Sual: Həccə gedərkən yolda xəstələnib ölən yoxsul hacı olur?
CAVAB
Həcc etməyən hacı ola bilməz. Ancaq niyyətinə görə çox savab alar. Çünki həcc etmək niyyətiylə yola çıxmışdır. Hədisi-şərifdə, “Bir yaxşılıq etməyə əzm edib, lakin edə bilməyən o yaxşılığı etmiş kimi savab alar” buyurulur. Xəstəlik və ya başqa səbəblərlə cihada gedə bilməyib Mədinədə qalan Əshabi-kiram üçün Peyğəmbər əfəndimiz, “Mədinədə qalmış elə şəxslər vardır ki, bu cihaddan alacağımız mükafatda onlar da bizə ortaqdır” buyurdu. Çünki niyyətləri cihada getmək, mallarını və canlarını Allah yolunda xərcləmək idi. Ancaq onları bu cihaddan saxlayan bədənlərinə ariz olan maneədir.
Sual: Vücub (vacib və lüzumlu olma) və əda şərtləri özündə olan, yəni həccə getməsi fərz olan, həcc yolunda ölərsə yerinə vəkil göndərilməsi lazımdır?
CAVAB
Özünə o il həcc fərz olmuşsa yerinə vəkil göndərilməsi lazım deyil, həcci sakit olur. Həcc fərz olduğu il getməyib, sonrakı illərdə həcc yolunda və ya evində xəstə və ya həbs, şikəst olarsa yerinə başqasını öz məmləkətindən əvəz göndərməsi və ya bunun üçün vəsiyyət etməsi lazımdır. Əvəz göndərdikdən sonra yaxşı olarsa özünün getməsi də lazım olur. Sonrakı illərdə həccə gedərsə təxir günahı əfv olur.
Həcc yolunda ölmək bir nemətdir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Həccə gedərkən yolda ölənə, Qiyamətə qədər həcc, cihada gedərkən də ölənə, Qiyamətə qədər cihad savabı yazılır.” [Əbu Yala]
“Məkkəyə gedərkən və oradan qayıdarkən ölənə axirətdə tərəzi qurulmaz, hesaba çəkilməz və günahları əfv olar.” [İsfəhani]
В корзине: 0 шт.
на сумму: 0