırada Davur ibn Süleyman ilə Mənsur Dəvaniki məscidə gəldilər. Davud ibn Süleyman İmam Muhamməd Baqir həzrətlərinin hüzuruna gəldi. Mənsur Dəvaniki isə uzaq bir yerdə oturdu. İmam Muhamməd Baqir həzrətləri, Mənsur nə üçün yanımıza gəlmir, deyə soruşdu. Davud ibn Süleyman bir üzr bəyan etdi. Bunun üzərinə İmam Muhaməd Baqir həzrətləri dedi ki, çox vaxt keçmədən Mənsur vali olacaqdır. Şərqə və qərbə malik olacaqdır. Ömrü uzun olacaq və özündən əvvəl kimsənin sahib olmadığı xəzinələrə və nökərlərə sahib olacaqdır. Davud ibn Süleyman Mənsur Dəvanikinin yanına gedib bunları ona söylədi. Bunun üzərinə Mənsur Dəvaniki İmam Muhamməd Baqir həzrətlərinin hüzuruna gəldi. Böyüklüyünüz və heybətinizdən hüzurunuza gələ bilmədim dedi. Sonra, mənim üçün bəzi şeylər söyləmişsiniz, dedi.  Bəli, söylədiklərim doğrudur, buyurdu.  Mənsur Dəvaniki, bizim mülkümüz sizinkinə görə çoxmu olacaq, deyə soruşdu. Bəli, buyurdu.  Məndən sonra mülküm oğullarıma qalacaq, dedi, bəli qalar, buyurdu. Bizim mülkümüz və səltənətimizi çox olacaq, yoxsa məni Ümeyyənin mülkü və səltənətimi çox olacaq, deyə soruşdu. Sizin mülkünüz və səltənətiniz çox olacaq. Hətta uşaqların top ilə oynadıqları kimi oğulların bu mülk ilə oynayacaqlar. Bunu atamdan eşitmişdim, buyurdu. Mənsur Dəvaniki işarə edilən mülkə və səltənətə qovuşanda, İmam Muhamməd Baqir həzrətlərinin o sözlərinə heyrət edərdi”.

     Gözləri görməz olan Əbu  Basir belə anlatmışdır:  “Bir gün Muhamməd Baqir həzrətlərinə dedim ki, siz Rəsulullah əfəndimizin nəslindənsiniz, bəli, buyurdu. Rəsulullah bütün peyğəmbərlərin varisidir, dedim, bəli, onların elmlərinə varis olmuşdur, buyurdu. Siz də Rəsulullah əfəndimizin elmindən varis alırsınız, dedim, bəli, buyurdu.  O halda sizdə ölüləri dirildən, korların gözlərini açan, baraz xəstəliyini sağaldan, evlərdəki yeməklərdən və əşyalardan xəbər verən qüvvət  vardır, dedim. Bəli, Allahü təalanın izni ilə vardır, buyurdu. Sonra mənə, yanıma yaxınlaş, buyurdu. Yaxınlaşdım, mübarək əlini üzümə sürtdü və gözlərim açıldı. Dağları, səhraları, yer üzünü və səmanı gördüm. Sonra təkrar mübarək əlini üzümə sürtdü yenə gözlərim görməz oldu. Mənə, dünyada gözlərinin görməsini və axirətdə hesaba çəkilməyi istəyərsən, yoxsa gözlərinin görməyib hesabsız Cənnətə getməyini istəyərsən, buyurdu.  Dünyada görməyib axirətdə hesabsız cənnətə getməyi seçdim”.

     Bir şəxs belə anlatmışdır: “Əlliyə qədər bir camaat ilə İmam Muhamməd Baqir həzrətlərinin söhbətində idik. O sırada Kufədən xurma satan bir kimsə gəldi. İmam Muhamməd Baqir həzrətlərinə dönərək, Kufədə falan kimsə sizin yanınızda bir mələk olduğunu və o mələyin sənə mömini, kafiri, dostunu və düşmənini xəbər verdiyini söyləyir, dedi. İmam Muhamməd Baqir həzrətləri o kimsəyə, sən nə işlə məşğulsan, deyə soruşdu, buğda satıram, dedi. İmam Muhamməd Bakir həzrətləri, yalan danışırsan, buyurdu. Hərdənbir arpa da satıram, deyincə, yenə yalan danışdın. Sənin işin xurma satmaqdır, buyurdu. O şəxs, bunu sənə kim xəbər verdi, deyə soruşdu, dostumu, düşmənimi xəbər verən mələk bildirdi, buyurdu. Sonra o şəxsə, sən filan xəstəlikdən öləcəksən, buyurdu. Bir ara Kufəyə getmişdim. O şəxsi soruşdum, üç gün əvvəl İmam Muhamməd Baqirın söylədiyi xəstəlikdən öldü, dedilər”.

     Bir şəxs İmamı Muhamməd Baqir həzrətlərinin kəramətlərindən birini belə anlatmışdır:  “Bir gün İmamı Muhamməd Baqir ilə atlı olaraq Mədinəyə gedirdik.  Bir az yol getmişdik ki, qarşımıza iki şəxs çıxdı. O şəxsləri göstərərək, bunlar oğrudur, tutun, buyurdu. Xidmətçilər o şəxsi tutub bağladılar. Bir başqa adama, bu dağa çıx, orada mağarada nə tapsan gətir, buyurdu. O kimsə gedib iki çamadan tapıb gətirdi. İçi paltarla dolu idi.  Bir çamadan da başqa bir yerdə tapdılar. İmam Muhamməd Baqir həzrətləri,  iki çamadanın sahibi  gözləyir. Hazırdır, üçüncü çamadanın sahibi də sonra gələr” dedi. Mədinəyi çatdıq. İki çamadanın sahibi şübhələndiyi bir neçə adamı günahlandırıb, hakimdə onları danlayırdı. İmam Muhamməd Baqir həzrətləri, bunları günahlandırıb danlamayın, günahkar buradadır, deyərək yolda tutdurduğu iki adamı göstərdi. Oğruların əlləri kəsildi.  İki çamadan da sahibinə təslim edildi. Əli  kəsilən oğrulardan biri, Allahü təalaya həmd olsun ki, əlimin kəsilməsi və tövbəm Rəsulullah əfəndimizin nəvəsinin əli ilə oldu, dedi. İmam Muhamməd Baqir həzrətləti, əlin səndən iyirmi il əvvəl Cənnətə getdi, buyurdu. O şəxs əlinin kəsilməsindən iyirmi il sonra vəfat etdi. Üç gün sonra üçüncü çamadanın sahibi də gəldi. İmam Muhamməd Baqir həzrətləri o kimsəyə, sənin çamadanında min dinar özünün, min dinar da başqa birinin pulu vardır. Ayrıca bu paltarlar kimi paltarlar da vardır, dedi. O şəxs, çamadanımda min dinar olan kimsənin adını da söyləyərsəniz iman edər, müsəlman olaram, dedi. O şəxsin adı Muhamməd ibn Abdurrahmandır.  Çox namaz qılan və çox sədəqə verən saleh bir kimsədir. İndi çöldə səni gözləyir, buyurdu.  O çamadanın sahibi xristian idi. Bunları eşidincə Allahdan başqa heç bir ilah olmadığına və  Muhammədin (əleyhissəlam) onun qulu və Rəsulu olduğuna iman etdim, deyərək müsəlman oldu”.

     Əbu Basiə belə demişdir: “İmam Muhamməd Baqir həzrətləri buyurdu ki, mən elə bir kimsə bilirəm ki, bir dəniz kənarına gəlsə o dənizdəki bütöv heyvanları və nəsillərini bilər!”

     Bir kimsə belə anltmışdır: “Bir camaat ilə İmam Muhamməd Baqir həzrətlərinin evinin  dəhlizinə  girmişdik. Birinin gözəl səslə  Süryanicə bir şeylər oxuduğunu və ağladığını eşitdik. Əhli kitabdan biridir zənn etdik. Evə girib baxdıq ki, İmam Muhamməd Baqir həzrətlərindən başqa kimsə yoxdur. Özündən soruşduğumuz zaman, filan peyğəmbərin münacaatını oxuyurdum, məni ağlatdı, buyurdu”.

     Belə nəql edilmişdir ki, İbni Mükaşə əl Əsədi bir dəfə Muhamməd Baqir həzrətlərinin hüzuruna gəlmişdir. Oğlu Cəfəri Sadıq da yanındaydı. İbni Mükaşə həzrətləri, Cəfərin evlənmə zamanı gəlmişdir, onu evləndirsəniz” dedi. İmam Muhamməd Baqir həzrətlərinin önündə ağzı möhürlü bir kisə var idi.  Yaxında bir yerdən əsir satıcısı gələcək, filan yerə yerləşəcək, buyurdu. Növbəti dəfə hüzuruna getdiyimi zaman söylədiyi satıcının gəldiyini xəbər verdilər. O bir  kisə dinarı verib, bununla bir cariyə satın al, buyurdu. Satıcıya getdik, bütöv nökərləri satdığını ancaq bir-birindən gözəl iki nökər qaldığını söylədi. Görək, dedik. Gətirdi, birini bəyəndik. Neçəyə satırsan, dedik, yetmiş qızıla, dedi. Bir az endirim et, dedik, yetmiş dinardan bir qəpik aşağı olmaz, dedi. Kisəni verib, bu kisənin içində nə qədər qızıl varsa al, biz neçə dinar olduğunu bilmirik, dedik. Orada saçı saqqalı ağarmış bir kimsə vardı. Qızılları sayın, dedi.  Satıcı, əksik çıxarsa vermərəm, dedi. Ağ saqqallı adam israr etdi və kisəni açıb saydıq. Tam yetmiş qızıl çıxdı.  Cariyəni alıb İmam Muhamməd Baqir həzrətlərinin hüzuruna gətirdik. Oğlu Cəfəri Sadıq da orada idi. Satıcı ilə aramızda keçənləri anlatdıq. Allahü təalaya şükür etdi, sonra cariyəyə bakirə və ya dul olduğunu soruşdu. Cariyə, bakirəyəm, deyincə, heç bir cariyə satıcısının əlindən xilas ola bilməz, sən necə xilas oldun, dedi. Cariyə dedi ki, satıcım yanıma gəlib mənə qəsd etmək istədiyi zaman ağ saqqallı bir qoca şəxs gəlib ona bir yumruq vuraraq məndən uzaqlaşdırardı. Bu hal bir neçə dəfə təkrar oldu, sonra İmam Muhamməd Baqir həzrətləri oğlu Cəfəri Sadıqa, bu cariyəni al apar, buyurdu. Cəfəri Sadıq həzrətləri o cariyə ilə nikahlanıb evləndi. Ondan oğlu Musa Kazım doğuldu”.

     İmam Muhamməd Baqir həzrətləri bir gün Mədinədə bir camaatla birlikdə otururdu. Birdən mübarək başını önünə əydi. Bir müddət elə qaldıqdan sonra başını qaldırdı və belə buyurdu: “Bir kişi bu Mədinəni görməyə gələcək. Dörd min nəfərlik ordusu ilə üç gün içərisində çox insan öldürəcək. Ondan böyük zərər görəcəksiniz. Bu hadisə gələn il olacaq. Qətiyyətlə bilin ki, bu dediklərim doğrudur. Bundan çəkinin”. Mədinəlilər onun bu sözlərinə inanmadılar. Yalnız az bir qrup insan və Haşimoğulları inandılar. Çünki Haşimoğulları İmam Muhamməd Baqir həzrətlərinin hər sözünün doğru olduğunu bilərdilər. Bir il sonra İmam Muhamməd Baqir və onun sözlərinə inananlar ailələri ilə birlikdə Mədinədən çıxdılar. Sonra Nafi ibn  Əzraq ordusuyla Mədinəyə gəldi. İmam Muhamməd Baqir həzrətlərinin bildirdiyi kimi bir çox insanları qətl etdi. Bu hadisədən sonra mədinəlilər, “İmam Muhamməd Baqir həzrətlərinin hər sözü doğrudur, hər sözünə inanırıq, nə söyləsə sözündən çıxmarıq, çünki o Rəsulullah əfəndimizin əhli beytindəndir. O  əsla yalan danışmaz”, dedilər.