Facebook Twitter WhatsApp

Əldən çıxmadıqca faydasızdır

Hikmət əhli buyurur ki:
Pul qəribə şeydir, insanın əlindən çıxmadıqca, ona bir faydası dəyməz. Dünyalıq ələ keçirəndə, qəlbində bir genişlik hiss edən kimsə təhlükədədir. Bir kimsə, qızılla torpağı bərabər görmədikcə yaxşı bir qul ola bilməz.

Qiyamət günü insanlar üç şəkildə hesaba çağırılacaq:
1- (Nə üçün namaz qılmadın, nə üçün içki içdin, nə üçün oruc tutmadın?) – bunlar kimi işlənən günahlar, adlarıyla birlikdə sırayla deyilərsə, bu kimsənin halı çox pisdir. Ən sonda bunu Cəhənnəmə atın deyiləcək.
2- (Ey qulum, sənə bu qədər ruzi verdim, heç utanmadınmı?) deyərək işlədiyi günahlarının ad çəkilmədən bildirilərsə, onun halı birincilərə görə yaxşıdır. Axırda bunu Cənnətə qoyun deyiləcək.
3- (Ey qulum, Mənə çox gözəl ibadət etdin. Səndən razı oldum. Sənə istədiyin hər şeyi verəcəyəm) deyilərsə, bu kimsə yaşadı. Bax belə olmaq lazımdır.

Axirətdə Müsəlmana şəfaət, ehsan, rəhmət vardır. Allahü təala sevdiyi, Cənnətinə qoyacağı quluna ehsanlar edər. Əgər başqalarının o kimsə üzərində haqları varsa, (Haqqınızımı istəyərsiniz, yoxsa Cənnətimi istəyərsiniz?) deyiləcək. Cənnəti istəyirik deyəcəklər və hamısı Cənnətə gedəcəkdir.

Bir mömin, yüz min həcc etsə, yüz min qızılı sədəqə paylasa, yüz min kasıb yedirsə, əgər namaz qılmayıbsa heç bir dəyəri olmaz.

Böyük şəxslər yatsı namazını qılmadan əvvəl yatmağı, qıldıqdan sonra da danışmağı sevməzdilər.

Münafiqlər işi pozdukları zaman, fitnə-fəsad çıxardıqları zaman, onları dinləməyin, birlikdə olmayın və onlara mane olun. Beləliklə həm onları xilas etmiş olar, həm də özünüzə və xidmətlərinizə zərər verilməsinin qarşısını almış olarsınız.

Əmri-mərufda çox çilə vardır, təhqir vardır. Allahü təalanın dinini yayanlar səbir etməlidirlər. Əgər səbir etməsələr Cənabı Haqq ətraflarını dağıdar, çünki Allahü təala Peyğəmbər əfəndimizə xitabən; (Ey Həbibim! Sən səbirli olmasaydın, həlim olmasaydın, haqq-hüquq gözləməsəydin, ətrafında heç kim qalmazdı) buyurmuşdur.

Dinimizin pislədiyi dünya, haram və məkruhlardır.

Böyük şəxsləri çox sevənlər, onların yolunda olanlar, (İnsan necə dünyanı sevə bilər? İnsan necə pulu sevə bilər? İnsan necə Allahü təaladan başqa şeyə könül bağlayar?) deyə çox təəccüb edərlər, ağılları bu işi kəsmir. Bir də digər insanlardan soruşun. Bunları söyləmək, bunlara inanmaq belə çox çətindir. Onlar, otuz il riyazət və mücahədəylə məşğul olsalar, bu söylənilənlərə qovuşa bilməzlər, çünki insanın qidası dünyadır. Hər şeyi dünyada görürük. Ona görə də dünyaya bağlanmaq çox təbiidir. Dünyadan soyumaq çox çətindir!