* Nəfsin bütün istəkləri bədən üçündür, onun ehtiyacları üçündür. Ağlın da həmçinin. Ancaq, dünyadakı hər şey insan üçün yaradıldığına görə, bu istəklərin, ehtiyaclar bitməz-tükənməzdir, yəni sonu yoxdur. Ağıl və nəfs bu istəklərini qəlbə bildirir. Qəlb də bunlardan gələn istəklərə görə hərəkət edir.
Bu ağıl, İslamiyyətə qovuşarsa dəyərli olar. Yenə istəkləri bədən üçündür, amma bu dəfə axirəti görür, əbədi həyatı görür, bu bədənin orada da səadətə qovuşması üçün çırpınır. Nəfsin hər istəyinə boyun əyməz, sərhəd qoyar. Onları və bunları ancaq bu qədər edə bilərsən deyir, yəni bu təlimatı qəlbə göndərir. Nəfs isə yenə istəklərinə davam edər, çünki kafirdir. Qəlb yenə ağıl və nəfsdən gələnlərə görə hərəkət edər. Ancaq qəlbin doğru, sağlam qərar verə bilməsi üçün sağlam olması, xəstə olmaması lazımdır. Qəlbin xəstə olmaması üçün, məzhəb imamlarımızın, əhli-sünnət alimlərinin yolunda olmaq, salehlərlə birlikdə olmaq lazımdır.
* Dinimizdə rahiblik yoxdur. Nəfsi öldürmək, bütün istəklərini rədd etmək deyə bir şey yoxdur. İslamiyyət nəfsi öldürməyi deyil, kontrol altına almağı istəyir. Nəfsin istəklərindən halal olanları etməyə izn verir. Haram olanlarına izn vermir.
* Əshabı-kiram əfəndilərimizi çox sevin. Amma istisnasız hamısını. Çünki hamısı Cənnətlikdir. Çünki hamısı Allah Rəsulunun yoldaşıdır. Onların işlərinə, sözlərinə heç vaxt qarışmayın. Onların işinə, sözünə ağlıyla girən mürtəd olaraq çıxar. Bundan çox çəkinin. Hamısı Cənnətlikdir. Allahü təala hamısından razı olduğunu və hamısına Cənnəti vəd etdiyini Quranda açıq-aydın bildirmişdir.
* Lə ilahə illallah Muhammədün rəsulullah.
Elə bir kəlmədir ki, tələffüzü asan, amma dəyəri çox yüksəkdir. İmam Rabbani həzrətləri, “Bu kəlməyi-tövhidin savabını tərəzinin bir kəfəsinə qoysalar, yeddi qat yerlər, yeddi qat göylər günahlarla dolsa, bu kəlməyi-tövhidin olduğu yer ağır gələr” buyurur.
İmanı olanı atəş yandırmaz. Çünki kəlməyi-tövhid onu qoruyur. Əsrlər boyu, imansızlar bu kəlməni söyləməmək üçün öldülər, Cəhənnəmə getdilər, əsrlər boyu Müsəlmanlar bu kəlməni söylətmək üçün şəhid oldular, Cənnətə getdilər.
Bu kəlməyi-tövhidi söyləməyi, yəni buna iman etməyi, Allahü təala kimə nəsib edibsə, bu dünyada ondan daha zəngin, ondan daha xoşbəxt, ondan daha bəxtiyar heç kim ola bilməz. Ona görə də, Cənabı Haqq bunu söyləməyi kimə nəsib edibsə, onun bundan başqa hər hansı bir şeyi tələb etməsi doğru deyildir. Çünki Allahü təala ən dəyərlisini, ən qiymətlisini verdi. Bundan daha qiymətli yoxdur.
Allahü təalaya həmd olsun ki, bizə bu kəlməyi-tövhidi söyləmək nəsib etmişdir. Məsələn, Peyğəmbər əfəndimizi gördükləri halda, Həzrəti Əbu Bəkr kəlməyi-tövhidi söylədi, Həzrəti Ömər söylədi, Əbu Cəhil, Əbu Ləhəb söyləmədi. Yəni bu iş zarafat deyil. Mövzu Cənnət və Cəhənnəmdir. Söyləyən Cənnətə, söyləməyən Cəhənnəmə getdi. Allahü təala mühafizə buyursun. Ona görə də, boş olduqda kəlməyi-tövhid söyləyək.
В корзине: 0 шт.
на сумму: 0