Facebook Twitter WhatsApp

Umrə nədir və necə yerinə yetirilir?

Umrə, həcc zamanı olan beş gündən başqa, ilin hər günü, ehram ilə yerinə yetirilən, təvaf və sa’y etmək və saç qazımaq və ya kəsməkdir. Umrənin fərzi ikidir: Ehram və təfav. Ehram umrənin şərti, təvaf isə rüknüdür. Sa’y və təraş olmaq isə vacibdir.

Umrə ömründə bir dəfə, Hənəfi və Malikidə sünnət, Şafidə və Hanbəlidə fərzdir.

Ehrama girmə yerləri:

Məkkəyə miqat sərhədi xaricindən gələnlər yolları üzərindəki miqatlardan birində ehrama girərlər. Məkkədə olduğu zamanlarda umrə etmək istənilsə, Məkkəlilər kimi Harəm bölgəsindən çıxaraq ehrama girilir.

Umrə necə yerinə yetirilir:

1- Miqat sərhədlərinin birinin xaricində ehrama girilir və niyyət edilir.

2- Təlbiyə, təkbir, təhlil, salavatı-şərifə oxunaraq Harəmi-şərifə girilir. Niyyət edilib umrə təvafı edilir. Təvaf əsnasında iztiba [həcc və umrə ibadətlərində kişilərin geyindikləri tikişsiz iki parçadan əmələ gələn ehramın üst parçasının bir ucunu sağ qoltuq altına alıb digər ucunu sol çiyin üzərinə atmaq] və ilk üç şavtda rəməl də edilir.

3- Təvaf namazından sonra Mesaya gedərək umrənin sa’yı yerinə yetirilir.

4- Təraş olunub ehramdan çıxmaq lazımdır. Beləcə umrə tamamlanmış olur.

Umrədə Ərafat, Mina, Müzdəlifədəki mənasik, qudum və vəda təvafı yoxdur.

Oxunan dualar: Bura yazılmadı.

O duaların mütləq oxumaq şərt də deyil, hər kəs bildiyi duaları oxuya bilər.

İş və umrə

Sual: Bir iş üçün Səudiyyə Ərəbistanına gedən şəxs Məkkəyə gedib ehrama girərək umrə edə bilər?

CAVAB

Səudiyyə Ərəbistanının hansı yerinə getdiyinizi yazmamısınız. Əgər miqat deyilən ərazinin içindəsənizsə, xaricinə çıxıb ehram geyərək, elə Məkkəyə getməyiniz lazımdır. Miqatda ehrama girmək lazımdır. Daha əvvəl də geyilsə də olar. Çünki Tam Elmihalda deyilir ki:

Həcc üçün, umrə üçün, ticarət üçün və hər hansı iş üçün uzaqdan gələnlərin miqat deyilən yerləri ehramsız keçərək Məkkəyi-mükərrəmə Harəminə girmələri haramdır. Keçən geri Miqata qayıdıb ehrama girməsi lazımdır. Ehrama irməzsə qurban kəsməsi lazım olur.

Miqat deyilən yerlər ilə Harəmi-Məkkə arasına Hil deyilir. Miqatdan keçərkən bir iş üçün Hildə qalmağa niyyət edənlərin və Hildə qalanlarına həcdən başqa niyyət ilə ehramsız Harəmə girməsi caizdir. Miqat yerlərini keçərkən niyyət edib və təlbiyə edərək qaydası ilə ehrama girmək lazımdır. Miqat yerindən əvvəl hətta öz məmləkətində də geyinmək caiz və daha yaxşıdır.

Umrə və fərz

Sual: Borcu olanın və ya gedib gələrkən bəzi günahları işləmə vəziyyətinə düşənin yaxud fərz savabı işləmə olanın bunu etməyib umrəyə getməsi caizdirmi?

CAVAB

İmam Rabbani həzrətləri buyurur ki: Umrəyə getmək fərz və vacib deyil, nafilə ibadətdir. Nafilə ibadəti etmək bir fərzin tərkinə və ya haram işləməyə səbəb olarsa, ibadət olmaqdan çıxar, günah işləmək sayılır. (1/124)

Umrə sünnətdir?

Sual: Umrə sünətdirmi?

CAVAB

Umrə Hənəfi və Maliki məzhəbində müəkkəd sünnətdir. Şafidə də ömürdə bir dəfə umrə etmək fərzdir, ancaq dərhal yerinə yetirilməsi lazım deyil. Hanbəlidə isə ilk fürsətdə dərhal yerinə yetirilməsi lazım olan bir fərzdir. (Mizan-ül kübra)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину