Facebook Twitter WhatsApp

Adama görə haram, halal dəyişir?

Sual: Bəzi qidaların zərər verənlərə, allergiya edənlərə haram, zərər verməyənlərə mübah olduğunu bildirirsiniz. Heç adama görə haram, halal dəyişərmi? Birinə haram olan şey birinə halal olarmı?

CAVAB

1-  İstisnalar çoxdur. Birinə halal olan şey o birinə haram ola bilər. Budur vəsiqələri:

2- Zənginə zəkat fərz ikən, kasıba fərz deyildir. Həcc də hər kəsə fərz deyildir. Qurban kəsməkdə kasıb zəngin ayrı-seçkilik vardır.Səqədəyi-fitr də belədir. (Dürər)

3-  Deməli, birinə fərz olan ibadət bir başqasına fərz olmur.

4- Ayaq üstə namaz qılmaq (qiyam) fərzdir. Amma xəstələrə fərz deyildir. (Cövhərə)

5- Deməli, birinə fərz olan xüsus, bir başqasına fərz olmaya bilir.

6- Vaxt girməyəndə namaz fərz olmaz. Qütblərə yaxın yerlərdə şam və sübh namazı fərz olmur.  Qılınması yaxşı olar. (Taxtavi)

7- Deməli, hər əmr hər kəs üçün deyildir.

8- Dəstəmazın fərzi dörddür. Ayaqları olmayan üçün üçdür. (Hələbi)

9- Deməli, dəstəmazın fərzi belə sağlama, şikəstə görə dəyişir.

10- Dörd rükətli fərzləri, dörd rükət olaraq qılmaq fərzdir. Amma səfəri olanlara fərz deyil, hətta iki rükət qılması vacibdir.  (İbni Abidin)

11- Hürr qadın üçün, əl üz xaric, bədəninin hamısını örtməsi fərz, açması haram ikən, cariyə üçün elə deyildir. Cariyə başını, qollarını hətta dizdən aşağısını da aça bilər. (Hindiyyə)

12- Öz qardaşı ilə evlənmək haram ikən, başqaları ilə evlənmək haram deyildir. (Bahrür-raik)

13-  Zənginlərin dilənməsi, hətta zəkat alması haramdır. Lakin bunun istisnaları da vardır. Məsələn hədisi-şərifdə buyurulur ki:

14-  “Elm öyrənməkdə olanın 40 illik ehtiyacı pulu olsa da, belə zəngin tələbəyə zəkat vermək caizdir.”  (Rədd-ül muxtar)

15-  Deməli, zəngin birinə haram olan şey, başqa bir zənginə halal ola bilir.

16-  Leş və şərab haramdır. Aclıqdan və susuzluqdan öləcək olanlara haram deyildir. (Bəzzaziyyə)

17-  Bəzi dərmanlar, məsələn pensilin, bəzilərinə allergiya verir, ölümünə səbəb ola bilər. Özünə allergiya edən dərmanlardan istifadə etmək haram olar. Amma bu dərmanlar başqasına haram olmaz.  (Bəriqa)

Dərmanlarda olduğu kimi qidalarda, tərəvəzlərdə və otlarda da allergiya verənlər vardır. Orqanlarında zəiflik olanlara zərər verənlər, sağlam olanlara zərər verməzlər. Bəzi kəslərə balıq əti, süd, yumurta,  bibər,  badımcan, çiyələk kimi qidalar zərər verir. Bunlar, yalnız zərər verənlərə haram və ya məkruh olur. Zərər verməyənlərə isə mübahdır. Tiryək və digər zəhərli otlardan alınan çox miqdarları haramdır, amma az miqdarlarından dərman olaraq istifadə etmək caizdir. (Hədiqə, Zəvacir)

“Çaydakı təin ilə qəhvədəki kofein eyni maddədir. Çayda 2.5%, qəhvədə isə 1.3%  nisbətində kofein olur. Kofein zehini açar, qan dövranını artırar, bədənə istilik verər, yorğunluğu aradan qaldırar, həzmi asanlaşdırar. Artığı sinir sisteminə təsir edər. Qəlb xəstəliklərində, sinirləri zəif  insanlarda və uşaqlarda az miqdar qəhvə belə pis təsir edə bilər.” (Qida Kimyası s. 658)

Tibb kitabları eynilə İslam alimləri kimi bildirməkdədir. Yəni bir şey, məsələn,  kofein, təin, nikotin kimi şeylər kimilərinə zərər verir, kimilərinə vermir. Zərər verənlərə əlbəttə haramdır.  Amma zərər verməyənlərə haram demək dini dəyişdirmək olar.

Tütün də zərər verməyən kimsələrə mübahdır.(Əl-ukudüddürriyyə)

Şəkər də zərərlidir?

Sual: Siqaretin zərərlərini bildirən elm adamları, indi də şəkərin zərərlərini saymaqla bitirə bilmirlər. “British Medical Journal”da nəşr edilən elmi bir məqalədə şəkərin yüzə yaxın zərəri sayılaraq, “Şəkər, siqaret qədər təhlükəli olub, narkotik sinfinə salınması lazımdır” deyilir. Bu qədər çox zərəri olan şəkəri yemək də haram olmazmı?

CAVAB

Şəkər də digər zərərli qidalar kimi hər kəsə eyni ölçüdə təsir etməz. Şəkər xəstələrinə zərəri ilə digər insanlara olan zərəri eyni olmaz. Hər şeyin çoxu zərərli olduğu kimi, şəkərin də çoxu zərərli ola bilər. Zərər verməyən miqdarda şəkər yemək haram olmaz. Siqaret də belədir. Zərər verərsə haram  olar.