Facebook Twitter WhatsApp

Nəql edən əziz olar

* Bu iki adamın çıxardığı fitnəni, şeytan belə çıxara bilməz: Dünyaya düşkün alim və elmsiz sofu.

* Nə danışacağına və nə zaman danışacağına diqqət et!
* İnsanın kəlamı, ağlının bəyanı, fəzilətinin tərcümanıdır.

* Alimlərin zinəti - bilmirəm - deməkdir. Cahillər, necə gəldi söyləyər. Alim, hər kəlmədən qorxar, dəlil tapmadan danışmaz. Hər suala cavab vermək, bir alim üçün axmaqlığın əlamətidir.

* İnsanların çəkdikləri sıxıntıların səbəbi pis din adamlarıdır. Pis din adamları, məhsulun qarşısındakı suyu kəsən qayalara bənzəyir. Suyu buraxmazlar ki, məhsul sulansın, həyat tapsın. Daş olduqlarına görə, özləri də istifadə edə bilmir.

* Ən yaxşı alim, ən yaxşı insan nəql edəndir, vasitə olandır. Özündən danışan və özünə bağlayan deyil. Qətiyyən özünüzdən bir şey söyləməyin. Dinimiz nəql dinidir. İman ibadət bilgiləri qiyamətə qədər eynidir, dəyişmir. Nəql etsəniz əziz olarsınız, nəqlə dayanmadan danışsanız rüsvay olarsınız. Əhli-sünnət etiqadını, əhli- sünnət alimlərinin dəyərli əsərlərini yayın. Doğru iman ibadət biliklərini eşitmək insanların ən təbii haqqıdır. Bu, dəyərli və şərəfli bir xidmətdir. 

* Alim kimdir? İşığı, qaranlığı görən insandır. Kor olan üçün həmişə qaranlıqdır. Alim, haqqı batildən ayırd edən insandır, İslam alimlərindən nəql edən insandır.

* Alimləri saymayanların axirəti, dövlət idarəçilərini saymayanların dünyası, dostlarını saymayanların mürüvvəti əldən gedər.

* Axirətdə ən bədbəxt insan, haqq deyə gedəcək o biri dünyaya, bir də baxacaq ki, batillə məşğul olubmuş, yəni Cənabı Haqqın razı olmadığı bir yolda olubmuş, razı olmadığı, sevmədiyi, bəyənmədiyi bir şəkildə əməl edibmiş, vay-vay, indi necə olacaq mənim halım- deyəcək. Haqq, əhli-sünnət etiqadı və bu etiqadda lazım olanları etməkdir. Batil, buna uymayanlardır. 

* Hər nə olursa olsun, insanın iki şeydən birinə tabe olmaq seçimi vardır. Ya özünə tabe olacaq, ya da bir alimə tabe olacaq. Özünə tabe olan özü kimi olacaq. Amma bir alimə tabe olan, bir alimin sözünə, məsələn, İmam Rabbani həzrətlərinin sözünə görə hərəkət edən insan, yetkinləşər, yavaş-yavaş zamanla fəzilət sahibi bir insan olar. Çünki tabe olduqda, adətən, onun qəlbi ilə sizin qəlbiniz arasında bir xətt qurulur və onun qəlbindən fışqıran iman dolu ixlas, məhəbbət, Allahü təalaya qarşı olan məhəbbəti, Peyğəmbər əfəndimizə olan tabeliyi sizə sirayət edir, sizə də əks edir. Eynilə, qarpızın günəşin qarşısında yetişdiyi kimi olur, amma qarpızın bundan xəbəri belə olmur. 

* Heç kim yağışın altına sini tutaraq su yığmaz. Cənabı Haqq bu yağışı torpağa endirir. Torpaqda bu yağış süzülür, kanallar əmələ gəlir. Bu kanallar təkrar yer səthinə çıxır. Tərtəmiz su müəyyən bir yerdə yığıldıqdan sonra paylanır və hər kəs bir krandan gəlib suyu içir. Yəni hər yerə yağan rəhməti, suyu, bir krandan içməyə ehtiyac var. Krana getməyən adam suya qovuşa bilməz. Ona görə də, qovuşduğumuz kranların, yəni məzhəb imamlarımızın, əhli-sünnət alimlərinin qədrini yaxşı bilək. Su orda var çünki. Bəli, su hər yerdə var, amma dərədən də axır, yoldan da axır, havadan da axır. Təmiz su, yoxlamadan keçmiş sudur. Yalnız idarənin təsdiq etdiyi, icazə verdiyi suyu içə bilirsən, çünki digərlərini möhürləyirlər. Möhürlənmiş suyu içə bilməzsiniz. Ürəyiniz istəyən suyu içə bilməzsiniz. Sizə verilən suyu içəcəksiniz. Ona görə də, bu suyun qədrini bilin, bu kranların qədrini bilin. Ancaq belə qurtulmaq mümkün olacaqdır.