Sual: Ölü üçün vəkalətlə həcc necə yerinə yetirilir?
CAVAB
Vəkilin ehrama girərkən əmr edən şəxs üçün qəlb ilə niyyət etməsi şərtdir. Həcc borcu olanın öldükdən sonra özü üçün həcc edəcək vəkilin adını bildirərək vasi (ölünün vəsiyyətini yerinə yetirən) olana əmr etməsi lazımdır. Ölü və ya ölünün vasi etdiyi yad kimsə varislərdən birini digər varislər izn vermədikcə vəkil edə bilməz. Bir kimsə izn vermədən başqasını onun yerinə həccə göndərə bilməz. Yalnız varis, ölən qohumu vəsiyyət etməmiş, yəni həcc pulu ayırmamışsa özünə miras qalan pulla onun yerinə həccə gedə bilər və ya başqasını göndərə bilər. Beləcə, ana-atasını həcc borcundan qurtarmış olur.
Bakıdakı bir nəfərin atası Gəncədə yaşayarkən ölsə, atası vəsiyyət etmədisə, atası üçün vəkil göndərirsə, Gəncədən göndərməsi fərzdir. Başqa yerdən göndərməsi Hənəfidə caiz deyildir. Şafii məzhəbində Miqat (həcc və umrə üçün gələnlərin ehrama girdikləri yer) xaricindəki hər yerdən göndərməsi caizdir. Hətta həccə gedən bir nəfərə pul verərək Məkkəyi-Mükərrəmə də bir vəkl tapıb atası üçün ona Miqatdan həcc etdirməsi üçün Şafidə caizdir. Hənəfi olanlar oulları azdırsa Şafii məzhəbini təqlid edərək vəsiyyət etməmiş ana-ata və yaxınları üçün Məkkədə vəkil tuta bilirlər. Lakin, pulu verərkən Şafii məzhəbini təqlid edirəm deyə niyyət etməsi lazımdır. Məhərəm kişi tapmayan qadın qocalanda və ya sağalmayacaq bir xəstəliyə tutulunca yerinə vəkil göndərər. Daha öncə göndərə bilməz.
Sual: Zəngin dul bir qadının həccə aparacaq kişi məhrəmi olmazsa, həcc özündən sakıt olurmu?
CAVAB
Həccə aparacaq məhrəmi yoxdursa vəfatından sonar vəkil göndərilməsi üçün vəsiyyət edər.
Sual: Həccə getməyənlərin və qadınların başqalarının vəkili olaraq həccə geməsi caizdir?
CAVAB
Hənəfidə caiz, Şafidə caiz deyil. (S. Əbədiyyə)
Sual: Ölən bir nəfərin və ya yaxınının yerinə vəkalətlə həccə getmək caizdirmi?
CAVAB
Bir şəxs izn vermədən başqasının onun yerinə həccə göndərilməsi caiz deyil. Yalnız varies ölən qohumu vəsiyyət etməmiş, yəni həcc pulu ayırmamışsa, özünə miras qalan pulyla onun yerinə həccə gedə bilər və ya başqasını göndərə bilər. Beləcə ana-atasını həcc borcundan qurtarmış olur. Onları borcdan qurtarması özünə on həcc savabı qazandırır. (S. Əbədiyyə)
Vəkil mürtəd olsa
Sual: Həccə vəkalətlə göndərdiyimiz şəxs sonrakı illər mürtəd olsa yenidən Müsəlman bir nəfəri göndərmək lazımdır?
CAVAB
Xeyir.
В корзине: 0 шт.
на сумму: 0