Facebook Twitter WhatsApp

Həzrəti İmam Cəfəri Sadiq (radıyallahu anh)

         İmam Cəfəri Sadıq həzrətləri Əhli beytdən olub on iki imamın  altıncısı, “Silsiləi-aliyyə” deyilən böyük İslam alimlərinin dördüncüsüdür.  Atası Muhamməd Baqir, babasının babası Həzrəti Əlidir.

         Elm və fəzilətdə zamanın təki oldu. Din bilgilərində olduğu kimi, zamanın bütöv fənn elmlərində  də söz sahibi idi. Yetişdirdiyi tələbələr cəbr və kimya elmlərində müxtəlif kəşflər etmişlər, bu elmlərin əsas sistemini qurmuşlardır. Fizika və kimya elmlərinin mövzusunu təşkil edən maddə və onlar üzərindəki bilgisi çox idi. Kimyanın atası sayılan Cabir də, Cəfəri Sadıq həzrətlərinin tələbəsidir.

         İmam Cəfərin ən məşhur tələbəsi olan İmam Əzəm Əbu Hənifə, Cəfəri Sadıqın söhbətlərinə iki il davam edərək, o məxfi və açıq bacarıq qaynağından elm və övliyalıq yolunda çox faydalandı. İmamı Əzəm onun hüzurunda qovuşduğu yüksək mərtəbələri  anlatmaq üçün, “O iki il olmasa idi, Numan həlak olardı” buyurmuşdur.

         Həqiqi İslam alimləri dinimizi  heç dəyişdirmədən bu günə qədər çatdırmışdır. Bu alimlərdən iman bilgilərini çatdıranlara “Mütəkəllimin”, ibadətlərin necə olacağını bildirənlərə “Fukaha”, qəlb ilə ediləcək və çəkiniləcək şeyləri öyrədən elmə “Təsəvvüf” və bu elmin alimlərinə də “Mutasavvıf” deyildi. Beləliklə də İmamı Cəfər Sadıq həzrətləri bu üçüncü elmi anlatdı.

         Zamanın hökmdarı bir gecə vəzirinə dedi ki:  “Dərhal get, İmamı Cəfəri bura gətir, öldürmək istəyirəm.” Vəzir hökmdarı bundan imtina etdirmək üçün çox çalışdı isə də faydası olmadı. Məcbur olaraq İmamı Cəfəri həzrətlərini çağırmağa getdi. Hökmdar da  icraçılara əmr verdi. “İmamı Cəfər içəri girəndə mən başımdan papağımı çıxaran kimi dərhal başını vurun, dedi. Bir müddət sonra İmamı Cəfər həzrətləri içəri girdi. Hökmdar bunu görüncə dərhal ayağa qalxdı. Böyük bir təvazö ilə onu qarşıladı.  Taxtına oturtdu, ədəblə qarşısında diz çökdü.  İcraçılar çaşıb qaldı. Hökmdar həzrəti İmama, “Əfəndim, məndən istəyiniz olarsa əmr edin, dərhal yerinə yetirim” dedi. Hökmdara, “o halda lütfən məni çağırıb ibadətdən  saxlama” buyurub, getmək üçün ayağa qalxdı. Hökmdar izzət və ikramla onu yola saldı. Getdikdən sonra bədənində bir titrəmə oldu, huşunu itirib yıxıldı. Özünə gəlincə, vəziri soruşdu: “Bu nə hal?” Hökmdar: “O içəri girəndə, yanında bir aslan gördüm. Sanki mənə, “onu kədərləndirərsən səni parçalayaram” deyirdi.  Nə edəcəyimi bilmədim” dedi.

İmam Cəfəri Sadıq həzrətləri (rahmətullahi aleyh) buyurdu ki:

“Bu insanlarla birlikdə olmaqdan çəkinin:

1-    Yalançıdan.

2-    Xəsisdən.

3-    Axmaqdan. Çünki ən çox işinə yarayacağı zaman səni buraxar.

4-    Fasiqdən, yəni günah işləməkdən utanmayandan !”

“Bir  səhv işlədiyiniz vaxt istiğfar edin, səhvdə israr həlak olmağa səbəbdir.  Bir kimsə kasıbçılıqdan əziyyət çəkirsə istiğfara davam etsin.”

“Möhnətə şükür etməyən, nemətə şükür etməz.”

“Sədəqə verərək ruzinizi çoxaldın. Zəkat verərək mallarınızı qoruyun, qənaətə riayət edən çətinlik çəkməz. Tədbirli, nizamlı yaşamaq, keçimin yarısıdır.  İnsanlarla yaxşı keçinmək, ağılın yarısıdır. Müsibət vaxtında dizini döyən savabından məhrum olar.”

“Bu dörd şeyin azı da çoxdur : Atəş, düşmən, yoxsulluq, xəstəlik.”

“Bu üç şey Müsəlmana şərəf verər:  Özünə zülm edəni bağışlamaq,  bir şey verməyənə yaxşılıq etmək və özünü axtarmayanı, axtarıb soruşmaq.”

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину