Facebook Twitter WhatsApp

Eşqlə ağıl bir yerdə ola bilməz

* Allahü təalaya hüsnü zənn etmək lazımdır. Böyüklərdən biri buyurur ki:
Allahü təalanın cəlal sifətləri heç ağlıma gəlmir, həmişə cəmal sifətini düşünürəm. Həmişə Cənnət nemətlərini düşünürəm. Cəhənnəm əzabı yadıma belə düşmür, çünki Rəbbimiz, Mən qulumu məni zənn etdiyi kimi qarşılayaram buyurur.

* Günahlara istiğfar edək, Allahü təala mütləq tövbələri qəbul edəndir.

* Ən böyük günah cənabı Haqqı unutmaqdır. Allahü təalanı unudaraq görülən heç bir iş, iş deyildir. Allahü təalanı unudaraq olunan hər şey, heçdir. Ancaq hər əməl ixlasla, Allah üçün olarsa, məqbul olar.

* İnsan Allahü təalaya ibadət edərsə, cənabı Haqq onun dünyada işlərini asanlaşdırar. Qəbirdə rəhm edər, axirətdə əfv edər, məhşərdə əfv edər. Biz yetər ki, ixlasla Allahü təalaya ibadət edək.

* Qəlbindəki birinciliyi axirət olan insana Allahü təala dünyanı da verər. Qəlbindəki birincilik dünya olan, kölgəsinə belə çata bilməz, çünki şərqə gedən qərbdən uzaqlaşır, iki zidd şey bir araya gələ bilməz.

* Söhbətdə təsəvvüfə aid bir şeydən bəhs edilərkən daxildən və ya xaricdən bir maneə, gurultu və ya sözə qarışan biri olarsa, söhbəti kəsmək lazımdır, çünki bunu Allahü təala kəsmişdir, amma fiqhi bir mövzuda olarsa, davul belə çalınsa, davam etmək lazımdır.

* Saata baxan yalnız siferblatını, bir də əqrəb və yelqovanını görür. Halbuki arxasında neçə-neçə dişləri var. Saat gözəl işləyirsə, yəni irəli-geri getməyib, doğru vaxtı göstərirsə, içərisindəki çarxlar yaxşı işləyir deməkdir. Onlardan bir dənəsi qırıq, paslanmış olsa, hər kəs paslı olana deyil, əqrəb və yelqovana baxar. Vaxtı düzgün göstərirsə dəyərli bir saatdır, markası yaxşıdır. Əgər irəli gedir, geri qalırsa bu saat dəyərsizdir. Ona görə hər kəs öz vəzifəsini düzgün etməlidir.

* Böyükləri sevənlərin iki əlaməti vardır:
Birincisi, namaza çox əhəmiyyət verirlər, namazı vaxtında və bütün ərkanıyla qılırlar. Qısaqol geyimdə, çılpaq ayaqla namaz qılan bir kişi tələbə görə bilməzsiniz.
İkincisi də, çox ədəbli olurlar. Məsələn, birinin yanında ayağını ayağının üstünə ataraq oturmazlar.

* Eşqlə ağıl bir yerdə ola bilməz.

* İnsanlar öz ağıllarına görə deyil, Allahü təalanın əmr və qadağalarına görə hərəkət etsələr, müvəffəq və xoşbəxt olarlar.

* Əmir kim olursa olsun itaət etmək lazımdır. Əmirə itaət etmək, Peyğəmbər əfəndimizin əmridir. Burnu kəsik həbəşli bir kölə də olsa, başçıya itaət vacibdir, bunun zarafatı yoxdur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину