Facebook Twitter WhatsApp

Qeyri-müsəlmanların yeməklərini yemək

Sual: Xristian qadınları bişirdikləri yeməklərdən bizə gətirirlər.  Biz də bu yeməkləri yeyirik. Bəziləri qeyri-müsəlmanların pis olduqlarını, hədiyyələrini almağın caiz olmadığını söyləyirlər. Doğrudur?

CAVAB

Müsəlman olmayanların yeməklərini yemək, verdikləri hədiyyəni alıb istifadə etməkdə zərər yoxdur. İslam alimlərinin ən böyüklərindən olan İmamı Rəbbani həzrətləri buyurur ki:

“Tövbə surəsi 28-ci ayəti kəriməsində “Müşriklər əlbəttə pisdir” buyurulur. Hənəfi alimləri bu ayəni Allahu təalanın “Müşriklər pisdir” buyurması, “Müşriklərinin qəlblərinin, etiqadlarının pis olduğu üçündür” deyə açıqlamışdırlar. Müsəlman olmayanlar təmizliyə riayət etsələr, bədənlərinə pis deyilməz. Çünki Peyğəmbər əfəndimiz bir yəhudi evində yemək yedi, bir müşrikin qabı ilə təharətləndi. Həzrəti Ömər də bir Xristian qadının qabından təharətləndi. Müşriklərin bədənləri də pis olsaydı, onların yeməklərini yeməz, sularını içməzdilər.  Əgər müşriklərin bədənləri pis olsaydı, iman edəndə təmiz olmamaları lazım idi. O halda onlara pis deyilməsi, qəlblərinin pis olduğunu bildirmək üçündür. İman edəndə qəlblərindəki bu pislik gedər, təmiz olar. Etiqadlarının, qəlblərinin pis olması, bədənlərin də pis olması demək deyildir.

Qurani-Kərimdə məalən buyurulur ki:

“Əhli kitabın (Yəhudi və Xristianların) bişirdiklərini, kəsdiklərini yemək halaldır.” (Maidə 5)

O halda kafirlərə qarışan, alver edən müsəlmanları pis bilməmək lazımdır. Belə müsəlmanların pis olduqlarını zənn edərək bunların yemək və içkilərindən çəkinməməli, müsəlmanlardan ayrılmaq yoluna düşməməlidir! Bu hal, ehtiyat deyil, bu haldan xilas olmaq ehtiyatdır” (Məktubat c.3, m.22)

Yenə İslam alimlərinin ən böyüklərindən olan İmamı Qəzali  həzrətləri də buyurdu ki:

“Haram olduğu bilinməyən şeylər yeyilir. Peyğəmbər əfəndimiz bir müşrikin, Həzrəti Ömər də bir xristian qadının qabından dəstəmaz almışdır.  Əshabı kiram, kafirlərin verdiyi suyu içərdi. Halbuki pis, nəcis olan şeyi yemək haramdır. Kafirlər isə, əksərən pis olar.Əlləri qabları şərablı olar. Müxtəlif şəkildə öldürərək leş etdikləri heyvanları yeyərlər. Əshabı kiram buna baxmayaraq, nəcis olduqlarını qəti olaraq bilmədikləri üçün, onlardan ət, pendir kimi qida maddələrini alıb yeyərdilər.” (Kimyayı—Səadət)

Dinimiz zimmiyə (müsəlman olmayan vətəndaşa) zəkat xaric, sədəqə, sədəqəyi-fitr, nəzir və hədiyyə verilməsinin və onlardan cizyə, hədiyyə almağın caiz olduğunu bildirir. (Məvkufat, Dürər)

Dinimiz kafirə etiqadlarına görə hörmət etməyin və salam verməyin caiz olmadığını, amma ehtiyac halında salam verib müsafəha etmənin caiz olduğunu bildirir. (Rədd-ül Muxtar)

Zimmiyə zülm etmək, müsəlmana zülm etməkdən daha böyük günahdır. Zimmini  üzməmək üçün salam vermək caizdir. (Dürr-ül-muxtar)

Hədisi-şərifdə isə, “Zimmiyə əza edənin rəqibi mən olaram” buyurulur. (Hatib)

Yenə hədisi-şəriflərdə “Hədiyyəni rədd etməyin!” və “ İstəmədən verilən şeyi alın! Allahu təalanın göndərdiyi ruzidir” buyurulur. (Beyhəqı)

Sual:  Kafirin verdiyini alıb yeməkdə və içdiyi qabdan su içməkdə zərər vardır?

CAVAB

Zərər yoxdur.

Sual: Ateist qonşuların gətirdiyi aşura və şirniyyat kimi şeyləri yemək caizdir?

CAVAB

Nəcis olduğu bilinmədikcə dinsizlərin yeməyi yeyilir. Yəni donuz əti və şərablı olduğu bilinməzsə yeyilir.            

Sual: İndiki Xristianlar qan axıtmadan, heyvanların başına güllə vuraraq və ya boğaraq öldürürlər. Bunların öldürdükləri heyvanları yemək caizdir?

CAVAB

Boğaraq və ya güllə vuraraq öldürdükləri qəti olaraq bilinirsə yeyilməz. Ancaq, zənn ilə olmaz.