Facebook Twitter WhatsApp

İmam ibni Macə

         Hədis alimlərinin böyüklərindən olub, Kütübi-Sittə deyilən altı səhih hədisi-şərif kitabından Sünəni İbni Macə adlı əsərin müəllifidir. Adı Muhamməd ibn Yəzid olub,  künyəsi Əbu Abdullahdır. 824-cü ildə (hicri 209) Qəzvində doğulduğu üçün Qəvzini adıyla bilinir. İbni Macə deyə məşhur oldu.  886-cı ildə (hicri 273) vəfat etdi.

         Bəsrə, Bağdad, Kufə, Məkkəi-Mükərrəmə, Şam, Misir, Xorasan və Rey kimi zamanın elm mərkəzlərinə gedərək, hədisi-şərif və onunla əlaqəli elmləri təhsil etdi. Getdiyi bu mərkəzlərdə böyük hədis alimləri ilə qarşılaşaraq onlardan istifadə etdi.  Ləys, İbrahim əl-Münzir, Muhamməd ibn Abdullah ibn Numeyr və daha başqa alimlərdən hədisi-şərif öyrəndi. Hədis elmində yüksək dərəcəyə çatdı. Əbül-Həsən əl-Qattan, Əhməd ibn Ravh əl Bağdadi, Muhamməd ibn İsa əl-Əbhəri kimi  alimlər ondan hədisi-şərif  rəvayət etdilər.

         Zamanındakı və daha sonrakı əsrlərdə yetişən hədis alimlərinin siqa (etibarlı) olduğu bildirilən  İbni Macə, Sünəni İbni Macəni  yazdı. Bu qiymətli əsər, hədisi-şərif  fihristlərini (əlifba sırası ilə mündəricat) və mucəmlərdə (qısaltmalarda) “MC” hərfləri ilə göstərilmişdir.

         Təfsir elmində də ən dərin alim idi. Təfsiri Quran adlı əsəri də çox qiymətlidir.