Facebook Twitter WhatsApp

Ehram və hökmləri

Ehram iki hissəli parka olub iplə bağlanmaz, düyünlənməz və qarmalı iynə ilə sancılmaz. Həcc, umrə, ticarət və ya hər hansı bir iş üçün uzaqdan gələnlərin miqat deyilən yerləri ehramsız keçərək Məkkəyi-Mükərrəmə Hərəminə getmələri haramdır. Keçənin geri miqata gəlib ehrama girməsi lazımdır. Ehrama girməzsə qurban kəsməsi lazım olur. Miqat deyilən yerlər ilə Hərəmi-Məkkə arasına Hil deyilir. Miqatdan keçərkən bir iş üçün Hildə qalmağa niyyət edənlərin və Hildə qalanların, həcdən başqa niyyət ilə ehramsız hərəmə girməsi caizdir. Miqat yerlərini keçərkən niyyət edərək və təlbiyə (Ləbbeyk Allahümmə Ləbbeyk…oxumaq) edərək qaydası ilə ehrama girilir. Miqat yerindən əvvəl hətta öz vətənində də ehram geyinmək caiz və daha yaxşıdır.

Ehrama girənə qadağan olanlar

Ehrama girən şəxsə ehramlı olduğu müddətdə (ehramdan çıxana qədər) digər zamanlarda halal olan bəzi hərəkət və davranışların edilməsi qadağandır. Bunlara ehram qadağaları deyilir. Bu qadağalar aşağıdakılardır:

1- Saç və ya saqqal təraş etmək, bığ kəsmək.

2- Qasıq və qoltuq altı tükləri yolmaq və ya qırxmaq.

3- Vücudun digər yerlərindəki tükləri qopartmaq və ya kəsmək.

4- Dırnaq kəsmək.

5- Vücuda və ya ehrama (qadınlar paltarlarına) gözəl ətri vurmaq, iyli sabundan istifadə etmək.

6- Geyim əşyası olaraq hazırlanmış (tikilmiş və ya hörülmüş) şeyləri geyinmək. Normal şəkildə geyinməyib palto, plaş, köynək və bənzəri geyim əşyasını çiyinə atmaq və ya bunları uzanarkən başı açıqda qalması şərtilə üzərinə örtmək qadağan deyil.

7- Başını və üzünü örtmək, araqçın, papaq və ya başa sarıq sarımaq.

8- Əlcək, corab və ya topuqları bağlı ayaqqabı geyinmək. Geyimlə bağlı qadağalar sadəcə kişilərə aiddir. Xanımlar normal paltarlarını geyərlər, ehram vaxtı sadəcə üzlərini örtməzlər.

9- Cinsi əlaqə və ya öpüşmək, oynaşmaq, şəhvətlə qucaqlaşmaq və s. kimi cinsi əlaqəyə aparan hərəkətlər.

10- Ehtiraslandıracaq söhbətlər etmək.

11- Taətləri tərk edib haram hərəkətlər etmək.

12- Başqaları ilə mübahisə etmək, dava salmaq, söymək, pis söz və rəftarla qəlb qırmaq.

13- Əti istər yeyilsin istər yeyilməsin hər cür quru heyvanını ovlamaq.

14- Ovçuya ovunu göstərmək və ya ovda kömək etmək.

15- Ov heyvanlarına zərər vermək.

16- Hərəm bölgəsində öz-özünə çıxan və ağacların qopardılması. İstər ehramlı, istər ehramsız hər kəs üçün qadağandır.

17- Sabunla başı yumaq.

18- Hamama getmək.

19- Öz üstündə olan biti öldürmək və öldürmək üçün göstərmək.

Bunları bilərək və ya bilməyərək, unudaraq edənlərə qurban, sədəqə cəzaları lazım olur. Cəza olaraq kəsilən qurbanın ətindən sahibi yeyə bilməz. İfrad həcdə bir qurban kəsməsi lazım olan günahı, qarin hacı işlərsə biri umrə üçün olmaqla iki qurban kəsməsi lazımdır.

Ehramlıya qadağan olmayanlar

Ehramlıya qadağan olmayanlar bunlardır:

1- Başına dəyməmək şərtilə hər hansı bir şeyin altında və kölgəsində oturmaq. Çətirdən istifadə etmək.

2- Yuyunmaq, iysiz sabundan istifadə etmək.

3- Ehram parçalarını yumaq və ya dəyişdirmək.

4- Tük qopartmadan qaşınmaq, gözdə bitən tükü və ya qırılmış dırnağı qopartmaq.

5- Diş fırçalamaq, sürmək çəkmək.

6- Diş çəkdirmək, qan aldırmaq, iynə vurmaq, yara üzərinə sarğı qoymaq.

7- Gözəl ətir satan dükanda oturmaq və ya gözəl ətir satın almaq.

8- Üzük, qol saatı taxmaq və silah gəzdirmək, belə qurşaq, pul qabı, kəmər bağlamaq, çiyninə çanta asmaq.

9- Qollarını geyinmədən palto və ya pencək kimi tikilmiş bir paltarı çiyninə atmaq.

10- Yorğan, adyal və ya hər hansı bir örtü ilə üz və baş xaric vücudun digər qisimlərini örtmək.

11- Balıq və başqa su heyvanlarını ovlamaq.

12- Öz əmri olmadan ehramsız kişi tərəfindən ovlanan quru heyvanının ətindən yemək.

13- Qarğa, qartal, ilan, əqrəb, siçan, milçək, qarışqa, birə, gənə, kərtənkələ, kəpənək, tısbağa kimi ov heyvanı olmayan heyvan və ya həşəratlarla quduz və adama hücum edən it, canavar və çaqqal kimi yırtıcı heyvanları öldürmək.

14- Birə, hər cür milçək, başqasının üzərində olan biti, siçan, ilan, əqrəb, canavar, qartal kimi zərərli və insana hücum edən heyvanları öldürmək.

15- Başmaq kimi üstü açıq ayaqqabı geyinmək.

16- Bit ölməmək və saç tökülməmək üzrə qaşımaq.

17- Rəngli ehram geyinmək.

18- Qüsl etmək.

19- Başı adət olmayan bir şey ilə [tas, nimçə], paket kimi şeylər qoymaq.

20- İnsanların əkib yetişdirdiyi tərəvəz və ağacları qoparmaq.

21- Düşmənlə döyüşmək

22- Qadınların dərisinə dəyməmək şərtilə üzlərini örtmələri və tikilmiş paltar, məst, corab geyinmələri, örtü altına zinət əşyası taxmaları caizdir.

Bir hacı Arəfə günü günorta azanından bayramın birinci günü, sübh namazı vaxtına qədər olan zaman içində Ərəfatda bir az dursa və ya ehramlı olaraq Ərəfatdan keçsə və ya ehramlandıqdan sonra xəstə olub yuxuda ikən, huşsuz xərək içində və ya başqa bir şeylə daşınaraq nüsüklər etdirilərsə və ya yaxud ehrama girmədən öncə xəstə olan, huşuna itirənin yerinə başqası ehrama girib o oyanmadan, ayılmadan öncə bununn yerinə də nüsükləri ayrıca etsə və ya Arəfə günü olduğunu bilməyərək, Ərəfatda dursa, həcci səhih və təvafı-qudum sakit olar. O yerin Ərəfat olduğunu bilmək və niyyət etmək lazım deyil. O gün və ya gecə Ərəfatda olmayan və ya Ərəfatdan keçməyən hacı olmaz.