Sual: Kişilərin gözlərinə sürmə çəkməsi caizdir?
CAVAB
Kişilərin bəzək, zinət üçün sürmə çəkmələri caiz deyildir. Ancaq müalicə məqsədi ilə sürmə çəkmələri caizdir. Kirpiklərin tökülməməsi, gözlərin qüvvətlənməsi üçün sürmə çəkmək yaxşıdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“İsmid (sürmə daşı) ilə gözlərinizə sürmə çəkin! Çünki o, gözü qüvvətləndirər, kirpikləri çoxaldıb uzadar.” (Tirmizi)
(Peyğəmbər əfəndimizin hər gecə sürmə çəkdiyi bildirilmişdir.)
“Ən yaxşı sürmə, ismid sürmə daşıdır. Çünki o, gözü parladar, kirpikləri uzadar.” (Nəsai)
“İsmid ilə sürmələnməyə davam edin, çünki o, kirpikləri uzadar, göz çapaqlarını keçirər və gözü qüvvətləndirər.” (Tabərani)
“Sürmə çəkmək, yaşıllığa və gözəl üzə baxmaq gözü qüvvətləndirər.” (İ.Süyuti)
(Sürmə, göz qələmi deyilən boyalardan fərqlidir. Əttarda olur. Bəzi hacılar, Hicazdan gələrkən sürmə də gətirirlər.)
Sual: Qadınların çölə çıxarkən sürmə sürmələri uyğundur?
CAVAB
Sürmə də makiyajdır. Yad insanlara qarşı makiyajlı görünmək caiz olmaz. Qadın yalnız ərinə qarşı bəzənər.
Sual: Sünnət niyyətiylə qadınlar gözlərinə sürmə çəkə bilər?
CAVAB
Sağlamlıq baxımından sünnət deyə çəkə bilər. Məsələn axşam çəkilər, səhər yuyular. Yadlara göstərməsi haramdır. Yada bəzənmək caiz deyildir.
Döymə etdirmək
Sual: Döymə etdirmək günahdır?
CAVAB
Bəli günahdır.
Sual: Qalıcı döymə etdirənin nə etməsi lazımdır? Dəstəmaz və ya qüslə mane olar?
CAVAB
Döymə etdirmənin caiz olmadığı, hədisi-şərif ilə bildirilmişdir. Etdirənin tövbə etməsi və bir daha etdirməməsi lazımdır. Döymə, dəri üstündə bir təbəqə meydana gətirməyib, dəri altından edildiyi üçün qüslə və dəstəmaza mane olmaz. Dəri üstünə edilmiş olsa da, asanca çıxarma imkanı yoxdursa, yenə dəstəmaza və qüslə mane olmaz.
Sual: Bir yolda, “Döymə etdirmənin günah olduğu deyilir. Mən məal oxudum. Quranda belə bir şey görə bilmədim” deyir. Döymə etdirmək günah deyildirmi?
CAVAB
Bəli günahdır. Hər şeyi Quranda tapmaq çətindir. Səhihi-Müslimdə bildirilir ki:
İbni Məsud həzrətləri, “Döymə edən və etdirən, parik taxan və taxdıranlara lənət olsun” məalindəki hədisi-şərifi rəvayət edəndə, Ümmü Yaqub adında qoca bir qadın etiraz edib, “Mən Quranın hamısını oxudum, amma belə bir lənət yoxdur” dedi. Ibni Məsud həzrətləri “Diqqətli oxusaydın mütləq görərdin” deyərək bu məaldəki ayəti-kəriməni oxudu:
Bəli günahdır. Hər şeyi Quranda tapmaq çətindir. Səhihi Müslimdə bildirilir ki:
“Rəsulullahın sizə verdiklərini alın, qadağan etdiklərindən çəkinin!” (Həşr 7)
Sual: Döymə etdirmənin caiz olmadığını bildirən hədisi-şərif varmı?
CAVAB
Bir hədisi şərif-məali belədir:
“Qaşlarını incəldən və döymə etdirən lənətlənmişdir.” (Əbu Davud)
В корзине: 0 шт.
на сумму: 0