Sual: Hər ölkədə ətli yeməkləri yemək caizdirmi?
CAVAB
Ölçü budur: Müsəlmanların, müşrik olmayan Xristianların və Yəhudilərin kəsdikləri mısmıl (murdar olmayan, əti yeyilən) heyvanların əti yeyilir. Dinsizlərin, Buddistlərin, Hindlilərin və digər batil dinlərə mənsub kəslərin kəsdikləri heyvanın əti yeyilməz. Müşrik olmuş Xristianların və Yəhudilərin kəsdiyi ətlər də yeyilməz, amma müşrikmi deyə də araşdırmaq lazım deyildir. Xristian və ya Yəhudi olaraq bilinən kəslərin kəsdikləri yeyilir. Müsəlmanam dediyi halda, mürtəd olmuş kəslərin kəsdiyi ətlər yeyilməz. Bunları da araşdırmaq lazım olmadığı üçün qəssablarda və marketlərdə satılan ətləri yemək caizdir, yəni tənzihən məkruhdur.
Mısmıl, mal, qoyun-keçi kimi əti yeyilən heyvanlara deyilir.
Sual: “Allah adını söyləməmiş, amma ziddini də ifadə etməmişsə, kitab əhlinin kəsdiyi yeyilər. Mütləq bəsmələ çəkmiş olması yaxud öz dillərində Allahın adını söyləmiş olması şərt deyildir” deyilir. Bəsmələsiz kəsilən heyvan leş olmaz?
CAVAB
Bəli, leş olar. Bir ayəti-kərimə məali:
“Leş, axıcı qan, pis donuz və Allahdan başqasının adı ilə kəsilmiş olan heyvanları yemək haramdır.” (Ənam 145)
Bir hədisi-şərif məali belədir:
“Bəsmələ ilə atdığın oxla ovladığın heyvanı ye, ov köpəyini də bəsmələ ilə buraxmısansa və təlimli köpəkdirsə yeyərsən. Köpək təlimsizdirsə, çatıb kəsərsən yeyərsən.” (Müslim)
Bəsmələ qəsdən tərk edilərsə leş olar. Unudularsa zərəri olmaz. Şafii də Bəmələsiz kəsiləni yemək caizdir. Malikidə, Bəsmələ unudularsa da yeyilməz. İki hədisi-şərif məali:
“Heyvan kəsərkən Bəsmələ unudularsa yeyərkən söyləmək yetər.” (Beyhəqı)
“Heyvanı kəsərkən bəsmələylə birlikdə təkbir də gətirin.” (Bismillahi, Allahu əkbər deyin). (Tabərani)
Müsəlmanın və ya əhli kitab olan qeyri-müsəlmanın, Allahu təalanın adını və ya bir sifətini, hər hansı bir dillə söyləyərək, kəsdiyi yeyilir. Söyləməzsə, heyvan leş olar. (Hindiyyə)
Xristianın kəsdiyini yemək
Sual: Qurani-Kərimdə Əhli kitabın kəsdiyi heyvanın yeyiləcəyi bildirilir. Görəsən bu günki Xristianlar da əhli-kitabdır? Kəsdikləri heyvanlar yeyilərmi?
CAVAB
Bu günki Xristianların, dinlərinin əsası təslisdir. Yəni, “İsa, tanrıdır və ya tanrının oğludur, əbədi olan tək tanrı onu çox sevir. Onun hər istədiyini etdiyi, yaratdığı üçün hər şeyi ondan istəyirik, ona və onu təmsil edən bütlərimizə, bu niyyətlə yalvarırıq. Tanrı və oğlu çox sevilən kimsə deməkdir” deyərək, belə inananlara əhli kitab deyilir və kəsdikləri yeyilir. Kəsərkən İsa və ya üç tanrıdan biri deyərsə, yeyilməz. Belə inanar ,lakin söyləməzsə, yenə yeyilir.
Rəsmin, heykəlin sahibində və xaçda üluhiyyət sifəti olduğuna inanaraq, məsələn istədiyini yaradar, xəstəyə şəfa verər, deyərək təzim etmək küfr olar, şirk olar. Təzim etməsi ibadət, tapınmaq olar. Xristianlardan, “İsa Allahın oğlu, mələklər də qızlarıdır” deyərək, qız-kişi rəsmlərinə və heykəllərə hörmət edən müşrikdir. Barnabas və Aryüs məzhəbində olanlar, belə inanmadıqları üçün müşrik deyil, əhli kitabdır.
Bir peyğəmbərə və bunun, sonradan pozulmuş olan müqəddəs kitabına inanan bir kafir, bu peyğəmbər tanrıdır və ya oğludur desə və bütlərə yalvararsa da buna əhli kitab deyilir. Çünki, ilah, rəbb, tanrı, ata kimi adlar, kömək edən, yaradılışa səbəb olan, çox sevilən mənasında da istifadə edilir.
Bu adlar Həzrəti İsaya, bu mənalarla söyləyənə müşrik deyilməz. Ona, üç tanrıdan biri və ya tanrı deyilməsi, həqiqi bir söz deyil, məcaz olar. İsa da əbədidir. Hər şeyi yoxdan yaradar deyən Xristianlar, əhli kitab deyildir, kəsdikləri yeyilməz. Həzrəti İsanı sevdiklərindən, istədiklərinin yaradılmasına səbəb olmaları üçün bütlərə, heykəllərə yalvaran Xristianlar Əhli kitabdır. Əhli kitabın hamısı da kafirdir. (Hindiyyə)
Dinsizin kəsdiyi
Sual: Dinsizlərin kəsdiyi heyvan yeyilərmi?
CAVAB
Yeyilməz.
Müsəlman qəssabdan alınan bir ətin necə kəsildiyi bilinmirsə, halal olmaq ehtimalı varsa, (yəni, kəsənlər Müsəlman və dinsiz qarışıqdırsa), yemək caiz olar. (Mizan-ül-kübra, Hadiqa, Bəriqa, Məzahibi -ərbəa, Həyat-ül heyvan)
Sual: Kəsməyib, bir yerinə bıçaq sancaraq, alnına vuraraq və ya boğaraq və ya dərmanlayaraq, elektrikləyərək öldürülən quruda yaşayan heyvanlar yeyilərmi?
CAVAB
Xeyr, bu şəkildə ölən heyvan leş olar. Bunları yemək haram olar.
Tüfənglə vurmaq
Sual: Qaçan mal, qoyun, toyuq tüfənglə, tapancayla vurularsa yemək caiz olarmı?
CAVAB
Xeyr, caiz olmaz. Çünki mal, qoyun, toyuq, ov heyvanı deyildir. Tüfənglə vurularsa, ölmədən əvvəl kəsmək lazımdır. Kəsilməzsə yeyilməz. (Bədayi)
Sual: Heyvanı kəsmədən keyləşdirməyin dinən zərəri varmı?
CAVAB
Keyləşdirmək uyğun deyil, amma kəsiləndə haram olmaz. Canı varkən, yəni ölmədən əvvəl kəsilərsə yeyilir. Keyləşdirməyin yemək baxımından zərəri olmaz.
Sual: Nəfəs borusu və ya can damarı kəsilməsə, başqa damarı kəsib az miqdarda qan axsa, bu heyvanın əti yeyilərmi?
CAVAB
Yeyilər.
Sual: Qurbanlıq qoyunu taksi vurdu və qoyun qan axaraq öldü. Əti yeyilərmi?
CAVAB
Yeyilməz. Ölmədən əvvəl kəsilsə idi yeyilərdi.
Sual: Güllə atdığım kəklik, yaralanıb önümə düşdü. Bıçaq olmadığı üçün, kəlləsini qopardım. Yemək caiz olarmı?
CAVAB
Güllə ilə qan çıxdı isə caiz olar.
Sual: İsveçrədə heyvanı huşunu alıb kəsirlərmiş. Yemək caizdirmi?
CAVAB
Bəli.
Sual: Haram şəkildə boynundan kəsilən heyvanı yemək caizdirmi?
CAVAB
Bəli.
Sual: Qadınlar heyvan kəsə bilərmi?
CAVAB
Bəli, qadınlar da heyvan kəsə bilər, zərəri yoxdur. Ümumiyyətlə heyvan kəsimi güc qüvvət istədiyi üçün qadınlar böyük baş heyvan kəsə bilməzlər. Toyuq, qaz kimi heyvanları isə rahatca kəsə bilərlər.
İngiltərədə ət yemək
Sual: İngiltərədə qəssabdan ət alıb yemək caiz olarmı?
CAVAB
Bəli, kimin kəsdiyini, necə kəsdiyi bilinməyəndə qəssabdan ət alıb yemək caiz olar.
Öz dilləriylə də olsa Allahın adı ilə kəsirlərsə yemək caiz olar. Yəhudilər Allahın adı ilə kəsirlər. Yəhudinin kəsdiyi yeyilər. Xristianların necə kəsdiyi bilinmirsə, bilinmədiyi üçün yenə yeyilir. Şafii məzhəbində heyvanı kəsərkən Bəsmələ çəkmək şərt olmadığı üçün, vəsvəsəli kəslərin ət yeyərkən Şafii məzhəbini təqlid edərək yemələri daha uyğun olar.
Allahın adı ilə kəsmək
Sual: Filan şəxs diyarımıza gəldi deyə, ona hörmət və şükr üçün, Bəsmələ ilə kəsilən heyvanın əti yeyilərmi?
CAVAB
Qonağı və ya sevdiyi, hörmət etdiyi kimsə gələndə, sevinc və ya o kimsə üçün hörmət heyvanı və ya şükür heyvanı kəsmək caiz deyildir. Yolçu gəlmədən və ya gələndə əhd edilər və əhd olaraq, yəni Allahu təala üçün kəsilər və ətləri kasıblara yedirilər. Zənginlər yeyə bilməz. (S. Əbədiyyə)
Heyvan Allahın adı ilə kəsildiyi üçün əti haram olmaz. Kasıblara yedirmək məqsədiylə də olsa gələn kimsənin adı söylənərək və ya İsa əleyhissəlamın adıyla, Muhamməd əleyhissəlamın adıyla deyilərək kəsilərsə, belə heyvanın əti yeyilməz, çünki Qurani-Kərimdə məalən buyurulur ki:
“Allahdan başqasının adıyla kəsilmiş olan heyvanın ətini yemək haramdır” (Ənam 145)
Birinci örnəkdə, heyvan Allah adıyla kəsilir,lakin niyyət doğru deyil, gələn şəxsə hörmət üçün kəsilir. İkinci örnəkdə isə, niyyət doğru olsa belə, Allahın adı ilə deyil, başqalarının adı ilə kəsildiyi üçün, o ət yeyilməz.
В корзине: 0 шт.
на сумму: 0