Facebook Twitter WhatsApp

Digər Hədis Alimləri

İBNİ ƏBİ ŞEYBƏ

         Əbu Bəkr Abdullah ibn Muhamməd, hafiz idi. Yüz min hədisi-şərifi  raviləri ilə birlikdə, əzbər bilənə (Hafiz) deyilir. 850-ci ildə vəfat etdi.  “Müsnəd” kitabı məşhurdur.

Darimi:

         Abdullah ibn Abdurrahman hafiz Əbu Muhamməd, 798-ci ildə Səmərqənddə doğuldu, 869-cu ildə də vəfat etdi. Hədis alimidir. “Müsnəd” adındakı kitabı çox qiymətlidir. Hədisi-şərif elmində olduğu kimi təfsir və fiqh elmlərində də dərin bir alim idi. 

Əsərləri:

  • Müsnədi Darimi (Ən məşhur və qiymətli əsəri budur).
  • Əl-Cami-us-səhih: Buna Sünəni Darimi də deyilir.
  • Sülasiyyət

ƏHMƏDİ BƏZZAR

Atası Amrdır. Hədis alimlərindəndir. 905-ci ildə vəfat etdi. “Müsnəd” kitabı məşhurdur.

ƏBU YALA

Əhməd ibn Əli, hədis alimidir. “Müsnəd” kitabı məşhurdur. 825-ci ildə doğuldu, 920-ci ildə Mosulda vəfat etdi.

İBNI ADİY

Əbu Əhməd Abdullah İbnül Adiy, hədis imamlarındandır. 856-cı ildə Cürcanda doğuldu, 935-ci ildə Əstərabadda vəfat etdi. Hədisi-şərif yığmaq üçün  İraq, Misir, Şam və Hicazı gəzdi.

İBNİ HİBBAN

         Əbu Hatim Muhamməd ibn Əhməd Təmimi, hədis imamı və Şafidir. Səmərqənd qazısı idi. Sicstanda Bust qəsəbəsində doğulub, 966-cı ildə Səmərqənddə vəfat etdi.

 

RAMƏHÜRMÜZİ

         Böyük hədis alimlərindəndir. Adı Həsən ibn Abdurrəhməndir. 970-ci ildə  Raməhürmüz şəhərində vəfat etdi, Raməhürmüzi adıyla məşhur oldu. Bir çox əsər yazmışdır. Bunlardan Əl-Muhəddis-ül-Fasıl Bəyn-ər-Ravi vəl-Vai adlı əsəri, üsuli hədis sahəsində yazılan  ilk kitabdır.  Rabi-ul-Mütəyyəmin fi Ahbar-il-Uşşak, Kitab-ül-Əmsal, Kitab-ün-Nəvədir Kitabı Risalət-üs-Səfər, Kitab-ur-Ruh, Ədəb-ün-Natiq adlı əsərləri də vardır.

DARƏ QUTNİ

Əli ibn Ömər, hədis alimidir. 918-ci ildə Bağdadda Darə Kutnda doğuldu, 995-ci ildə də vəfat etdi. “Sünən” kitabı məşhurdur.

HAKİM NİŞAPURİ

Muhamməd ibn Abdullah hədis alimlərindəndir. 933-cü ildə doğuldu, 1014-cü ildə Nişapurda vəfat etdi. Buxaridə və Müslimdə olmayan səhih hədisləri toplayaraq meydana gətirdiyi “Müstədrək” kitabı çox qiymətlidir.

ƏHMƏD İBN ABDULLAH (ƏBU NUAYM İSFƏHANİ)

Əbu Nuaym İsfəhani adı ilə məşhurdur. Şafidir. Hədis alimidir. 948-ci ildə doğuldu, 1039-cu ildə vəfat etdi. Qiymətli kitabları vardır. “Hilyə-tül-Övliya”sı məşhurdur.

İBNI ƏBDÜLBƏRR

Hafiz Cəmaləddin Əbu Ömər Yusif ibn Abdullah, Maliki fiqh və hədis alimidir. 978-ci ildə Qurtubada doğuldu, 1071-ci ildə Şatıbədə vəfat etdi. “Əlistiab fi-marifə-til-əshab” kitabı məşhurdur.

HATİBİ BAĞDADİ

Hafiz Əhməd ibn Əli, hədis alimlərindəndir. Çox sayda qiymətli kitab yazdı. Şafi idi. 1002-ci ildə Bağdadda doğuldu, 1071-ci ildə orada vəfat etdi.  İmam Azama və İmam Əhmədə dil uzatdı isə də, məğlub edildi.

DEYLƏMİ

Şəhrdar ibn Əbu Şüca Şirəvəyh 1090-cı ildə Həmədanda doğuldu, 1163-cü ildə vəfat etdi. Hədis alimidir.  “Müsnəd-ül-Firdəvs” kitabı məşhurdur.

 

İBNİ ƏSAKİR

Əli ibn Həsən fiqh və hədis alimidir. 1105-ci ildə Şamda doğuldu, 1176-ci ildə orada vəfat etdi. Səksən cild “Şam tarixi” kitabı məşhurdur.

ZƏHƏBİ

İmam Əbu Abdullah Şəmsəddin Muhamməd ibn Əhməd ibn Osman ibn  Qaymaz Türkmani Misiri, hədis və tarix alimlərindəndir. 1274-cü ildə Şamda doğuldu, 1348-ci ildə Misirdə vəfat etdi. Əsərlərindən “Mizan-ül etidal”, on iki cild “Tarix-ül İslam”, “Təcrid fi-əsmai Səhabə” və “Əs-Səhifə fi-mənaqib Əbi Hənifə” kitabları vardır. “Ət-tibbün-Nəbəvi” çox faydalı olub İbrahim Ezraqın “Təshil-ül-mənafi”i hamısını olaraq Misirdə və 1975-ci ildə İstanbulda dərc edilmişdir. İbni Teymiyyənin tələbəsidir.

 

İBNİ HƏCƏRİ ASKALANİ

Şihabuddin Əhməd ibn Əli, hədis imamı və Şafi fiqh alimidir. 1371-ci ildə Misirdə doğuldu və 1448-ci ildə orada vəfat etdi. Yüz əllidən çox kitabı vardır. “Əlisabə fi-təmyizissahabə” kitabı  İbni Əsirin “Üsüd-ül-qabə” kitabından daha  mükəmməldir. Dörd cilddir.

MÜNAVİ (VƏ YA MƏNAVİ):

Abdurraufi Münavi, hədis və fiqh alimidir. Şafi idi. 1518-ci ildə doğuldu, 1621-ci ildə Qahirədə vəfat etdi. Çox kitab yazdı. “Künuz-üd-dəkaık” kitabı 1868-ci ildə İstanbulda dərc edilmişdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину