Facebook Twitter WhatsApp

Yaxşılar yatarsa, pislər hakim olar

Hikmət əhli buyurur ki:
Yaxşı insanlar vəzifələrini yerinə yetirmədiyi müddətcə, pislər daim hakim olur. Odur ki, pisliyin getməsi üçün yaxşı insanların çox yaxşı çalışmaları lazımdır.


Niyyətimizə və əməlimizə baxmalıyıq. (Bunu nə üçün etdin?) sualı axirətdə veriləcəkdir. Bu suala hazırlanmaq lazımdır. Bunun da cavabı iki şeydir, ya Allah üçün, ya nəfs üçün!

İslam alimlərinin kitablarını oxuyarkən özümüz oxuyurmuş kimi deyil, o böyüklər izah edirlərmiş kimi dinləsək daha çox faydalanarıq.

Həyat xəyaldır, xəyalla yubanmamaq lazımdır. Müsəlmanlar elm öyrənməlidirlər.

İnsan nə üçün yaradıldığını unudarsa heyvandan betər olar.

Övliyanın sevgisi qəlbə girərsə, dünya məhəbbəti o qəlbdən çıxar. İman nemətinin şükrünü ifa etmək üçün hubbi-fillah ilə şərəflənmək lazımdır. Bir-birimizin qəlbini qırmaqdan titrəməliyik.

Qəlbi xəstə olmayan insanda bir əlamət vardır, o əlamət hubbi-fillah, buğdi-fillahdır.

Qəlbdən qəlbə yol vardır. İş, o yolu ələ keçirməkdir. O yolu ələ keçirən kimsə Allah dostlarıyla birlikdə olur. Gecə-gündüz birlikdə olur. Sevincli vaxtında da, sıxıntılı vaxtında da, dünyada da, qəbirdə də, axirətdə də birlikdə olur. Sevəndə birlikdəlik belə olur!

Bu beş şey insanın səadətindəndir:
1- Həyat yoldaşının anlayışlı və itaətkar olması,
2- Övladının sözəbaxan və sayğılı olması,
3- Yoldaşlarının təmiz və səmimi olması,
4- Qonşularının yaxşı olması,
5- Dolanışığının öz məmləkətində olması. [Burada öz məmləkəti demək, doğulduğu yer demək deyildir. İşinin yaxşı olduğu, saleh yoldaşlarının çox olduğu, dinini rahatlıqla yaşaya bildiyi yer deməkdir.]

Bu altı xisləti olan qadın, həqiqətən yaxşı [salehə] vəsfini qazanmışdır.
1- Beş vaxt namaza riayətkar olması,
2- Ərinə sevərək itaət etməsi,
3- Hər işdə Allahın rizasını gözləməsi,
4- İnsanların dalınca danışmaqdan və söz gəzdirməkdən dilini tutması,
5- Dünya malına qarşı zühd və qənaət sahibi olması,
6- Müsibətlərə qarşı səbir və mətanət göstərməsi.

Bu cür yaxşı qadın dinin dirəyi, ailə yuvasının təməli, ibadətlərə qarşı da dəstək və köməkçidir. Bunun əksi olan qadın, yaxşı qadın ola bilməz, özü güldüyü halda ərini pərişan edər.

Övliyanın ruhlarından bəhrələnə bilmək üçün bəzi şərtlər vardır:
1- Tanımaq, bilmək: Şəklini və ya adını bilmək deyil, mürşidi-kamil olduğunu bilmək və qəbul etməkdir.
2- İnanmaq: Hər sözünün və işinin İslamiyyətə uyğun olduğuna inanmaqdır.
3- Sevmək: İtaət etməklə, bəyənərək onun yolunda getməklə olur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину