Böyük vəlilərdəndir. Adı Yusif Xəlvətidir. Ahı Yusif Xəlvəti də deyilir. Seyid olub nəsli Peyğəmbər əfəndimizə çatır. Babası Əhməd Kəbir həzrətləridir. Doğum tarixi bilinmir. 1308-ci il (hicri 708) tarixində Şirvanda vəfat etdi. Dərgahındakı türbəsinə dəfn edildi. Vəfat etdikləri zaman Sultan Qıyasəddin Məsudun hökmdarlıq zamanı idi.
Yusif Xəlvəti, Şeyx Zahid həzrətlərinin söhbətlərində yetişib boya-başa çatdı. Ondan icazət, diplom alıb insanları irşada, haqq yolun bilgilərini öyrətməyə məmur edildi.
Yusif Xəlvəti həzrətləri gənclik zamanında gözəl bir qıza vurulmuşdu. Bir gün qızla sözləşdi. Onu dərgahın küncündə gözləməyə başladı. Amma qızın bir maneəsi çıxıb qərarlaşdırdıqları yerə gəlmədi. Yusif Xəlvəti səhərə qədər orada sevdiyi qızı ağlayaraq gözlədi. Səhər olunca dərgah şeyxi Zahid həzrətləri tələbələrindən birinə xitabən; “Övladım! Dərgahımızın bu küncündə bir gənc dayanıb. Çağır gəlsin”, buyurdu. Bunun üzərinə tələbə təsvir edilən yerdə Yusif Xəlvətini tapdı və dərgaha çağırdı. O da rədd etməyib içəriyə girdi. Zahid həzrətlərinin hüzuruna çıxdı. Zahid həzrətləri Yusif Xəlvətiyə xitabən; “Oğlum! Biz Haqqı axtaranı belə ovlayarıq. Artıq kədərlənməyə, ağlamağa ehtiyac yoxdur” buyurdu. O an Yusif Xəlvətinin ürəyi Zahid həzrətlərinə bağlandı və tələbəsi oldu.
Xocasının bərəkətli söhbətləri ilə yetişib, övliya bir insan olunca, Anadoludakı insanları irşad üçün oraya getməyə məmur edildi. Niydə şəhərinə gəlib insanlar arasında Təpəviran deyə məşhur olan yerə yerləşdi. Orada bir dərgah və bir məscid inşa etdi. İnsanlara haqq yolun bilgilərini, ədəbini öyrətməklə məşğul oldu. Çox kəramətləri görüldü.
Yusif Xəlvətinin əvvəllər bir zaman, öz-özünə; “Bu anda dünyada qütb kimdir? Onunla görüşsəydim” deyə xatirinə gəldi. O zaman xocası onu təsəlli etdi və; “Yusif, övladım! Sən heç cür Qütb görmə arzusundan imtina etməzsən. Elə indi filan yerə get. İnşallah arzun gerçəkləşər” buyurdu. O gecə xocasının işarə etdiyi yerə getdi. Orada altı saleh kimsə gördü. Lakin arzusunu və xocasının dediklərini unutdu. Onlardan hara getdiklərini və kimlər olduqlarını soruşdu. Onlar da; “Bizlər yeddilər deyilən Allahü təalanın sevimli qullarıyıq. Az əvvəl içimizdən biri vəfat etdi. Onun yerinə keçəcək kimsəni müşavirə üçün “Qütbü-aləm”in yanına gedirik” dedilər. Yusif Xəlvəti də onlarla birlikdə getmək istədi. Onlar da, “Yaxşı gəl!” dedilər. Tayyi-məkan (məkanı atlar kimi keçmə) edib bir anda Kəbəyi-müəzzamaya gəldilər. Təvafdan sonra bir evə gedib içəri girdilər. İçəridə üzü örtülü bir şəxs vardı. Ona salam verdilər. Heç bir şey söyləmədən bir meyiti tabutu ilə oraya gətirib namazını qıldılar. Sonra tabut səmaya yüksəldi. Bunun yerinə kimi münasib görərsiniz?” deyə üzü örtülü adamdan soruşdular. O zaman Yusif Xəlvəti onlara; “Bu işə bizimlə müşavirə etsəniz olmazmı?” dedi. Onlar da, “Bu necə sözdür. Sən öz Mürşidinin dediyini belə unutmusan” deyib sonra da başqa birisini gətirdilər və o, yeddilərə təyini edildi. Sonra da yeddilər oradan çıxıb hər biri bir tərəfə getdi. O üzü örtülü şəxs də başqa tərəfə yönəldi. Yusif Xəlvəti onun arxasından getmək istəyincə, o, “Yusif nə oldun, nədir dərdin?” deyə səsləndi. O zaman Yusif Xəlvəti bu səsi tanıdı və başını qaldırıb baxdığı vaxt onun öz xocası Zahid Əfəndi olduğunu anladı. Üzr istəyib ağladı. Xocası onun üzrünü qəbul edib bir anda Şirvandakı dərgahlarına döndülər.
В корзине: 0 шт.
на сумму: 0