Facebook Twitter WhatsApp

İmam Tirmizi

         Vəli və böyük hədis alimidir. Adı Muhamməd ibn Əli ibn Həsən ibn Bişr əz-Zahid, künyəsi  Əbu Abdullahdır.  Doğum tarixi bilinməyən Hakimi-Tirmizi, doğum yeri olan Tirmizdə uzun müddət qaldı. Sonra Bəlhə getdi. Orada bir müddət qaldıqdan sonra Nişapura gəldi.  932-ci ildə (hicri 320) şəhid edildi.

         Hakimi-Tirmizi  atasından, Kuteybə ibn Səid, Həsən ibn  Ömər, Saleh ibn Abdullah Tirmizi, Əli ibn  Hucr əs-Sədi, Yəhya ibn Musa,  Utbə ibn Abdullah əl-Mervəzi, Abbad ibn Yaqub əd-Dəvraq, Süfyan ibn Vəki ilə Xorasan və İraqdakı muhaddislərdən (hədis alimi) hədisi-şərif  öyrənmişdir. Yəhya ibn Mənsur əl-Qazi,  Həsən ibn Əli,  Nişapur alimləri və daha çox alim də ondan hədisi-şərif rəvayət etmişlərdir.  Bir çox kitabı olan Hakimi-Tirmizi, Əbu Turab Nahşəbi, Əhməd ibn Hadraveyh və İbni Cəla kimi övliya ilə söhbət etmiş, birlikdə olmuş və onlardan çox faydalanmışdır.  Çox hədisi-şərif yığmış,  zahid və abid bir şəxs olan Hakimi-Tirmizinin yazdığı  kitabların  əksəriyyəti dərc edilmişdir.

         Sünnəti-S’niyyəyə tam tabe olan, elm ilə amil, ümməti Muhammədin böyüklərindən olan Hakimi-Tirmizi zamanın övliyasından olub hər kəs tərəfindən təriflənmişdir. İncə mənaları şərh və izah barəsində ustad, hədis elmində isə siqa (möhkəm, etibarlı)  bir alimdir.  Sözləri qiymətli olub  hilmi (yumşaqlığı) çox, şəfqəti çox və əxlaqı çox gözəl idi. Peyğəmbərimizin mübarək əxlaqı onda görülərdi.

Buyurdu ki:

“Axirətdə xilas olmaq, ibadət və əməlin çox olmasıyla deyil,  əməllərin ixlaslı və şərtlərinə uyğun edilməsi ilədir.”

“Möminin sevinci üzündə, kədəri qəlbindədir.”

“Nəfsin, səndə olduğu halda Allahü təalanı tanımaq istəyirsən.  Halbuki nəfsin,  daha özünü belə tanımamışdır.  Rəbbini necə tanısın?”

“Qənaət nədir?” deyə soruşanda, insanların qismətinə düşən ruzisinə razı olmasıdır” cavabını vermişdi.

Ondan, “imanın getməsinə ən çox  səbəb olan günah nədir?”  deyə soruşdular. Buyurdu ki: “Üç günah vardır. Birincisi, iman nemətinə qovuşduğunda şükür etməmək; ikincisi, imanın getməsindən qorxmamaq; üçüncüsü,  möminləri incitmək və onlara  əziyyət etmək.  Bilin ki, haqsız yerə  bir Müsəlmanı incitmək,  Kəbəni yetmiş dəfə yıxmaqdan daha böyük günahdır.  Rəsulullah əfəndimiz  (sallalahü aleyhi və səlləm) belə buyurmuşdur.”

Əsərləri:

Hakimi-Tirmiznin çox risalələri mövcud olmaqla birlikdə, yazdığı məşhur kitabları bunlardır:

Kitab-ül-Furuq

Hatm-ül-Vila vəl-ilə-üş-Şəriyyə

Nəvadir-ül-Usul- fi Əhədis-ir-Rəsul

Qars-ül-Muvahhidin

Ər-Riyadatü və Ədəb-ün-Nəfs

Qavr-ül-Umur

Əl-Mənahi

Şərh-əl Səlat

Əl-Məsail-ül-Məknunə

Əl-Ekyas vəl-Mutərrin

Bəyan-ül-Farq Bəyn-əs-Sədr

Əl-Ağıl Vəl-Həvadır.

Bunların dördü  xaric, digərləri dərc edilmişdir. Bəzi risalələri də yaxın zamanda Şamda təkrar dərc edilmişdir.