Facebook Twitter WhatsApp

Umrə edənə həcc fərz olmaz

Sual: Bəzi xocalar, umrə edənə həcc etmək fərz olur deyirlər. Həcc mövsümü xaricində umrə edən yoxsula həcc fərz olur?

CAVAB

Heç bir kitabda, “Umrə edənə həcc fərz olar” deyə yazmaz. Umrə edənə həcc fərz olmaz. (Rədd-ül Muxtar)

Bəzi insanların bilmədiyi xüsus budur: İbni Abidin həzrətləri, Uqud-üd-dürriyyədə “Həcc etməmiş yoxsulun başqası yerinə həccə getməsi caiz isə də, Hillə girincə, özünə də həcc etmək fərz olur” deyir. Bu ifadə həcc mövsümün xaricində umrə edənə həccin fərz olacağını göstərməz.

Zənginə ömründə bir dəfə həcc etmək fərzdir. Yoxsul olan vəzifəli olaraq və ya işçi olaraq, yaxud hər hansı bir səbəblə Məkkəyə gedincə, həcc mövsümü isə, özünə həcc fərz olur. Həcc mövsümü deyilsə, həcc fərz olmaz.