Facebook Twitter WhatsApp

Az spirtə fətva vermək

Sual: Qəzetlərdə belə bir fətva nəşr olundu:

“Sərxoşluq verəcək dərəcədə spirti olmayan içkilərin içilməsi caiz, sərxoş edəcək dərəcədə spirti olan içkilərin içilməsi isə haramdır. Sərxoş etmədiyi üçün kefirin içilməsi caizdir.”

Bir-iki stəkan pivə də insanı sərxoş etmir. Onda pivə də caizdir?

CAVAB

Eşidilən hər şeyə inanmamaq lazımdır. Yuxarıdakı ifadələri bir elm adamı söyləyə bilməz. Çünki din kitablarında bildirilən hədisi-şəriflərdə spirtin zərrəsi də haramdır. Həmçinin, çoxu sərxoş edən içkilərin azı da haramdır. Üç hədisi-şərif məali belədir:

“Çoxu sərxoş edən şeyin, azını da içmək haramdır.” (Nəsai, Tirmizi)

“İhtimar (mayalanaraq spirt təşəkkül) etmiş hər içki haramdır.” (Əbu Davud)

“Bir vaxt gələcək içkinin adı dəyişdiriləcək və halal sayılacaqdır.” (İ. Əhməd)

Bu hədisi-şəriflərin fiqh kitablarında necə açıqlandığına baxaq:

Bal, əncir, arpa, buğda, qarğıdalı, darı, ərik, qaysı, alma və bənzərlərindən biri soyuq suda qalıb qızdırılmasa da içində spirt meydana gəlir və pivə kimi olur. Pivə, dadı acı və kəskin olduğu (içində spirt olduğu) üçün azı da çoxu da, hər nə məqsədlə içilərsə içilsin, imam Muhammədə görə haramdır, fətva da belədir. Digər üç məzhəbdə də haramdır. Çünki, Peyğəmbərimiz, “Çoxu sərxoş edən içkinin, azını içmək də haramdır” buyurdu. Bu hədisi-şərif hamısının haram olduğunu bildirir. Quruluşları, birləşmələri eynidir demək deyildir. Çünki Muhamməd əleyhissəlam maddələrin həqiqətlərini, fənn bilgilərini öyrətmək üçün deyil, bunların hökmlərini bildirmək üçün göndərilmişdir. At və inək südü mayalanaraq dadı kəskin olanda pivə kimi haram olar. At südündən düzəldilənə Kımız, inək südündən düzəldilənə Kefir deyilir. (S. Əbədiyyə)

Kefir pivə kimidir, zərurətsiz içilməz. Bu gün kefirin yerini tutan dərmanlar vardır. Bunlardan istifadə etməyə zərurət yoxdur. Əgər, saleh bir həkim, “Kefir bu xəstəliyə dərmandır, bu xəstəlik üçün mübah başqa dərman yoxdur” deyərsə, o vaxt kefirdən istifadə etmək caiz olar.

Bəzi cahillər portağal və digər meyvələrdəki spirt nisbəti kefirdəkindən çoxdur, deyərək kefirin içilməsini caiz görürlər. Dinimiz içində spirt də olsa meyvə yeməyi haram etməmişdir.

Nəqli buraxıb ağılı ölçü alanda, yuxarıdakı məntiqlə, zərəri az deyə qumara da fətva verilə bilər, bir dilim donuz əti yeməyin zərəri olmaz deyərək də fətva verə bilərlər. Ağılı deyil, nəqli ölçü almalıdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину