Facebook Twitter WhatsApp

Umrəyə getməyin əhəmiyyəti 

Sual: Hindistana, Buxaraya və Parisə turist olaraq səyahət düşünürdüm, buralara gedənə qədər umrəyə gedər, çox savab qazanaram deyə qərar vermişdim. Sonra, İslam Əxlaqı kitabındakı, “İmam Rəbbani həzrətləri 29, 123 və 124-cü məktublarında və Məqamatı Mazheriyyə 26-cı məktubunda, nafilə həccə və umrəyə getməyə icazə verməmişdirlər”  ifadəsini oxuyanda, umrədən də imtina etdim. Umrəyə getməyə nə üçün icazə verilmir?

CAVAB

Umrəyə getmək çox savabdır. Umrəyə getmək heç qadağan edilərmi? Sədəqə vermək də çox savabdır. Fərz olan zəkat borcu sədəqə verilməz. “Sədəqə verməyin, umrəyə getməyin” deyilmir. “İki işdən daha önəmlisi, daha çox savab olanı seçin” buyurulur.

Fərz ibadətin yanında nafilə ibadətlərin heç qiyməti yoxdur. Dəniz yanında damcı qədər belə deyildir. Şeytan aldadaraq qəzaları qıldırdmır, nafilə qılmağı, [nafilə həccə və umrəyə geyməyi] gözəl göstərir. Zəkat verdirməyib nafilə xeyirləri gözə gözəl göstərir. Məscid, Qurani-kərim kursu və bənzəri, İslama faydası olan şeyləri etmək, nafilə həcdən və umrədən daha savabdır. Nafilə həcc və umrə edərkən sərf edilən pullar Müsəlmanların ehtiyaclarına verilirsə, nafilə həcc və umrə etmək öz məmləkətində sədəqə verməkdən daha üstün olur. Çünki həm mal, həm bədənlə ibadət edilir. Məqamati mazhariyyədə 26-cı məktubda “Həcdə bir fərzi və ya vacibi üzrsüz tərk etməmək və ya haram, məkruh işləməmək lazımdır. Əks halda nafilə həcc və umrə etmək savab deyil, günah olar” deyir. (S.Əbədiyyə)

Nafilə ibadətin savabı fərz ibadətin savabı yanında bir dərya yanındakı bir damcı su qədər azdır. İslam alimləri Məkkəyə uzaq məmləkətlərdə olanların təkrar həccə getmələrinə icazə verməmişdirlər. Abdullah Dəhləvi həzrətləri 63-cü məktubda “Həcc yolunda əksərən ibadətlər tam edilməz. Bunun üçün İmam Rəbbani 123 və 124-cü məktublarında umrəyə və nafilə həccə getməkdən razı olmadığını bildirdi” buyurur. Bir fərzin edilməsinə, məsələn qadınların örtünmələrinə mane olan nafilə həcc haram olur. Belə nafilə həccə getmək savab deyil günah olar. Umrəyə getmək də belədir. (İslam Əxlaqı)

İmam Rəbbani həzrətləri buyurur ki:

Bir nafilə həcc etmək üçün çox qadağalar, haramlar işlənir. Yaxşı düşünməyiniz lazımdır! Ağlı olana bir işarə bəs edər. Umrə fərz və ya vacib deyil, nafilə ibadətdir. Nafilə ibadəti etmək, bir fərzin tərkinə və ya bir haram işləməyə səbəb olarsa, ibadət olmaqdan çıxar. Günah işləmək olur. (1/123)

Fərzlərin yanında nafilələrin heç bir dəyəri yoxdur. Bir fərzi vaxtında etmək [vaxtı keçmiş isə, dərhal qəza etmək], min il nafilə ibadət etməkdən daha çox faydalıdır. Hansı nafilə olursa olsun, nə qədər xalis niyyətlə edilərsə edilsin, istər namaz, oruc, zikr, fikir olsun, istər başqa nafilələr olsun hr zaman belədir. Hətta fərzləri edərkən bu fərzin sünnətlərindən bir sünnəti və ya ədəblərindən bir ədəbə riayət etmək də belə çox faydalıdır. Tənzihi məkruhdan çəkinmək, zikrdən və müraqabədən daha faydalıdır. Tahrimi olan məkruhdan çəkinməyin faydasını artıq düşünmək lazımdır. Bəli, bu nafilə işlə, fərzlərə riayət etməklə və haramlardan, məkruhlardan çəkinməklə birlikdə edilərsə əlbəttə çox gözəl olar, fəqət belə olmazsa çox zərərli olar. Məsələn, zəkat olaraq bir danq bir Müsəlman kasıba vermək, nafilə olaraq dağlar qədər qızıl sədəqə verməkdən və xeyir, həsənət etməkdən qat-qat daha yaxşıdır, qat-qat daha çox savabdır. Bu bir danq zəkatı verərkən, bir ədəbə riayət etmək, məsələn qohumdan bir kasıba vermək də nafilə yaxşılıqlardan qat-qat daha faydalıdır. (1/29)

Hədisi-şərifdə, “Din qardaşını çətinlikdən qurtarana [nafilə] həcc və umrə savabı verilər” buyuruldu. Həzrəti Həsən Sabit Bənaniyə bir ehtiyacını qarşılamasını istədi. “Məsciddə itikaf edirəm, başqa vaxt edərəm” deyəndə, “Din qardaşının ehtiyacını həll etmək üçün getməyin, [nafilə] həcc savabından daha xeyirli olduğunu bilmirsənmi?dedi. Vəzifə sahiblərinin möhtac olanlara və  xocalarının tələbələrinə, vəzifələri ilə və mallarıyla kömək etmələrinin çox savab olması bu hədisi-şərifə əsaslanır. (İslam Əxlaqı)

Yenə İslam Əxlaqı kitabındakı hədisi-şərifdə, “Ana-ataya yaxşılıq etmək nafilə olaraq edilən namaz, oruc, həcc [və umrədən] daha fəzilətlidir” buyuruldu. Hikmət əhli şəxslər də buyurur ki:

Birinə doğru yazılmış bir din kitabı vermək,  min dəfə umrəyə getməkdən daha savabdır.

O halda Müsəlmanın faydalı, qazanclı olan işi seçməsi lazımdır. Ortada dəniz varkən, bir damcıyla məşğul olmamaq lazımdır. 

Hər hansı bir qurum tərəfindən pulu qarşılanaraq göndərilirsə və ya Məkkəyə yolu düşmüşsə o zaman umrə etməyin zərəri olmaz, umrə etmək çox savab olar.