Facebook Twitter WhatsApp

Axirət yolunda lazım olan dörd şey

Hikmət əhli buyurur ki:
Axirətə gedən yolda bu dörd şey lazımdır:
1- Etiqad və əməl: Bunun üçün özünə lazım olan elmi öyrənib, tətbiq etmək lazımdır. Bu elm yolçuya istiqamət verir, idarə edir.
2- Zikr: Bu, yolçuya təklikdə yoldaşlıq edir və zikrin köməyilə yalnızlıq hiss etməz.
3- Təqva və vəra: Yolçunun haram və şübhəlilərdən çəkinməsi və dünyaya düşkün olmaması lazımdır. Bu, doğru olmayan düşüncə və başqa şeylərin onu məşğul etməməsinə səbəb olur.
4- Yəqin: Bu da, yolçunu gedəcəyi yerə qədər aparır. [Yəqin, sağlam və tam inam deməkdir.]
Ömür boyu bu dörd şeydən ayrılmayan insan səadətə qovuşar.
Bədbəxtliyin, zərər və ziyan içində olmağın ən açıq əlaməti, Allah yolunda hər gün irəli gedə bilməməkdir.
Malı sevirsənsə, yerində sərf et ki, sənə sonsuz yoldaş olsun! Əgər sevmirsənsə, ye ki, yox olsun.
Allahü təala Onun rızasını istəyənlərin yardımcısıdır.
Üç qisim elm vardır:
1- Tövbə elmi: Bu elmi seçilmişlər, böyük şəxslər, avam və digərləri qəbul etdilər.
2- Təvəkkül elmi: Bu elmi seçilmişlər qəbul etdi, amma avam qəbul etməkdə əziyyət çəkdi.
3- Həqiqət elmi: Bu elm isə insanların elm, ağıl və zəka səviyyələrindən yüksəkdə olduğu üçün çox kimsə anlaya bilmədi.
Allahü təalanın əzabına müstəhəq olanlar, hər an qəflətdə olanlardır. Onlar, mütləq başlarına gələcək olan qorxunc əzabdan qafil olduqları üçün özlərini təhlükəsizlikdə və rahat hiss edirlər. Daima oyaq olan qəlblər isə hər an qorxu və hüzünlə dolu olurlar. Davamlı axirət üçün hazırlıq görürlər. Bir sözlə bu şəxslər cəzaya müstəhəq deyildir.
Bizi Allahü təaladan uzaqlaşdıran hər şey dünya deməkdir. Bizi Rəbbimizdən başqa bir şeylə məşğul edən hər şey də fitnədir. Bu qısa ömrü Allahü təaladan uzaqlaşdıran şeylərə yaxınlaşmaqla keçirən, Ondan başqa şeylərlə məşğul olan kimsə, axirətini xarab etmiş olur. Bu da ağıl sahiblərinin edəcəyi şey deyildir.
Sidq və məhəbbətin əlaməti əhdə vəfadır.
Nəfsimiz bizi doğru olmayan şeylərlə məşğul etmədən əvvəl, biz nəfsimizi xeyirli şeylərlə məşğul etməliyik.
Haqq təalaya yaxın olmağı [Onun sevgi və rızasını qazanmağı] istəməmək və düşünməmək, cinayətdir.
İnsanın sözü əməlindən çox olarsa, nöqsanlıqdır. Əməli sözündən artıq olarsa, kamaldır.
Ümidsizlik - küfrə açılan bir qapıdır. Allahü təalanın rəhmətindən ümidi kəsmək, küfürdür.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину