Facebook Twitter WhatsApp

İmanlı olmağın şükrü nədir

* Cəhənnəmdən qurtulmaq əvvəlcə imanla mümkündür. Sonra öyrənməklə mümkündür, öyrənin bu dininizi. Öyrənmədən etdiyiniz ibadətlər məqbul deyildir çünki. Səhərdən axşama qədər, axşamdan səhərə qədər hər cür ibadəti etsən, ancaq o ibadətin elmini bilmirsənsə? məqbul deyildir. Sən dörd rükət namazı beş rükət qıla bilməzsən. Yaxud müəyyən qədər durulacaq yerdə qırx dəfə dura bilməzsən, artıq hərəkət edə bilməzsən, yəni bir elmi var bu işin. Müfsidlərini öyrənəcəksən, yəni nəyi etsən namaz pozulur, onu öyrənəcəksən. Dəstəmazı öyrənəcəksən, dəstəmazı pozan şeyləri öyrənəcəksən, xülasə, Elm, Allahü təalanın əmr etdiyi dini öyrənməkdir və sonra da Onun qadağan etdiklərindən uzaq durmaqdır. Haram haramdır. Kim qadağan etmiş onu, Allah qadağan etmişdir. Etməyin deyir, faiz almayın deyir, haram iş görməyin deyir, qəlb qırmayın deyir, möminlərə yardım edin deyir, xainlik etməyin deyir, hiylə etməyin deyir, oğurluq etməyin deyir, başqası qadağan etsə qaça-qaça gedərsən, Allah qadağan etdi deyə bu nə məsuliyyətsizdir belə, olmaz elə şey. Yeri göyü Yaradan, səni yoxdan var edən Allahdır, “cəllə cəlalüh”.

* Əhli-sünnət alimlərinə münkir, yəni düşmən olanlar, Peyğəmbər əfəndimizin dövründə yaşasaydılar, Ona da düşmən olardılar. Təsdiq edənlər, qəbul edənlər, sevənlər, əgər Peyğəmbər əfəndimizin dövründə olsaydılar, əshabı-kiram olardılar. Nə üçün? Çünki onlar Onun varisləridir. Görmək kafi gəlsəydi, bütün Qüreyş kafirlərinin müsəlman olması lazım gələrdi, inanmaq başqa şeydir, o Cənabı Haqqın bir lütfüdür, bir ehsanıdır.

* Göz başqalarını görür, amma özünü görə bilməz. İnsan böyüklərin, əhli-sünnət alimlərinin kitablarını oxusa, özünü görəcək və tanıyacaq. Böyüklərin həyat hekayələrini, dəyərli əsərlərini oxumaqda, yaxşı insanlarla birlikdə olmaqda çox böyük fəzilətlər vardır. İnsan öz qüsur və xətalarını o zaman anlayır. Yoxsa, şərabçı ilə gəzən, oğruyla gəzən həmişə özünü yaxşı görür.

* Möminin kəlamı şəfadır, möminin təamı şəfadır, möminin siması şəfadır.

Yəni möminin üzünə məhəbbətlə baxmaq insanın qəlbinə şəfa verir. Mömin Allahın vəli quludur. Onun sevdiyi quludur. Ona məhəbbətlə baxmaq, ona məhəbbətlə dua etmək, ona məhəbbətlə yardım etmək Cənabı-Haqqın rızasını qazandırır. Hamımız bu dünyada bir məqsəd üçün yaradıldıq, o da Allahü təalanın rızasını qazanmaqdır. Onun rızasını qazanmaq da Onun qullarına yaxşılıq etməkdən keçir. Onun qullarına verməkdən keçir. Onun qullarının duasını almaqdan keçir. Onun qullarını razı edən Cənabı-Haqqı razı etmiş olur. Allahü təalanın razı olması üçün əvvəlcə qulların razı olması lazımdır. Məsələn kim? Əvvəlcə ana-ata, müəllim, dost, müdir qısaca, yəni kimin haqqı varsa, əvvəlcə onların razı olması lazımdır.

* Hər kəs sevdiyi ilə birlikdə olacaq. Dünyada qəzəbləndiyi ilə yox. Sevdiyi ilə birlikdə olacaq.

* Çalışmaq ibadətdir. Çalışqan müsəlman Allahü təalanın dostudur.

* İş arasında namaz qılanlardan deyil, namazlar arasında iş görənlərdən, namaza öncəlik verənlərdən olun. Namaz dinin dirəyidir, namaz möminin meracıdır. Bu son ikisi hədisi-şərifdir.

* Həqiqi bayram son nəfəsdə imanla ölməkdir, son nəfəsdə Allah deməkdir.

* İmanı qorumaq üçün dinimizi bilməyimiz lazımdır. Elmsiz din olmaz, yəni dinimizi bilmədən iman qoruna bilməz.

* Ən böyük nemət imandır. İmanlı olmağın şükrü müsəlman olaraq bir-birimizi sevməkdir. Bu çox vacibdir.

* Allahü təala dünyada insanları qarışıq yaratdı, yəni müsəlmana xas bir xüsusiyyət vermədi. Belə olsaydı, digərləri baxacaq, bu fərqlidir deyəcək, müsəlmana xas özəlliyi görüb, iman edəcəkdilər. O zaman qeybə deyil, gördüyünə iman etmiş olacaqdılar. Halbuki, iman qeybidir, Muhamməd əleyhissalamın bildirdiklərinə iman etmək lazımdır. Amma axirətdə belə olmayacaq, dost-düşmən, müsəlman-kafir ayrılacaqdır. Müsəlmanlar nemətlərə qovuşacaq, kafirlər də əzaba.